[]



Yüklə 13,26 Kb.
Pdf görüntüsü
səhifə14/143
tarix24.12.2017
ölçüsü13,26 Kb.
#17871
1   ...   10   11   12   13   14   15   16   17   ...   143

30 
 
Bilgəh,  Zabrat,  Bü lbülə,  Ra mana,  Bu zovna,  Masazır,  Corat,  Mə rdəkan,  Nov xanı, 
Suraxanı,  Balaxanı,  Nardaran,  Digah,  Goradil,  Xırdalan  v ə  digər  toponimlər  İran 
leksikasına mə xsusdur.
84
 
Bakıxanovun XIX əsrin 40-cı illərində verdiy i məlu mata görə, Abşeronun təmiz 
türk dilində danışan altı kəndi istisna olunmaq la, qalan kəndlərin (30-dan artıq) əhalisi 
türk və tat dillərində danışmışdır.
85
 Ərəb və fars mənbələrinin verdiy i  mə lu mata görə, 
Sasani şahları Qubad və Ənuşirəvan V-VI əsrlərdə öz dövlətlərin in şimal sərhədlərini 
köçəri türklərin  basqınlarından qoru maq məqsədilə b ir sıra sədlər və Dərbənd divarını 
çəkdirmişdilər.  Lakin  Dərbənd yüksəkliyinin  şimal-şərq hissəsində aparılan arxeolo ji 
işlər zamanı e.ə. VIII-VI əsrlərə aid təbəqələrdə Dərbənd istehkamlarının  divar qalıqları 
aşkar  edilmişdir.  e.ə.  V  əsrdə,  Sasani  şahı  II  Yəzd igərdin  hakimiyyəti  zamanında 
(438-457-c i illər) hə min istehka mla rın  əsasında Dərbənd qalasından dənizə  qədər bürün 
keçid in  qabağını  kəsən  və  təpənin  zirvəsinədək  uzanaraq,  möhtəşəm  Narınqala  ilə 
birləşən  divar  ucaltmışdı.  Sonra lar  Ənuşirəvanın  za man ında  çiy  kərp icdən  hörülmüş 
divara bitişik, bir növ, ona üzlük o lan şimal daş divarı tikilmişdir.
86
 Sasani şahları V-VI 
əsrlərdə Lah ican, Təbəristan, Gilan və s. yerlərdən bir sıra irandilli tayfaları şimal-şərqi 
Azərbaycana 
köçürmüşdülər. 
Bə zi 
tədqiqatçıla rın 
(A.Bakıxanov, 
M.H.Vəliyev-Baharlı) fikrincə, Azə rbaycan tatları hə min köçürülmüş qədim iranlıların 
qalıqlarıd ır.
87
  Tatlar,  şəksiz  Abşeron  əra zisin in  qədim  etnik  qatlarından  birid ir. 
Abşeronda  İran  mənşəli  toponimlərlə  yanaşı,  ərəb  leksikasına  mənsub  bir  sıra  kənd 
adları  da  -  Xilə,  Binəqədi,  Qala,  Zirə  və  s.  qalmışdır.  Abşeronda  qeydə  alınan 
antroponimiya isla miyyətdən sonrakı dövrə aid olur, ehtimal ki, hə min kəndləri salmış, 
yaxud onların sahibi olmuş şəxslərin adları ilə bağlıd ır. Fatmai, Məhəmmədi, Xocasən 
(Xoca Həsən), Hökmalı və s.
88
 
Abşeronda qeyd olunan İran və ərəb dilləri üçün səciyyəvi topo-nimlərlə yanaşı, 
etimoloji  cəhətdən  türk  dillə rinə   söykənən  etnonimlə rlə  bağlı  kənd   adları  da 
mövcuddur.  Toponimika  ilə  yanaşı  arxeo loji,  narrativ  və    lapidar  mənbələrin 
öyrənilməsi  türklərin  Abşeronda  e.ə.  birinci  min illikdə  və  erkən  orta  əsrlərdə 
məskunlaşdığına  dəlalət  edir.  Mənbələr  erkən  orta  əsr  mənbələrində  türklə rlə  
eyniləşdirilən hunların
89
 Midiyaya dəfələrlə basqın etmə lərindən xəbər verir. 
Hunlar - türklə r era mızın ilk əsrlə rində Abşeronda olmuş və ehtima l ki, burada 
məskunlaş mışla r.
90
  Hunların  Albaniyaya  gəlmələ rin i  və  basqın  etmələ rin i  V  əsr 
müəllifləri Yeğ işe və Favstos qeyd etmişlər.
91
 
Abşeronun toponimikasında türk ünsürlərinin mövcudluğunu Biləcəri, Əh mədli, 
Keşlə-qışlaq,  Gü zdək,  Qobu  kənd  adları  təsdiq  edir.  Buranın  səlcuqlardan  sonrakı 
türkləşdirilməsi  monqol  basqınları  ilə  bağlıd ır.  Bunun  izləri  Saray  kəndinin   adında 
özünü  göstərir.  Məlu m  olduğu  kimi  monqollar  zamanında  bu  adda  bir  neçə  şəhər 
mövcud idi. Ağburun, Çəmbərəkənd, Lökbatan, Sabunçu, Dərin ağıl və s. adlar da türk 
mənşəli toponimlərə  mənsubdur.
92
 
Abşeron toponimikasının tədqiqi aşağıdakı nəticələrə gə lməyə imkan vermişdir. 
Toponimika  mə lu matla rı  göstərir  ki,  yarımadanın  əsas  sakinlə ri  e ra mızm  əvvəlindən 
Azərbaycan  xa lqın ın  etnogenezində  mühüm  ko mponentlərdən  biri  kimi  iştirak  et miş 


31 
 
türkdilli  tayfalar  tərəfindən  intensiv  infiltrasiyaya  məruz  qalmış  irandilli  əhali 
olmuşdur. 
Ərəb  tayfaları  A zərbaycanın  mü xtəlif  yerlərində  yerləşdirilmələrinə 
baxmayaraq, türkdilli,  irandilli və qafqazdilli tayfalardan ibarət yerli əhali tərəfindən 
assimilyasiyaya  uğradılmışdır.  Onla rın   dilləri  toponimikada  və  yerli  dillərin 
leksikasında iz buraxaraq aradan çıxmışdır. Bu, ərəb istilası başlayarkən ö lkədə türk və 
İran ünsürlərin in sabitləşdiyini göstərir. 
Abşeronun  araşdırdığımız  toponimləri  arasında  ən   çətin  izah  o lunanı  və 
maraqlısı Bakı şəhərin in adıd ır. Biz Ba kının unudulmuş qədim ad ını aydınlaşdırmağa, 
onun etimologiyasını  müəyyənləşdirməyə, uzun bir tarixi dövr ərzində  məru z qaldığı 
dəyişikliklə ri izlə məyə və izah et məyə cəhd göstərəcəyik. 
Bakı  şəhərinin  adına  ilk  dəfə  V-VIII  əsr  mənbələrində  Baqavan,  Atli  (Atşi) 
Baqavan  və  Atşi  (Atəşi)  -  Baquan   rast gəlinir.  Bir  sıra  müə lliflə rin  fikrincə,  bu  ad 
altında Bakı nəzərdə tutulur. "Baqavan" toponimi  Hind-Avropa dillərin in bir ço xunda 
―allah‖ , ―günəş‖ mənalarını b ildirən "baqa" kökündən ibarətdir. 
Sanskrit d ilində "bhaqa" - günəş, ay, Siva (ilahə) de mə kdir; Avesta və qədim 
İran dillərində "baqa" "allah"dır.
93
 "Baqa" sözünə "allah" mənasında e.ə. VI əsr Bisitun 
mixi kitabəsində də rast gəlinir.
94
 Pəhləvi dilində "baq", qədim erməni dilində "baqa" 
allah  de məkd ir.
95
 Məlu m o lduğu kimi bu söz qədim e rmən i d ilinə  qədim fa rs dilindən 
keçmişdir. " Baqa" sözünə böyük, ilahə, allah mənalarında qədim türk dillərində də rast 
gəlinir.
96
  "Baqavan"  toponimi  "Baqa",  ya xud  "Baq"  söz  kökü ndən  və  "van" 
şəkilçisindən ibarətdir. A zərbaycan, Ermənistan, İran və digər Şərq ö lkələrinin  bir ço x 
şəhər  və  yer  adlarında  təsadüf  olunan  "van"  şəkilçisi  böyük,  mühü m  şəhər  mənası 
bildirir. 50-yə ya xın, o cü mlədən Şirvan, Na xç ıvan, Hə ftəvan, Mehrevan, Kəmüşa-van, 
İrəvan, Sarvan, Bacirvan və s. adları misal çəkmək o lar.
97
 
Sasanilər  dövründə  və  ondan  xeyli  əvvəl  A zərbaycanın  şima l-şərq  və   cənub 
hissələrində, Ermənistanda, İranda, " Baqavan", "Baqaran", "Baqin", "Baqayaric"
98
 və s. 
adlı  şəhərlər  və  yaşayış  məntəqələri  mövcud  olmuşdur.  Bu  məntəqələrin  hər  birində 
sönməz  od  yanırdı,  onlarda,  V-VIII  əsr  tarixçilərinin  qeyd  etdiyi  atəşpərəstlik 
bütxanələri,  qurbangah  və  məbədləri  var  idi.
99
  Atəşpərəstlərin  belə  müqəddəs  dini 
yaşayış məntəqələrindən biri də Movses Xorenli (V əsr)
100
, Anani Şirakasi (VII əsr)
101
 
və Gevondun (VIII əsr)
102
 adını çəkdikləri  Baqavan, Atli (Atəşi) -  Baqavan və Atəşi - 
Baquan şəhəri idi. 
Qeyd  edilmə lid ir  ki,  b ir  neçə  " Baqavan"  olmuşdur.   Movses  Xorenlidə 
aşağıdakıları o xuyuruq: " O (eramızın III əsrində hakimiyyət sürmüş Sasani şahı Ərdəşir 
-  S.A.),  məbədlərdə  ibadəti  daha  da  gücləndirdi,  Hürmü zdün  Baqavandakı 
qurbangahlarında  odun  daim  yandırılmasını  ə mr  etdi".
103
  Ba kıda   olmuş  hind   alimi, 
atəşpərəst - pars Modi qeyd etmişdir ki, qədim h ind kitabələrində Xə zər dənizin in qərb 
sahillərində atəşpərəstlərin ço xlu məbəd-lərinin olduğu göstərilmişdir.
104
 Bakı sakinlə ri 
                                                                 
 A t ş i (Atəşi)- yəqin ki, bu Baqavan deməkdir. 
 Bax: И.А. Обрели. Избранные труды, 1963, с. 371. 


Yüklə 13,26 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə