178
ornamentlərinə o xşayır.
66
Külli miqdarda "Bakuyə" möhürlü mis pullar və sonuncu şirvanşahların XVI
əsrin birinci yarısında Şamaxıda kəsilmiş xırda gü müş sikkələri Bakının A zərbaycanın
digər şəhərləri ilə da xili tica rət apardığın ı göstərir.
67
Ço xlu miqdarda belə sikkə lər istər
Bakın ın İçərişəhər hissəsində və Abşeronda, istərsə də Azərbaycanın digər şəhərlərində
tapılmışdır.
68
Bu tapıntılar ölkədə qızğ ın da xili t icarətdən və şəhər həyatının
inkişafından xəbər verir. Eyni zamanda, Səfəvi şahlarının Bakıda, Şamaxıda və
Azərbaycanın digər şəhərlər-indiki zərb xana larda kəsilmiş gümüş sikkə ləri də tədriclə
tədavülə daxil olu rdu.
69
XVI əsrin ikinci ya rısından etibarən Qərb i Avropa
tacir-səyyahlarının Ba kıya gəlmə ləri ilə ə laqədar mü xtə lif Avropa dövlətlərinə mə xsus
talerlə r də tədavüldə istifadə edilməyə başladı.
70
Türklər 1578-ci ildə Ba kın ı tutduqdan
sonra Səfəvi şahlarının ad ından sikkə kəsilməsi dayandırıldı, tədavülə Osman lı
sultanlarının adı olan sikkələr daxil oldu.
XVI əsrin 70-c i illərindən Səfəvilərlə Türkiyə arasında hərbi ə mə liyyatla rın və
feodal araçəkiş mələrin in yenidən başlanması ilə əlaqədar Bakı yolu ilə beynəlxalq ipək
ticarətinin tənəzzülə uğra ması və bunun nəticəsində, səyyahların qeyd etdiyi kimi, ş əhər
həyatının düşgünləşməsi müşahidə olunur.
71
XVII-XVIII əsrlə rdə Ba kı Xə zər dənizində, bir ço x səyyahların qeyd etdiyi
kimi, Şərqin Qərblə beynəlxalq tran zit ticarətində başlıca liman id i.
72
Bununla əlaqədar
Bakın ın xarici və daxili ticarət sahəsində, Qərbi Avropa ölkələri və Rusiya ilə ticarət
əlaqələrinin möh kəmləndirilməsində əhəmiyyəti artır.
XVII əsrdə həmin ölkələ rin Vo lqa-Xəzə r yolu və Kiç ik Asiya vasitəsilə ticarət
əlaqələri güclən ir. Bu vaxt Avropa ölkələrinin Şərqdə müstəmləkəçilik siyasətinin
inkişafı ilə əlaqədar Şərqə can atan Avropa tacir-səyyahlarının fəal əlaltısı olan katolik
missiyaları Azərbaycana axışmağa başladı. Onların arasında ko mmersiya və siyasi
məqsədlərlə gələn tacirlər, A zərbaycanda, İranda və digər Şərq ölkələ rində katolikliyi
yaymağa cəhd göstərən missionerlər var idi. I Şah Abbasın hakimiyyəti dövründə
(1618-ci ildə) italiyalı Pyetro della Va lle Azə rbaycanda və İranda olmuşdur. Onun yol
qeydlərində Xə zər dənizində ticarət və gəmiç ilikdən danışılır, Ba kının ad ı mü xtəlif
ölkələrə ço xlu mallar aparılan liman kimi çəkilir.
73
I Şah Abbas iri karvan ticarətin in inkişafına himayədarlıq edirdi, şah hökuməti
isə xa ric i ticarət in təşkilatçısı kimi ç ıxış edərə k, tacirlə ri xa m ipəklə təchiz edirdi. Şah
Abbasın hakimiyyəti dövründə Bakıda və İrana gedən ticarət yolunun üstündə bir sıra
karvansaralar t ikilmişdi ki, bu da həmin va xt lar t icarətin inkişaf etdiyin i göstərir.
1647-c i ilin fevra lında Ba kıda o lmuş Övliya Çələbi şəhərdəki tica rət haqqında
bəzi məlu mat lar verir. İçqalan ı - ehtima l ki, o, Şirvanşahlar sarayının yerləşdiyi təpənin
başını belə adlandırırd ı -təsvir edərkən Öv liya Çələbi göstərirdi ki, "...orada karvansara
və hama mla rdan əsər-əla mət belə yo xdur. Ancaq dəniz sahilində minə ya xın ev,
bağları, məscidləri, karvansaraları, hamam və bazarları o lan rabad salınmışdır
74
və
bütün bunlar 3 tərəfdən 3 darvazası olan qala divarları ilə əhatə edilmişdir... Bazar ço x
da cah-cəlallı deyild i..."
7
Övliya Çələbi daha sonra xəbər verir. "...Bakı Şamaxının liman dayanacağıdır.
179
Çin və Xotəndən Fəqfur-İli və Zənan şəhərlərindən, kalmık ö lkəsindən və Moskvadan
buraya daim elçilər gəlir və karvanlarla mal gətirilir. Moskvalılar aramsız o laraq duz,
neft, zə fəran və ipək a lmaq üçün Ba kıya gəlirlər. Moskva elçiləri burada girov qalırlar.
Moskva ölkəsindən başlıca olaraq Bakı, q ismən isə Gilan və Əcəm (İran) vasitəsilə
samur xə zi, balıq dişi (Morj köpək d işi - S.A.), boz sincab xə zi, Bu lqar ölkəsindən isə
gön-dəri gətirilirdi..."
76
Övliya Çələbinin məlu matına görə Bakı qalası ço x möh kəmləndirilmiş və sıx
məskunlaş mışdı. Gö ründüyü kimi, ş əhər həyatı dəniz sahilində, limanın ya xınlığında
mə rkə zləşmişdi.
Dəniz sahilindəki dövrümü zədək gə lib çat ma mış 4 böyük karvansaradan,
limandan qalaya açılan üç darvazadan olan qala divarları
77
boyunca dükan və məscid
binalarından ibarət ticarət ko mpleksi tikililəri də XVII əsrdə şəhərdə iri ticarət getdiyini
sübut edir. Bu ko mp leksin yaxın lığ ında, elə həmin məhəllədə, şəhərin quru və dəniz
ticarətinə xid mət edən daha 5 karvansara da var id i.
Övliya Çələbin in Bakı və A zərbaycanın digər şəhərlərinin Çin şəhərləri ilə
ticarət apardığına dair mə lu matın ı köhnə Ba kı qalasında, köhnə Gəncədə və
Azərbaycanın başqa ş əhərlərində ço xlu miqdarda ç ini qabla rın tapılması da təsdiq
edir.
78
Övliya Çə ləbinin mə lu matına görə, o va xtla r Ba kı və Dərbənd vasitəsilə
Vo lqanın mənsəbinə, şimala dəniz ticarəti xey li in kişaf etmişdi. Dən iz yolundan başqa,
Təbrizdən cənuba - İran və Türkiyəyə, habelə Orta Asiyadan keçərək Hindistana gedən
quru karvan yolu da var idi. Bu tica rətin miqyası haqqında Övliya Çə ləbinin gətirdiyi
aşağıdakı rəqəmə əsasən fikir yürütmək mü mkündür. Onun söylədiyinə görə, İrəvan
xanı (Bakı xanın ın qaynı idi) gö mrü kxanaya 1000 baş (dəvədən) ibarət karvan
göndərməyi vəd etmişdi.
79
İri feodal və şah canişini olan hakim xan xa ric i tica rət
əməliyyatlarında bilavasitə iştirak edirdi.
1683-cü ildə Bakıda olmuş Ke mpfer də şəhərin ticarətinə dair bəzi mə lu matlar
vermişdir. "Malları daha rahat daşımaq üçün limandan şəhərə üç darvazadan giriş
vardır. Dənizin yaxınlığ ında açıq dənizin qənşərində dənizin içərilərinə qədər uzanan
və bir növ, sahilə para lel iki qat ş əhər divarları ucaldılmışdır. Reydi da lğalardan yarım
fərsəngə qədər dənizin içərisinə girən qarşıdakı burun qoruyur. Bura Rusiyadan,
Dağıstandan, Çərkəzstandan, Özbəkistandan və İrandan gələn gəmilər üçün rahat
dayanacaqdır. Şəhərin dağın yamacındakı hiss əsi şəhər sakinlərin in yo xsulluğu və
səliqəsizliy i ucbatından bərbad vəziyyətdə idi; şəhərin ancaq aşağı hiss əsində əhali
sıxdır. İctimai b inalardan yonulmuş daşdan s əkkizguşə şəklində tikilrniş karvansara
daha çox seçilir; onun daxili həyəti gözəl sütunlu tağlı eyvanla əhatə olunmuşdur...
Şəhər meydanı dəbdəbəsiz olub, adicə iri, dördkünc sahədir..."
80
Ke mpferin təsvir etdiyi ka rvansara da, başqaları kimi, limandan şima l -
"Şamaxı" darvazalarına gedən şəhər magistralı üstündə idi. Meydan-sənətkar, tacir
ema lat xana və dükanların ın yerləşdiyi ba zar meydanı da bu rayonda idi.
81
Kemp ferin
sözlərinə görə, şəhər əhalisi yo xsul həyat sürürdü,
82
ticarət isə zə if inkişaf et mişdi.
Xotən - Orta Asiyanın şərqində vilayət (Sintszyan)
Dostları ilə paylaş: |