185
əlində idi. Şirvanın bəylərbəyi şahın qardaşı Əlqas Mirzə təyin olun muşdu. Şirvan
əyanları məhv edilmiş, onların mü lkləri isə qızılbaş əmirlərinə paylan mışdı.
2
Səfəvilər dövründə Ba kı şahın tiyul, ya xud soyurqal şəklində bu və ya digər
feodala bağışladığı "ölkə", yəni, mülk, ərazi idi. H.947 (1540/41)-ci ildə Şirvan
vilayətinin bir h issəsi - Salyan, Mah mudabad və Bakı şəhəri t iyul kimi Əmir Qa zi xan
Təkəliyə verilmişdi.
3
Lakin şahın sui-qəsdlərdə iştirakından şübhələndiyi Qazi xan
Təkəli onun əmri ilə h.950 (1543/44)-c i ildə qardaşları ilə birlikdə Əlqas Mirzə
tərəfindən Şirvanda edam o lundu.
4
H.983 (1575)-cü ildə şah Təhmasib Şirvandakı şahın mü lkiyyəti olan bir ço x
yeri, o cü mlədən Bakı və Abşeronu, Qəbələni, Ağdaş və Ərəşi,
5
dəniz sahilin i ru zə ki
kürd tayfasının əmiri Şərəfəddin Bitlisiyə bağışladı. Şah ruzəki tayfasını dolandırmaq
üçün həmin şəhər və yerlərin əhalisindən yığılan gəliri (vücuhat -pula ödənilən vergi)
ona təyin etmişdi.
6
Ehtimal ki, hə min köçəri kürd tayfaları o va xt lar Abşerondakı
Kürdəxanı kəndində məskunlaş mışlar.
Hə m Əmir Qazi xan Təkə li, hə m də ə mir Şərə fəddin Bitlisi hərbizadə ganların
nümayəndələri və köçəri tayfa başçıları id i. Şahın bəxş etdiyi şəhər və kəndlər onlara
tayfa əyanları və köçəri tayfa qoşunu ilə b irlikdə "idarə edilmə k və ruzi kimi"
verilmişdi. Hər iki əın ir mahalın hərbi-in zibati hakimi olub, ehtimal ki, hakimiyyəti
mü lkü hakimlə bölüşürdülər.
Be ləliklə, Sə fəvilər dövründə Bakı və Abşeron onlara tabe olan ş əhər və
Abşeron kəndlərin in əhalisindən vergi və mü xtəlif rüsumlar çəkib çıxaran iri
feodalların mülkiyyəti idi. Feodal zadəganlığın ın Bakıda və şəhər iqtisadiyyatının çox
asılı olduğu Abşeronun neftverən rayonlarında ağalığı, feodal münasibətlərin in şəhər
həyatına güclü təsiri orta əsr şəhər-ko mmunaları t ipli müstəqil şəhər idarəçiliyin in
yaranmasına mane olurdu. Feodal zadəganlığın ın şəhərin hakim təbəqələri ilə sıx
əlaqəsi onların mənafelərini, sənətkarlara şəhərin və mahalın feodal sahibləri tərəfindən
istismar edilən əhalisin in geniş təbəqələrinə qarşı səylərini b irləşdirirdi.
7
Səfəvilər dövlətinə b irləşdirild ikdən sonra Bakı şahın təyin etdiy i, Şirvan
bəylərbəyinə tabe olan yerli hakimlə r tərəfındən idarə olunurdu. Hakimlə rin xan, ya xud
sultan titulları o lurdu. Bu titullar, Səfəvilər dövründə feodal iyerarxiyasının b ir halqası
kimi fərdi, ö mürlü k və qeyri-irsi id i. Sə fəvilər sülaləsinin hakimiyyətinin əvvəllərində
xan və sultan titulları arasında fərq yox idi. Lakin sonralar, XVI əsrin ikinc i yarısında
xan titulu üstünlük qazanaraq, sultan titulundan yüks ək sayılırd ı.
8
İçərişəhər ərazisində bugünədək qalmış daş kitabələrdə və səyyahların yol
qeydlərində şəhərin XVI əsrdəki və sonrakı hakimlərinin titulları və adları ə ksini
tapmışdır.
Bakıda Os manlı hökmran lığ ı dövründə Şirvanşahlar sarayı ərazisində tikilmiş
Tiyul - müvəqqəti, yaxud ömürlük torpaq sahibliyi; soyurqal - vergı toplamaq hüquqlu
(müafı), yaxud vergi toplamaq hüququ olmadan idarə edilən irsı torpaq sahəsi, mülk. Bax:
Петрушевский И.П. Очерки... c. 102-103
186
darvazanın baştağında h.994 (1585/6)-cü ilə aid kitabədə binanın sultan III Murad xan ın
hakimiyyəti illərində ulu Rəcəb baba Bakuyinin ə mri ilə tikild iyi göstərilir
9
. Bu abidə
Bakı şəhərinin türk işğalı dövrünə (1578-1607-ci illər) aiddir. Gö ründüyü kimi,
kitabədə adı çəkilən Rəcəb baba Bakının türk işğalı dövründə yerli zadəganların ın
nümayəndələrindən olmuşdur. Tü rk qoşunları Osman Paşanın ko mandanlığı altında
Bakı qalasını tutduqdan sonra ş əhərin hakimi Qubad paşa təyin olundu. Sonralar,
h.1015 (1606-1607)-c i ildə şəhərin hakimi Mustafa bəy Mahmudi idi. Mənbələrdə türk
işğalı dövründə Bakının hakimi (ehtimal ki, ko mendantı) kimi yerli sakin Murad ın adı
çəkilir.
10
Şəhərlərdə, b ir ço x hallarda bilavasitə şahın özünün təyin etdiyi şəhərin hakim
təbəqələrinin nü mayəndələri - kələntərlər (şəhər hakimin in davranışı barədə şaha
mə lu mat verirdilə r), darğalar və d igər vəzifə li şə xslər böyük ro l oynayırdılar. Şah I
Təhmasibin Ba kıya dair h.954 (1547)-cü ilə a id bir fə rmanında
11
şəhər mə mu rla rı
sırasında kələntərlər, vergi y ığanlar, Divan məmu rları, Bakı (məhəllə) kənd xudaları,
darğalar (in zibati-polis vəzifəsi daşıyırdılar) sadalanır. Sənəddə, həmçinin,
hükkamların (mahal hakimləri), tiyuldarların (tiyul sahibləri) adları çəkilir. Bu
mə mu rla r və və zifə sahiblə ri şəhər əhalisinə, sənətkarlara, şəhərin və maha l əha lisin in
ən yoxsul təbəqələrinə zü lm etməkdə iri feodallardan geri qalmışdılar. Şəhərdə
tacirlə rin gətird ikləri ma lla rdan vergi yığan gö mrük mə mu ru da var idi. İngilis taciri
Eduards (1566-cı il) hə min mə muru "bu ölkədə ən qatı fırıldaqçı" adlandırmışdı.
12
Bakıdakı böyük vəqfı şey xlərin in və adları daş kitabələrdə, qəbir daşlarında
çəkilən seyidlərin mənsub edildiyi iri şiə ruhaniləri də feodal sinfinə daxil id ilər. Şah
Təhmasibin ha kimiyyəti illərində (h.977 (1569/ 70)-c i il) Ba kı ya xınlığındakı Şıx
kəndində məscid qapısının üstündə seyid Lətif Nişapurinin oğlu seyid Fəzlullahın adı
çəkilən daş kitabə var.
13
XVI əsrin sonunda, türk işğalı dövründə Ba kı və Abşeronda şiə
seyidlərinin rolunu və onların təqib o lunmasını əks etdirən sənədlərdən biri də köhnə
neft quyularından birində tapılmış daş kitabədir. Kitabədə quyunun h.l003-cü ilin
rəbiüla xir ayında (1594/5-c i ildə) Məhəmməd Nur tərəfindən açıld ığı və seyidlərə
bağışlandığı göstərilir.
14
Mənbələrdə şəhərin xırda alverç iləri və əhalisinin ən yo xsul təbəqələri haqqında,
demə k olar ki, heç bir mə lu mat verilmir. Abşeronun inzibati siyasi mərkə zi o lan Ba kı
Şirvan bəylərbəyliy inin tərkib inə daxil id i. 1607-ci ildə onu Şah Abbasın təyin etdiyi
adlı-sanlı feodal Zülfüqar xan Qaramanlı idarə ed irdi.
15
Bakı bəylərbəyinə tabe olan
hakim tərəfindən idarə olunurdu. Şəhərin feodal zadəganlığına köçəri və yan mköçəri
tayfaların (q ızılbaş və s.) hərb i əyanları, habelə təhkimli kəndliləri ilə birlikdə bütöv
kəndlərə, neft və əkin yerlərinə, Abşeron bağlarına sahib olan köhnə yerli oturaq
feodallar
16
daxil idi. Şəhər kübarları ev lərə, karvansaralara, hamamlara, dükan lara,
sənətkar e malat xana larına, gə milərə və hə m şəhərdə, həm də Abşeron kəndlərindəki
digər mü lkiyyətə ma lik idilər. Mə rkə zi və yerli ha kimiyyət aparatın ın mü lki
bürokratiyası da bu hakim təbəqəyə daxil id i.
İçərişəhərin Şah Abbas darvazasının bayır tərəfinin üstündəki yarısı qalmış
kitabədə h.1017 (1608/ 9)-ci ildə I Şah Abbas Bakını türklə rdən geri alandan az sonra
Dostları ilə paylaş: |