201
V Fəsil
BAKI - BAKI XANLIĞININ PAYTAXTI KĠMĠ (XVIII
ƏSRĠN ĠKĠNCĠ YARISI-XIX ƏSRĠN ƏVVƏLĠ)
1. SĠYASĠ TARĠX
Nadir şah 1747-ci ildə öldürü ldükdən sonra onun qohumları arasında şahlıq
hakimyyəti uğrunda gedən çəkişmə lər, xalq iğtişaşlarına səbəb olan fırıldaqçıların
meydana çıxması, əfqanlarin və özbəklərin şahın qatili olan əfşarların ü zərinə hücumu,
qətl-qarətlər, hakimiyyətsizlik və hərc-mərc lik, ölkənin iqtisadi tənəzzü lü Nad ir şahın
böyük imperiyasının bir sıra feodal dövlətlərinə parçalan masın ı şərtləndirdi. Bu vaxt
Azərbaycanda bir sıra müstəqil xanlıqlar yarandı. Onların ən mühümlərindən biri
paytaxtı Bakı olan Bakı xan lığ ı idi.
Dərgahqulu xan ın oğlu Mirzə Məhə mməd xan (1747-1768-ci illər) qoşuna
arxa lanaraq və Nadir şahın yaxın ə mirlərindən sayılmasından istifadə edərək
hakimiyyəti əlinə alıb şahın təyin etdiyi Ba kı hakimini qovdu.
1
Bakı şəhərinin sultanı
Səlim xan təyin olundu; Abşeron kəndlərin i bəy silkinə mənsub bir neçə yüzbaşı
2
ilə
birlikdə na ib idarə ed irdi. Bu va xt Bakı qarnizonu 200 n əfə rdən ibarət idi. Ba kı
limanında Rusiyanın 6 gəmisi var idi. On lardan iki leytenantın - Qrablinov və
Paquzenin başçılıq etdiyi üçü hərbi gəmi, üçü isə ticarət gəmisi idi.
3
Ba kın ın
yaxınlığındakı (1 sentyabr 1747-ci il) bu xtada ingilis kapitanı Con Eltonun nəzarəti
altında qayırılmış 18 toplu şah freqatı dayanmışdı.
4
Bu illə rdə Ba kı qa lasında şəhəri
hücumdan müdafiə etmək üçün top və digər iri çaplı silah yo x idi. Buna görə də, Bakı
xanı knyaz Qalitsının İrana elçiliyin i müşayiət edən və həmin vaxt Bakıya gəlmiş rus
zabit lərindən ehtiyat edərək şəhər darvazala rın ı bağla mağı və onları şəhərə
buraxmamağı əmr etdi. O, burada yaşayan rus tacirlərinə pis münasibət bəsləyirdi.
5
İranda feodal çəkişmələri və xalq iğtişaşları ilə əlaqədar vəziyyət ağır o laraq
qalırd ı. Ehtimal ki, xalq hərəkatları xanlıqlarda da baş verirdi. Belə ki, Lerxin sözlərinə
görə 1748-ci ilin sonlarında Bakı xanı Dərbənd və Şamaxı xan ları ilə birlikdə
qiyamçılarla mübarizə apararaq, onları ö z vilayətlərindən sıxışdırıb çıxarmışdılar.
6
Mirzə Məhə mməd xan 20 illik hakimiyyəti ərzində ölkənin dərin böhran
içərisində olan iqtisadiyyatını dirçəltməklə məşğul olmuş, ticarətin in kişafına səy
göstərmişdir. O, ad miral o lmaqla, həm nəqliyyat, həm də hərb i gəmiqayırma işlərinə
başçılıq edirdi.
7
202
Mirzə Məhəmməd xan 1768-c i ildə ö ldükdən sonra onun oğlu hələ atasının
sağlığında xan lığ ı idarə edən Məlik Məhəmməd xan
8
Bakı xanı oldu. Məlik Məhəmməd
xan qubalı Fətəli xan ın bacısı Xədicə Bikə ilə evlən mişdi. Qardaşının təkidi ilə Məlik
Məhəmməd xana ərə gedən Xədicə Bikə onun üzərində böyük nüfuza malik idi. O,
ağıllı, ötkəm və amiranə xarakterli qadın idi. Xanlığı, əslində, Xəd icə Bikə idarə ed ir,
qardaşı qubalı Fətəli xanın buyuruğu ilə siyasət yeridirdi. Bu vaxtlar b ir neçə xanlığı
tabe edib xey li güclənən Fətəli xan həmin izd ivacla Bakı xanlığın ı da öz hakimiyyəti
altına saldı. Bakı xanı neftdən və duzdan böyük gəlir (ildə 30-40 min manat) götürürdü.
O, Fətə li xana əvəllər pulla, məhsulla bac ödəyir və sərhədləri lə zgilərin basqınlarından
və qonşu xanla rın müdaxiləsindən qorumaq üçün döyüşçülər verirdi. Mə lik
Məhəmə məd xan Xədicə Bikə ilə evləndikdən sonra bütün bu vergilərdən a zad edildi.
O, yaln ız ərzaqla təmin olun muş qoşun göndərməli və lazım gəldikdə Fətəli xana
kö mək göstərməli idi.
9
Fətəli xanla Mə lik Məhəmməd xan a rasında bağlanmış saziş ə
əsasən sonuncu özünün Fətəli xanın vassalı olmasın ı qəbul edird i.
10
Bu sazişin
bağlanmasına səbəb qonşu feodal hakimlərin in Bakı xan lığ ına tez-tez basqınlar etməsi
idi. 1765-ci ildə Fətəli xan Dərbəndi ə lə keçirdi, Dərbənd xanı Məhə mmədhüseyn xanı
tutaraq gözlərin i çıxartdı və beş yaşlı oğlu Əli bəylə birlikdə əvvəlcə Qubaya, sonra isə
Bakıya göndərdi. Məhəmmədhüseyn xan ö lənəcən (1768-ci il), Əli bəy isə 1796-cı ilə
qədər Bakı xanın ın yanında qaldı.
11
1770-c i ildə Rusiya EA -nın ü zvü Sa mu il Qot lib Qme lin İrana gedərkən yolüstü
Bakıya gəldi. O, imperatriçə II Yekaterinanın tapşırığı ilə Xəzəryanı vilayətləri və
İranın təbii sərvətlərini tədqiq etməyə gəlmişdi. Bundan əlavə, Qmelin A zərbaycan və
İranın Xəzəryanı bölgələrini işğal etmək p lanını həyata keçirmək məqsədilə həmin
vilayətin iqtisadi və siyasi vəziyyətini öyrənmə k kimi gizli tapşırıq da a lmışdı. La kin
Fətəli xan kimi Bakı xanı Mə lik Məhə mməd xan da Qme linin s əyahətinin əsl
məqsədlərini başa düşmüşdü və buna görə də onu qəbul etmə klə bərabər, həddindən
çox şey öyrənə bilməməsi üçün güdürdü. Avqustun 1-də Məlik Məhəmməd xan
Qme lin i qəbul etdi. Onda xan a rtıq Qme linin Abşeronun neft quyularına ba xmasından
xəbərdar edilmişdi. Xan bundan çox narazı qa laraq ondan soruşmuşdu: "Rusiyada
əcnəbilərin belə şeylərə baxmasına icazə verərlərmi?..
12
"Xan Qmelini p is qəbul etdi və
onu casus sayaraq üzərində nəza rət qoydu. Məlik Məhə mməd xan Qmelin in təqdim
etdiyi hədiyyələrdən də narazı qalmışdı. O de mişdi: "Elə şeylər hədiyyə edilmişdi ki,
onları geri qaytarmağa yaln ız nəzakət qanunları mane oldu".
13
Qme lin Mə lik Məhə mməd xanın yaşadığı evi təsvir edir: "Xanın indi yaşadığı
ürəkaçan bağı olan ev dənizin lap yaxınlığında, başqa binalardan aralıda durur. Ancaq
indiki xan bu yaxınlarda ş əhərdən kənarda, onun şimal-qərb tərəfindəki təpənin
ətəyində, dənizin yaxın lığında, Şərq-Qərb üslubunda daha yaraşıqlı başqa bir ev
tikdirmişdir. Mən orada olarkən iki a rvadı ilə hə min evdə yaşayırdı".
14
Qme lin in
təsvirindən
görünür ki, Bakı şəhəri o vaxtlar yaxşı
möhkəmləndirilmişdi. Xəndək şəhərin şimal-qərb tərəfində, quru təpəcikdə olub
dənizlə birləş mirdi. Burada qırxdan ço x mortira və top yerləşdirilmişdi.
15
Qme lin in mə lu matına görə, "Məlik Məhə mməd öz rə iyyəti arasında böyük
Dostları ilə paylaş: |