193
Abbasın h.1066 (1656)-cı il və şah Süley manın h.1078 (1667)-ci il tarixli Bib iheybət
şeyxlərinə aid fərmanlarında çəkilir.
76
Dəzgah dedikdə to xuculuq, ya xud xalçaç ılıq dəzgahı nəzə rdə tutulur. Məlu mdur
ki, XVII əsrdə Abşeronun Xilə və Sura xanı kəndlərində XVIII əsrə a id nümunələ ri
dövrümüzədək gəlib çatmış gözəl xalçalar to xunurdu.
O va xt lar Xilə kəndində xalça ka rxanası var id i. Görünür, hə min vergi
Abşerondakı xalçaçılıq emalatxanalarından toplanırdı.
Cüftbaşı - yu xarıda göstərilən fərmanlarda adı çəkilən cüft, yəni, iki ökü zlə
şumlanıb əkilmiş sahənin məhsulundan alınan vergi.
77
Mali-bağ - bağdan yığılan vergi idi. Abşeronda yığılan bu vergin in adı I Şah
Abbasın h.1015 (1607)-ci il tarixli və II Şah Abbasın 1060 (1650)-cı il tarixli
Bibiheybət şeyxlərinə dair fərmanlarında xatırlanır. Sənədlərə görə, bu vergi meyvə
məhsulunun 1/10 h iss əsinə bərabər idi.
78
Bu vergi, ehtima l ki, ş əhərdə, yaxud onun
ətrafında bağı olan şəhər sakin lərindən də alın ırdı.
Əvariz - yerli hakimiyyətin rəiyyət üzərində qoyduğu işlə ödənilən vergi və
mü kəlləfıyyət idi. Xanlıq dövründə, XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəllərində
"əvriz" (evre z) termini xüsusi məna daşıyırdı. Bütün kənd biyardan əlavə birlikdə
torpaq sahibi üçün işləməli id i. O vaxt kəndlilər 3-dən 9-dək biyar günü, üstəlik 2 gün
isə əvariz kimi torpaq sahibinə işləmə li idilər. Bundan əlavə, kənd ic ması evariz kimi
sahibkar üçün ev, yaxud dəyirman tikmək və i.a. kimi fövqəladə işlər də görürdülər.
79
Bu vergi, ehtimal ki, şəhər rəiyyətinə də şamil id i.
Şəhər əhalisindən, adları çəkilənlərdən başqa, aşağıdakı vergilər alınırdı.
Savəri - könüllü bə xşişlər. Səfəvilər dövründə "savəri" dedikdə rə iyyətin və
ümu miyyətlə, verg i mü kəlləfıyyəti əhalin in feodal hakimlərinə, məmurlara, hərbi
şəxslərə, əslində, məcburi "hədiyyələri" başa düşülürdü.
80
Peşkəş - rəiyyətdən feodal hakimləri, əyanlar və şahın özü üçün yığılan
"könüllü" (əslində məcburi) hədiyyə. Şaha peşkəş bu məqsədlə əvvəlcədən əhalidən
lazımi qədər vəsait toplamış əmirlər və mənsəb sahibləri təqdim edirdilər.
81
Yurtanəyə - Bib iheybət şeyxlə rin in adına verilən Səfəvi sənədlərində Abşeronda
və Şirvan vilayətində yığ ılan vergilərin siyahısında rast gəlinir. Ehtima l ki, tüstü (yəni
hər evdən, yurddan, yaxud ailədən çıxan tüstü), yaxud ailə vergisidir. Bu verginin "otaq
xərc i" kimi ad ına XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəllərinə aid sənədlərdə tez-tez
rast gəlinir.
82
Çərik (qoşun, qeyri-nizami feodal döyüşçü dəstəsi) - Səfəvilər dövründə hərbi
xid mət lə ödənilən bu mü kəlləfiyyət köçəri tayfalara və müafilərə şamil idi. Çə rik,
ehtiyac olduqda, şahın, yaxud yerli bəylərbəyinin əmri ilə y ığılırdı. Tayfa başçıları öz
tayfalarından çəriyə müvafiq miqdarda döyüşçü verirdilər. Onlar müharibə vaxtı da
tayfa birləş mə ləri üzrə qruplaşdırılırdılar.
83
Bakı ölkəsində hakimlə yanaşı, yerli feodal
çəriyin in irsi rəisi Dərgahqulu bəy Heybət bəy oğlu da əhəmiyyətli rol oynayırdı.
84
"Təzkirət ə l-mü luk"un mə lu matına görə, XVIII əsrin birinci çə rəyində Ba kı
hakimi çəriyə 100 nəfər döyüşçü verirdi.
85
Rəsmi sənədlərdə təsvir edilən, yu xarıda haqqında bəhs olunan vergi və
194
mü kəlləffiyyətlərdən əlavə, bir sıra d igər mü kəlləfiyyətlər, o cü mlədən şikar da var idi.
Bir sıra səyyahlar iri feodalların Abşeronda ova çıxmasını təsvir etmişlər. Kəndlilərin,
mü kəlləfiyyət kimi bu ovda iştirak etməyə cəlb o lunması həmin ovun qaydası ilə bağlı
idi. Səyyah Lerx 1733-cü ildə, Abşeronda Səlim xanın oğlu Hac ının və Maştağa sultanı
Dərgahın iştira kı ilə təşkil etdiyi ceyran ovunu təsvir edir: "Ara msız od çıxan yerlə rdən,
çoxlu şoran b itən Kali adlı bir kənddən keçərək Sinsen adlı böyük b ir kəndə,
yarımadanın dar qurtaracağına, təşkil olun muş vəhşi keçi
ovuna getdik. Hə min ova
bütün kəndlərdən tüfəngli, o xlu, dəyənəkli və itli bir neçə yüz kəndli yığ ılmışdı. Onlar
dənizin bir sahilindən o biri sahilinə qədər cərgə ilə düzü lmə li idilər. Biz belə də etdik,
cərgəni pozmadan vəhşi keçiləri qabağımıza qatıb yarımadanın dar qurtara
cağına
qovmağa başladıq ki, orada mü xtəlıf bol şirəli otları həvəslə otlasınlar. Burada Dərgah
sultan bir neçə yüz adamla bizə qoşuldu. Pusqunu duyan və sürü ilə cərgəmizə atılan
zavallı keçilər, ço x təəccüblü olsa da, hay-küyə, atəş səslərinə və bizim zərbələrimizə
baxmayaraq, ada mların arasından və üstündən tullanıb qaçırdılar, la kin tezliklə onların
bir ço xu qırıldı. Biz onları daha da sıxışdırd ıqda onlar qorxudan dörddə bir verst enində
olan körfəzdən üzüb 7 verst uzunluğunda olan, müqəddəs adlanan adaya getdilər..."
86
Le rx Abşeronda ov və "şikar" mükə llə fiyyəti haqqında belə məlu mat verir.
Şəhərlərdə Bakıya aid fərmanlarda göstərilməyən bir sıra digər verg i və
mü kəlləfiyyətlər də mövcud idi. Şəhərdə alverçilərdən və tacirlərdən yığılan böyük
vergilərdən biri ta mğa idi.
Tamğa - sənətkarlıq istehsalına şamil deyildi. Sənətkarlar bu vergin i öz
mə mu latla rın ı ha zırlayarkən yo x, yalnız on ları satarkən verirdilər.
87
Tamğa hə m iri,
topdansatış ticarətinə həm də xırda, pərakəndə ticarətə şamil idi. Tamğa dövlət vergisi
olub, xə zinənin ən mühüm gəlir mənbələrindən idi. Şəhər əhalisi təkcə bu vergin in
ağırlığ ından deyil, vergi yığanların və icarədarların özbaşınalığından da ço x
əzib-əziyyət çəkirdi. Bu verginin artırılması şəhərdə ticarətin inkişafına son dərəcə ağır
təsir göstərirdi.
88
Ticarət vergilərindən biri də bac idi. Bacgə lmə tacirlərdən t icarət yolla rı ilə
gətirdiklə ri ma llara görə
89
şəhər darvazaların ın qabağında, gə milə rin yan ald ıqla rı
liman körpülərində alınırdı. Bu rüsum şəhər əhalisi üçün ağır olub, ticarətin inkişafını
ləngidird i.
Yo l rüsumları və mallardan alınan rahdari deyilən gö mrü k verg isi də var idi.
Hə min rüsumlar şəhərə gətirilən və şəhərdən çıxa rılan mallardan tutulurdu və xə zinənin
əhəmiyyətli mənbələrindən idi.
90
Şardenin və Tavernyenin məlu mat ına görə rüsum
malların dəyərinə görə deyil, hər dəvə, at, yaxud eşşək yükündən (xərvar)
91
tutulurdu.
Ayrı-ayrı şəhərlərdə mallardan tutulan rüsumun miqdarı mü xtəlif id i.
Şəhərlərdə sənətkarlardan və tacirlərdən yığ ılan verg ilərdən biri də boniçe
92
idi.
Abşerondakı Qala kəndi
Ehtimal ki, Abşerondakı Hövsan kəndi
Lerx ceyranları vəhşi keçi adlandırır
Dostları ilə paylaş: |