197
Divanın ayrı-ayrı qulluqçuları kələntərə tabe id i. Kələntərin vəzifələrinə
"əməlin haqqa, zə kaya və ö lkən in adətlərinə müvafiq olması üçün əsnaf yığıncaqlarında
boniçenin məb ləğinə və sənətkarlıq peşəsinə aid digər işlərlə bağlı qəbul edilən
qərarlara ba xmaq da da xil id i.
110
Rəiyyətə - kəndlilə rə, sənətkarla ra və xırda a lverçilərə
qarşı zorakılıq edənlər, onları incidənlər barəsində kələntərə şikayətə gələndə o, vəkil
kimi çıxış etməli idi. Kələntərlər özü əvəzini ala b ilməyəndə iş haqqında Divanın
nümayəndələrinə məlu mat verird i.
111
Kələntərin və naibin fea liyyətinə yekun vuraraq demək olar ki, kə ləntər
kənd xudaları təyin ed ir. Şəhərlə rdə vergiləri əsnafla r a rasında bölüşdürür, onların a rzu
və istəklərini ifadə edir, rə iyyəti müdafiə edirdi.
112
Şardenin qeyd etdiyinə görə
"kələntər" rütbəsi mer və zifəsinə - "prevot de ville'" - uyğun gəlirdi.
113
Kemp ferin
izahları da bunu təsdiq edir.
114
Naib kə ləntərin müav ini və kö mə kçisi idi. Mənbələrdə bu barədə mə lu mat
olmasa da, ehtimal ki, onların hər ikisi yerli əyanlar arasından seçilirdi.
115
Bakı şəhərin in mühüm vəzifəli şəxslərindən biri də II Şah Abbasın Bibiheybət
mə za rı haqqında h.1066 (1656)-c ı il tarixli fə rmanında adı çə kilən darğa idi.
116
Darğa
yerli hakimin təyin etdiy i şəhər mə mu runa deyilird i. Onun vəzifəsi şəhərdə və bazarda
ictima i asayişi qoru maq idi.
117
XVII-XVIII əsrlə rdə Bakıda da rğalar Divan üçün vergi
yığmaq la məşğul olurdular.
118
Bazarlarda ölçü və çəkiyə nəzarət et mə k, rüsum və
cərimə ləri y ığ maq da onun vəzifə lərinə da xil id i. "Tə zkirət ə l-mü luk"a görə darğa polis
rəisi vəzifəsini icra edən və müəyyən məhkə mə səlahiyyətlərinə ma lik mə mu r idi.
Ancaq sonuncu məsələdə o, İsfahandakı divanbəyiyə tabe idi.
119
Darğa şəhər
məh kə məsinə başçılıq edird i və günahkara mü xtə lif cəza lar- çubuqlatmaq, ayağa kündə
vurmaq, cə rimə kəsə bilərd i. Oğurluq edənlərin burnu, qulaqları, barmaq ları və s.
kəsilird i. Ölü m cə zasına yalnız şah, divanbəyi və xan lardan başqa, bəzi sultanlar
məh ku m edə bilərd i.
120
Şardenə və Təzkirət əl-mülu k"a görə darğanın məvacibi 300-dən 500 tü mənə
qədər idi.
121
Ancaq o, rüşvətdən, mü xtəlif cə rimə və töycülərdən böyük gəlir ə ldə
edirdi. Darğanın kö məkçisi gecə vaxtı dəstəsilə bazarı və şəhərin məhəllələrin i gəzərək
asayişə nəzarət edən əxdas, yaxud mirşəb (gecə rəisi) idi. O, əhalinin əmlakın ın
qorunmasına da cavabdeh idi. Əxdas oğurluq malı tapdıqda onun 2/6-si ona çatırdı.
Oğurluq baş verdikdə və oğru tapılmadıqda isə oğurlanmış şeylərin dəyərini onların
sahibinə ödəməli idi.
122
Bakı şəhərində vergilə ri ə mma l, ya xud a mil adlanan Divan
mə mu rla rı yığ ırdı.
123
Şəhər əhalisinin mühü m b ir qrupunu tacirlər təşkil edird i. Şəhərlərdə tacir
silkinin başçısı malik ət-tüccar (prevot des marchands) adlanırdı.
124
Onu tacirlərin
özləri seçirdilər. Malik ət-tüccar ticarət, mübahisə və çəkişmələrinə dair qərarlar
çıxarmalı, habelə to xucuların, boyaqçıların və i.a. işinə nəzarət etməli idi.
125
Şəhərlərdə mühtəsib əl-məmalikin kö məkçilərı - naib lər var idi. Onların vəzifəsi
Divan - maliyyə idarəsi
198
malların əsnaf ağsaqqalları tərəfindən təqdim o lunan qiy mət cədvəllərin i təsdiq etmək,
habelə bazarlara nə zarət idi.
126
Tacirlə rdən biri mühtəsibin qoyduğu qiymətlə ri
pozduqda onların boynuna "taxta kü lah" keçirird ilər.
127
Şarden bu cəza üsulunu belə
təsvir edir: "onların boynuna bizim səyyar rüsvayçılıq dirəyinə o xşar qalın ta xta
keçirirlər. On lar qabaqda zınqırovları olan bu taxtaları çiyin lərində gəzdirirlər. On ların
başına hündür saman papaq qoyub öz məhəllələrində dolandırırlar və qara camaat
onları fitə basır".
128
Şəhərin tacirləri b ir neçə dərəcəyə bölünürdü: topdansatış ticarəti ilə məşğul
olan iri tac irlər - sövdəkarlar, xoca adlandırılan dəniz və ka rvan yolla rı vasitəsi ilə xarici
ticarətlə məşğul olan tacirlə r və i.a. Bakıdakı tacirlər, başlıca olaraq, Şa ma xın ın xa m
ipəyinin alq ı-satqısında vasitəçiliklə məşğul olurdular. Böyük kapital sahibi o lub,
sələmç i bankir Hindistan, İran, Orta Asiya və başqa Şərq ö lkə ləri ilə , əsasən karvan
ticarətində vasitəçilik rolu oynayan hind tacirlə ri xüsusi yer tuturdu. Kabildə,
Qəndəharda, Bəndər-Abbasda, Şira zda, İsfahanda, Şa ma xıda v ə Ba kıda, habelə
Bu xa rada və Bəlxdə tica rət koloniya ları olan hind tacirlə ri Hindistanla sıx iqtisadi əlaqə
saxlay ır, yerli və Hindistanda istehsal olunmuş mallarla ticarət edirdilər.
129
Hind
tacirlə rin in başlıca t icarət malları ədviyyat və Hindistanda istehsal olunan mü xtəlif
zərxara və pa mbıq parça lar, habelə Kəşmir şalı - tirmə, silah, qiy mət li daşlar və mirvari
idi. XVII-XVIII əsrlə rdə Bakıda İrandan gəlib Rusiyaya və oradan da Qərb i Avropa
ölkələrinə mal aparan yerli tacirlər də iri ipək ticarəti ilə məşğul olurdular.
İri tacirlər ticarətdən əlavə, dövlətdən götürdükləri icarədən də xeyli gəlir əldə
edirdilər. Məsələn, yuxa rıda göstərilən kitabədə Ba kıda icarəyə verilən tövcihat
vergisinin adı çəkilir.
130
Neft quyuları, du z mədənləri, zərb xana lar, ba zarlar və i.a . da
icarəyə verilirdi. İri tacirlə r iqtisadi və siyasi cəhətdən feodallarla və şəhərin mənsəb
sahibləri ilə bağlı id ilə r. Onların nümayəndələri ço x va xt yüks ək in zibati vəzifə lər
tuturdu. Şəhər tacirlərinin bir zü mrəsi də sənətkarla rın istehsal etdikləri mə mu latı öz
dükanlarında satan xırda ticarətçilər idi. "Təzkirət əl-mü luk"un məlu matına görə,
tacirlə r şəhərin inzibati orqanla rına, başlıca ola raq, hakimə və kə ləntərə tabe idilə r.
Şəhər əhalisinin mühüm bir qis min i sənətkarlar təşkil edirdi. Mənbələrdə Bakıda
sənətkarla rın vəziyyətinə dair heç bir mə lu mat verilmir. İçərişəhər məhəllələ rin in
dövrümüzədək gəlib çatmış qədim adlarından görünür ki, onlar mü xtəlif məhəllələrdə
(məsələn, "həkka kçılar" məhəlləsi) yaşamışlar.
Daha sonrakı mənbələrin materialları Bakın ın ayrı-ayrı məhəllələrində eyni
peşədən olan sənətkarların - misgərlərin, dəmirçilərin, dabbaqların, boyaqçıların,
zərgərlərin, çəkməçilərin (pinəçilə rin) və i.a . məskunlaşdığını təsdiq edir.
131
İçərişəhərdəki nisbətən kiçik bir ərazidə ço xlu məscid in (20-dən ço x) olması şəhərdə
20-dək məhə llən in mövcud olduğunu göstərir. Be lə ki, orta əsr Azə rbaycan
şəhərlərində, adətən, hər məhəllən in öz məscidi olurdu. Tacirlər və sənətkarlar, ehtimal
ki, bazarın və karvansaraların yerləşdiyi limanın yaxın lığında yaşayırdılar. Sənətkarlar
öz məmu latların ı ema latxana-dükanlarında, bazarda, yaxud yaxınlıqdakı məhəllələrdə
satırdılar.
Şəhər sənətkarlarını iki q ismə bölmək o lar: təkbaşına işləyən sənətkarlar və iri
Dostları ilə paylaş: |