187
şəhərin qala divarların ı tikd irmiş Şirvan bəylərbəyi Zülfüqar xanın ad ı çəkilir.
17
Karme li rahiblə ri 1607-ci ildə şəhər şah qoşunları tərəfindən tutulduqdan bir neçə ay
sonra şəhər ətrafına ova çıxmış Zülfüqar xan ı Bakıda görmüşlər.
18
İtaliyalı Pyetro della
Vallenin 1618-c i ildə verdiy i mə lu mata görə, Ba kı hakimi sultan tituluna malik idi.
19
Ke mpfer də 1683-cü ildə Ba kı ha kimin in sultan adlandığ ını xəbər verir.
20
İrandakı
anonim yezuit missioneri 1687-c i ildə Bakının sultan adlanan və İran şahının vassalı
olan məlik tərəfindən idarə ed ilən kiçik b ir vilayət olduğunu yazırdı.
21
1689-cu ildə A zərbaycanda olmuş digər fransız ye zuit missioneri rah ib Villet
aşağıdakı məlu matı verir: "Farsların dövləti, yaxud imperiyası 16 böyük vilayətə
bölünür. Onların hər birinin tabeliy ində sultanlıqların, yəni əyalətlərin adı ilə sultan
adlandırılan əyalət hakimləri o lan xanları, yaxud şah canişinləri vardır. Şirvan
dövlətindəki Bakı əyaləti onlardan birid ir. Onun 34 kəndi var..."
22
Göründüyü kimi,
Bakı Səfəv ilər dövründə çoğrafi, iqtisadi və siyasi baxımlardan əlahiddə inzibati vahid
idi.
Türk səyyahı Övliya Çələbi xəbər verir ki, Şirvan vilayətindəki Bakı (yəni,
Abşeron - S.A.) 1 nahiyədən (ehtimal ki, neft rayonlarından - S.A.) ibarət ayrıca
xanlıqdır. Çələbinin dediyinə görə, Bakı xan lığının "şahsevənlər"dən və
"dizçökənlər"dən təşkil olun muş qoşunu var idi. Bakı xanın ın qeyri-n izami feodal
qoşunu 3000 döyüşçüdən ibarət id i.
23
Hə m də, Ba kı, İrəvan və Gəncə xanla rın ın
qoşunları türkmənlərdən, monqollardan, qumuqlardan, kalmıklardan (kalmaklar),
kudəklə rdən, muğanlılardan, quzlardan təşkil edilmişdi. Qa lada silah cəbbə xanası, o
cümlədən toplar var idi.
24
Öv liya Çələbi şahın rəs mən təyin etdiy i dövlətli mü lkədar
olan Bakı xanın ı Əşrəf xan ad landırır.
25
Ehtima l ki, Bakı xan ının ö zünün " təbili,
nağarası və bayrağı" olmuşdur. Onun tabeliyində 12 yerli hakim var idi.
26
Bakı xan ları,
ehtimal ki, artıq Şirvanşahlar sarayında yaşamırd ılar. Əks halda, Bakı qalasın ı təfərrüatı
ilə təsvir edən Övliya Çə ləbi saray haqqında hər hansı bir mə lu mat verərd i. 1600-cü ildə
sarayda olmuş İrandakı fransız missioneri Rafael dü Man onun uçulub -dağıldığını və
tama milə xaraba qald ığını qeyd edir.
27
Səfəvi şahlarından soyurqal, tiyul, müa fi ş əklində mü xtə lif bə xşişlə r a lan,
Çələbinin əyan
28
adlandırdığı yerli feodal kübarla rının xeyli hiss əsi şəhərdə yaşayırdı.
Bakı zadəganlarının 1607-ci ildə Bakının alın masında Səfəvilərə fəal kö mək göstərmiş
bir q ismi Şah Abbasdan, ehtimal ki, türk ağalığı dövründ ə həmin əyalətin türkpərəst
yerli əyanlarına tima r kimi verilmiş torpaqları soyurqal
29
olaraq almışdılar. Bakıya a id
bir sıra fərmanlarda soyurqaldan danışılır. Bu sözlə sahibinin şah qoşununa silahlı
adamlar vermə li olduğu bağışlanmış ərazi nəzərdə tutulurdu. Soyurqal irsi idi. Soyurqal
sahibi vergi yığ maq hüququna və inzibati to xunulma zlığa (müavi) ma lik id i. O,
rentanın - verginin dövlətin, yəni Divanın payına düşən hissəsini də özünə götürürdü.
Bə xşiş verilmiş kəndlər onun hakimiyyətinə tabe idi. Ha kimlə rə və maliyyə
mə mu rla rına soyurqal ərazisinə da xil olmaq qadağan edilirdi.
30
T i m a r - təhkimli kəndlilərlə birlikd ə bağışlanmış len torpaq sahibliyi
188
Bakıya aid sənədlərdə hədiyyə torpaqlarının başqa bir növü - tiyu l haqqında da
mə lu matla r var. Şahlar t iyulu, adətən, xid mətlə rinə görə şəhərin hərbi əyanlarına
verird ilə r. Tiyul irsən keçə bilmə zdi. Tiyuldarın t iyul torpaqlarının gəlirinin ha mısını,
yaxud da onların bəzilərin i yığ mağa ixtiyarı var id i. Ço x vaxt maliyyə məmu rları
bağışlanmış tiyul məb ləğini y ığıb tiyul sahibinə verirdilər. Beləliklə, tiyul torpaq
üzərində sahiblik yo x, rentanın - müəyyən yerdən yığılan verginin (ərzaqla, pul və işlə)
bir h issəsini əldə et mə k hüququ verirdi.
31
Bundan əlavə, Bakıda yaşayan feodalların, ehtima l ki, mü lk hüququ ilə
Abşeronda bağları və üzü mlükləri, şəhərdə karvansaraları, sənətkarlıq emalatxanaları,
evləri var idi. "Mülk" istilahı alt ında torpaq, ya xud satıla, alına və vərəsəlik kimi keçə
bilən və dövlət qulluğu göstərmək öhdəçiliy i ilə bağlı olmayan digər daşın ma z ə mlak
üzərində şərtsiz feodal sahibliy i nəzərdə tutulurdu.
32
Şəhər feodalları iri karvan və dəniz
ticarəti ilə sıx bağlı idilər.
33
Xan, ya xud sultan tituluna ma lik Ba kı hakimləri təkcə t icarətdən deyil, əha lidən
yığılan vergi hesabına da böyük gəlir əldə edirdilər: "Təzkirət əl-mü luk"un verdiyi
mə lu mata görə, XVIII əsrin b irinci çərəyində Ba kı hakimin in gəliri 5 000 000 dinar,
34
yaxud 500 tü mən olmuşdu. Bakı xanın ın sarayında yüzlərlə nökər var id i.
35
Ba kı
xanının saray nökərləri arasında gözəlliy i ilə məşhur olan gürcü
36
qulları da var idi.
Səfəvi şahların ın bəzi fə rmanla rı, Streys, Ke mp fer və digər Avropa səyyahların ın
şahidliyi ev quldarlığının mövcud olduğunu göstərir.
37
XIII-XIV əsrlə rdə
Azərbaycanda feodal cəmiyyəti da xilində mövcud olan quldarlıq ukladı sonrakı
əsrlərdə aradan çıxsa da, qul ticarəti davam edirdi.
38
Şəhər əyanları ən mühüm in zibati vəzifələri tuturdular. Şəhərdə ən mühüm
vəzifəli şə xslərdən biri bilavasitə şahın yerli zadəganların, ya xud ş əhər tacirlə rin in
nümayəndələri arasından təyin etdiyi şəhər rəisi - kələntər idi. Kələntər bazarlara,
ticarətdən və sənətkarlıqdan vergilə rin toplan masına nəza rət edirdi. O, hə mç inin, yerli
hakimin davranışını nəzarətdə saxlay ır və bu barədə şaha xəbərçilik edirdi.
39
Şəhərdə
digər mühüm şəxslə r yerli xanın təyin etdiy i inzibati-polis funksiyalarına ma lik mə mur
olan daruğa
40
(darğa) və əhalidən vergi yığan bir sıra başqa Divan mə murları idi. Şəhər
məhə llə lərinin başında "məhəllə kənd xudaları"
41
dururdu. Şəhərdə qonaqların qəbulu
ilə məşğul olan mə mu rla r - meh mandarla r da var id i.
42
Övliya Çələbin in məlu matına görə Bakı şəhəri əhalisinin əksəriyyəti sünni idi.
43
La kin bu mə lu mat bir qədər tendensiyalıdır. Hə min dövrdə Səfəvi şahların ın apardığı
şiəliy i zorla qəbul etdirmək siyasəti sayəsində şiəlik Şirvan və Bakıda, eləcə də,
Azərbaycanın cənub-şərqində geniş yayılmışdı. Bundan əlavə, ind iki Bibiheybət neft
rayonunda şiə müsəlmanların sitayiş etdiyi ibadətgah - yeddinci şiə imamı Musa
Kazımın qızı Höku mə xan ımın məzarı (məqbərəsi) var idi. Şiələr bura ziyarətə
gəlird ilər. Belə liklə, Ba kı XVII əsrdə şiəliyin bərqərar olduğu Azə rbaycan
şəhərlərindən biri idi.
Bakıda sədr tərəfindən idarə o lunan böyük vəqf mü lklərinə sahib olan ali rütbəli
ruhanilər və seyidlər əhə miyyətli ro l oynayırdılar.
44
Soyurqal hüququna malik
vəqflərdən biri yu xarıda bəhs edilən Bibiheybət mə zarın ın (məqbərəsinin) vəqfi idi.
Dostları ilə paylaş: |