00i10az titul(1-7)



Yüklə 4,92 Mb.
Pdf görüntüsü
səhifə48/59
tarix26.09.2018
ölçüsü4,92 Mb.
#70446
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   59

 
154 
 
 
 
 
6.  Provayderdən aldığınız məlumatları (istifadəçi adını və parolu) uyğun sahələrə daxil 
edin. Daxil etdiyiniz informasiyanın düzgünlüyünə əmin olun və Connect (Bağlantı 
qur) düyməsini çıqqıldadın. Əgər daxil etmiş olduğunuz bütün məlumatlar düzgün 
olarsa, aşağıdakı pəncərə açılacaq və siz indi İnternetdə "gəzişə" bilərsiniz.  
 
 
 
İnternetə  kommutasiyalı  modem  vasitəsilə  bağlanmaq  yuxarıdakı  alqoritmdəki 
kimidir. Sadəcə, 5-ci addımda Broadband  (PPPoE) variantının əvəzinə Dial-up 
variantını seçmək lazımdır. 
 
 
 
Ölkəmizdə  İnternetdən  istifadənin vəziyyəti  ilə  bağlı  məlumat  toplayın və qısa  hesabat 
hazırlayın. Hesabatda aşağıdakı suallara və lazım bildiyiniz başqa suallara cavab verməyə 
çalışın: 
Əhalinin neçə faizi İnternetdən istifadə edir? Daha çox istifadəçi faizi əhalinin hansı yaş 
qrupuna aiddir? Məktəbyaşlı uşaqların arasında istifadə səviyyəsi necədir? Genişzolaqlı 
bağlantı  vasitəsilə  İnternetə  qoşulanlar  nə  qədərdir?  Hansı  bölgələrdə  hələ  də 
kommutasiyalı bağlantıdan istifadə olunur?
 
 
Özünüzü yoxlayın 
1. 
ADSL qısaltmasının açılışı nədir? 
2. 
İstifadəçi adı və parolunu kim müəyyən edir? 
3. 
Kommutasiyalı  bağlantıdan  genişzolaqlı  bağlantıya  keçmək  üçün  yeni  modem  lazım-
dırmı?  
4. 
Evinizdə İnternet bağlantısı varsa, onun sürətini və aylıq ödənişin məbləğini öyrənin.  
 
 
ö y r ə n ə k 
A R A Ş D I R A Q  –


 
 
155 
 
 
 
Şəbəkəl
ər
 

ÜMUMİLƏŞDİRİCİ 
SUAL VƏ TAPŞIRIQLA
R
 
1.  Kompüter şəbəkələrinin hansı faydaları var? 
 
2.  "İnternet" və "Dünya hörümçək toru" anlayışlarının hansı fərqi var? 
 
3.  Hansı qurğu iki müxtəlif növ şəbəkəni bir-birinə bağlayır? 
a) qovşaq   
 
 
 
b) körpü 
c) şəbəkə keçidi 
 
 
 
d) yönləndirici 
 
4.  Simsiz şəbəkələrin hansı üstünlükləri və çatışmazlıqları var?
 
 
5.  VPN qısaltmasının açılışı nədir və belə şəbəkədən hansı halda istifadə olunur?
 
 
6.  Bu mülahizələrdən hansı doğru deyil? 
a) Körpü şəbəkəni altşəbəkələrə ayırmaq (və ya lokal şəbəkələri birləşdirmək) 
üçün qurğudur. 
b) Yönləndirici qəbul etdiyi paketləri mövcud marşrutların ən səmərəlisi üzrə 
göndərir.  
c) PC tipli kompüterlərdən ibarət şəbəkə ilə Macintosh tipli kompüterlərin olduğu 
şəbəkəni vahid şəbəkədə birləşdirmək üçün şəbəkə keçidindən (şlüzdən) 
istifadə olunur. 
d) Toparlayıcılar paketləri yalnız nəzərdə tutulduqları kompüterə ötürür. 
 
7.  Şəbəkə resursları dedikdə nə nəzərdə tutulur və onların birgə istifadəyə açılması 
nə deməkdir? 
 
8.  Genişzolaqlı bağlantının kommutasiyalı bağlantıdan hansı üstünlükləri var?
 
 
 
9.  Sizcə, tədqiqatçılar dünyanın ucqar nöqtələrində İnternetə bağlanmaq üçün hansı 
vasitədən istifadə edirlər? 
 
10. 
Windows əməliyyat sistemində İnternet bağlantısının tənzimlənməsi İdarəetmə 
panelinin hansı bölümündə aparılır? 
 
 
 
 


 
 
VEB-PROQRAMLAŞDIRMA  
 
5
.1.
 Veb-proqramlaşdırma nədir 
5.2.
 Hipermətni nişanlama dili – HTML  
5.3.
 Saytın tərtibatının özəllikləri
 
5.4.
 Cədvəllər və istinadlar 


 
 
 
 
Veb-proqram
laşdırma
 

157 
 
 
 
 
 
 
İnternetin ən populyar xidmətlərindən olan “Dünya hörümçək toru”nun (World
Wide Web, WWW) əsası ötən əsrin 80-ci illərinin sonunda Cenevrədə Avropa
Nüvə Tədqiqatları Mərkəzində (CERN) qoyulub. Bu xidmət alimlərin istənilən
tipli  informasiyanı  sürətlə  bir-birinə  ötürməsi  üçün  bir  universal  mühit  kimi
düşünülüb; elə bir mühit ki, orada istinadlar dünyanın istənilən yerində yerləşən
hipermətn  obyektlərini  göstərə  bilsin.  Nəticədə  WWW  sisteminin  özü,
hipermətnin  nişanlama  dili  HTML  (HyperText  Markup  Language)  və
birformalı resurs göstəricisinin (Uniform Resource Locator, URL) köməyi ilə
ünvanlama üsulu işlənib hazırlandı. Bundan başqa, veb-səhifələrə baxmaq üçün
ilk proqram – brauzer, ilk veb-server yaradıldı və onların qarşılıqlı əlaqəsi üçün
protokol – HTTP (HyperText Transfer Protocol) işlənib hazırlandı.   


 
158 
 
 
 
 
İlkin yoxlama 
1. 
WWW nədir? 
a) veb-brauzer 
 
 
b) İnternet xidməti
 
c) protokol
   
 
 
d) veb-sayt
 
 
2. 
Hipermətn necə mətndir? 
a) mürəkkəb  
 
 
b) istinadlı 
c) formatlanmış 
 
 
d) formatlanmamış 
 
3. 
HTML dilində hazırlanmış sənəd (fayl) necə adlanır? 
a) veb-səhifə 
 
 
b) veb-sayt 
c) veb-brauzer 
 
 
d) hiperistinad 
 
4. 
Bunlardan hansı brauzer proqramı deyil? 
a) Internet Explorer   
 
b) Skype 
c) Google Chrome   
 
d) Opera 
 
5. 
Bir-biri ilə əlaqəli veb-səhifələrin yığınına nə deyilir?  
a) protokol   
 
 
b) hiperistinad 
c) sayt 
 
 
 
d) brauzer 
 
6. 
HTML-in yaradıcısı kimdir? 
a) Corc Bul    
 
 
b) Tim Berners-Li 
c) Qvido van Rossum  
 
d) Bill Geyts 
 
7. 
HTML dilində göstəriş necə adlanır? 
a) deyim 
  
 
 
b) komanda 
c) operator    
 
 
d) teq 
 
8. 
Hansı qısaltma İnternet resurslarının rəsmi ünvanını bildirir? 
a) URL 
 
 
 
b) HTML 
c) HTTP 
 
 
 
d) DNS 
 
9. 
Provayderlərin saytlara göstərdiyi xidmət necə adlanır?  
a) servis 
 
 
 
b) marketinq 
c) texniki dəstək 
 
 
d) hostinq 
 
10. 
Domen adı nədir və Azərbaycana məxsus domen hansıdır? 


Yüklə 4,92 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə