72
Bəs bu printerlərin hansı tətbiq sahələri var? 3D-printerlərdən daha çox aşağıdakı
sahələrdə istifadə olunur:
arxitektura (maketlərin hazırlanması);
sənaye və maşınqayırma (gələcək istehlak məmulatlarının və ya onların
ayrı-ayrı detallarının prototiplərinin və konseptual modellərinin yaradıl-
ması);
tibb (protezlərin və bədən üzvlərinin maketlərinin hazırlanması);
teatr və kino (dekorasiyalar, mulyajlar).
İnternetdə
n 3D-çap texnologiyasına aid əlavə məlumat toplayın.
Belə bir suala cavab
tapmağa çalışın: 3D-printerdə hansı məhsulları çap etməyə imkan verən informasiyanın
yayılması ABŞ-da qadağan edilib?
Özünüzü yoxlayın
1.
Üçölçülü kompüter qrafikasının yaradılması prosesi hansı mərhələlərdən ibarətdir?
2.
"Renderinq" nədir?
3.
Üçölçülü qrafikanın vektor qrafikası ilə hansı bənzərliyi var?
4.
3D-printerin iş prinsipi necədir?
5.
3D-printer hansı sahələrdə tətbiq olunur?
ö y r ə n ə k
A R A Ş D I R A Q –
LAYİHƏ
73
Modelləş
d
irm
ə
2
ÜMUMİLƏŞDİRİCİ
SUAL VƏ TAPŞIRIQLA
R
1. Hansı mühakimələr doğrudur?
a)
Modelləşdirilən prosesin riyazi dildə ifadəsinə riyazi model deyilir.
b)
Dinamik modeldən fərqli olaraq, statik model müəyyən zaman ərzində sistemdə baş
verən dəyişiklikləri nəzərə alır.
c)
Riyazi modeldən istifadə etməklə sistemin davranışının kompüterdə
təqlid edilməsinə
kompüter modelləşdirməsi deyilir.
d)
Eksperimental qiymətlərin çərçivəsi xaricindəki proqnozlaşdırmaya interpolyasiya
deyilir.
e)
Determinantlıq əmsalı alınmış reqressiya modelinin nə qədər uğurlu olmasını göstərir.
f)
Müəyyən bir hadisənin gələcək inkişafı və nəticəsi haqqında öncədən verilən məlumata
statistik məlumat deyilir.
g)
Statistik verilənlər dəqiq qiymətlərdir, ancaq kəmiyyətlərin asılılıq xüsusiyyətini
düzgün əks etdirmir.
h)
Protezlərin və bədən üzvlərinin maketlərinin hazırlanmasında 3D-printerlərdən istifadə
olunur.
2. Cümlələrdə buraxılmış yerləri uyğun ifadələrlə doldurun.
a)
Riyazi modeldən istifadə etməklə sistemin davranışının kompüterdə təqlid edilməsinə
___ deyilir.
b)
Obyektin ___ modeli onun hər hansı ayrıca zaman anındakı vəziyyətini əks etdirir.
c)
Modelləşdirilmiş sistemin hərəkətini (davranışını) proqnozlaşdırmaq məqsədilə
kompüter modelinin köməyi ilə hesablamaların aparılmasına ___ və ya ___ deyilir.
d)
___böyük miqdarda kəmiyyət və keyfiyyət verilənlərinin toplanması, ölçülməsi və
təhlili ilə bağlı elm sahəsidir.
e)
Reqressiya modelinin qrafikinə ___deyilir.
f)
Görüntünün ___ olunmasının iki əsas üsulundan biri şüa izləmə adlanır.
g)
___başlıca məqsədi arzuedilən obyektin vizual həcmli obrazının işlənib-hazır-
lanmasıdır.
h)
3D-printer virtual üçölçülü model əsasında ___ yaradan qurğudur.
3. "Reqressiya modeli" nədir və ondan hansı məqsədlər üçün istifadə olunur?
4. "Trend cizgisi" anlayışının "reqressiya modeli" anlayışı ilə hansı bağlılığı var?
5. Üçölçülü kompüter qrafikasının yaradılması prosesinin hansı mərhələsində işıq
və kölgə effektindən istifadə olunur?
LAYİHƏ
74
VERİLƏNLƏR BAZASI
3.1.
Layihə
və onun mərhələləri
3.2.
Verilənlər bazasının layihələndirilməsi
3.3.
"Tələbələr" verilənlər bazası layihəsi
3.4.
"Azərbaycan kinosu" verilənlər bazası
3.5.
"Azərbaycan xalçası" verilənlər bazası
LAYİHƏ
75
Verilənlər bazas
ı
3
Vaxtında alınmış, düzgün emal olunmuş və dəqiq təqdim edilmiş informasiya
çox zaman verilən qərarların səmərəliliyini və deməli, onların nəticələrini
yüksəldir.
Verilənlər bazasına əsaslanan avtomatlaşdırılmış informasiya sis-
temləri ötən əsrin 60-cı illərində öncə hərbi sənaye sahəsində meydana çıxdı,
sonra isə çox böyük həcmdə ilkin verilənlərin toplandığı başqa sahələrə keçdi.
İlk verilənlər bazaları kimya, nüvə fizikası, kosmonavtika və informasiya ilə
işləmək üçün sistemli yanaşmanın tələb olunduğu digər elm sahələrində öz
tətbiqini tapdı. Kompüterləşmənin sonrakı inkişafı elə bir vəziyyət yaratdı ki,
verilənlər bazaları, demək olar, insan fəaliyyətinin bütün sahələrində tətbiq
olundu. Onlardan kənd təsərrüfatından tutmuş maliyyə sistemlərinədək iqti-
sadiyyatın çeşidli sahələrində istifadə edilməyə başlandı.
Verilənlər bazalarının
ən böyük tətbiq sahəsi isə,
şübhəsiz, İnternetdir.
Verilənlər
bazası
Tətbiqi
proqram
İstifadəçi
LAYİHƏ