68
Ü
ÇÖLÇÜLÜ QRAFİK MODELLƏR
OpenOffice.org Draw və SketchUp proqramlarının hansı ortaq cəhəti var?
Kompüterdə hazırlanmış üçölçülü modellərə harada rast gəlmişsiniz?
Münasib bildiyiniz qrafik redaktor proqramını açın və əvvəlki dərsdə verilmiş detalın
üçölçülü modelini hazırlayın.
− Hansı qrafik redaktordan istifadə etdiniz?
− Həmin qrafik redaktorda obyektin ölçülərini dəqiq göstərmək mümkündürmü?
Kompüter qrafikasında ən maraqlı və eyni zamanda mürəkkəb görüntü növlərindən
biri
üçölçülü görüntü və ya
üçölçülü qrafikadır. Kompüter qrafikasının üçölçülü fəza-
da həcmli obyektlərin modelləşdirilməsi yolu ilə görüntülərin və ya videoların yara-
dılması ilə məşğul olan bölməsi
üçölçülü qrafika (
3D-qrafika) adlanır. Obyektin
üçölçülü modelinin yaradılması prosesinə isə
3D-modelləşdirmə deyilir. 3D-model-
ləşdirmənin başlıca məqsədi arzuedilən obyektin əyani (vizual) həcmli obrazının işlə-
nib-hazırlanmasıdır. Bu zaman model gerçək aləmdəki obyektlərə uyğun ola və ya ta-
mamilə mücərrəd ola bilər.
Qeyd etmək lazımdır ki, üçölçülü qrafika-
nın
vektor qrafikası ilə bir çox oxşar cəhət-
ləri var. Burada da istər üçölçülü səhnənin
bütün elementlərini, istərsə də hər bir obyekti
ayrı-ayrılıqda dəyişmək olur. Üçölçülü qrafi-
F Ə A L İ Y Y Ə T
2.6
Üçölçülü qrafika (3D-qrafika)
3D-modelləşdirmə
Vektor qrafikası
Gerçəkləmə (renderinq)
Şüa
izləmə
3D-printer
AÇ
AR
sö
zl
ə
r
LAYİHƏ
69
Modelləş
d
irm
ə
2
kadan interyer dizaynında, memarlıq obyektlərinin, reklamların, öyrədici kompüter
proqramlarının, kompüter oyunlarının, video-çarxların, maşınqayırmada detalların
və məmulatların əyani təsvirinin hazırlanmasında və başqa sahələrdə istifadə olunur.
Üçölçülü kompüter qrafikasının yaradılması prosesini üç əsas mərhələyə ayırmaq
olar:
1.
3D-modelləşdirmə adlandırılan birinci mərhələdə obyektin modeli – forması
yaradılır.
2.
Tərtibat və animasiya adlandırılan ikinci mərhələdə obyektlərin hərəkəti və
bir-birinə nəzərən yerləşməsi təsvir olunur.
3. Nəhayət,
renderinq adlandırılan üçüncü mərhələdə obyektin yekun obrazı ya-
radılır.
3D-modelləşdirmə (
3D modeling) obyektlərin üçölçülü formasının, yaxud
karkasının yaradılmasını nəzərdə tutur. Bunu müxtəlif üsullarla etmək olar: üçölçülü
modelləşdirmə proqramları vasitəsilə real obyektin formasını skanerdən keçirib
kompüterə
daxil etməklə; alqoritmlər toplusundan istifadə
etməklə prosedur model-
ləşdirmə yoluyla; yaxud fiziki və ya dinamik simulyasiya vasitəsilə.
Tərtibat və animasiya (
layout and animation) mərhələsində obyektlərin bir-
birinə nəzərən yerləşdirilməsi nəzərdə tutulur. Burada obyektlərin yeri və ölçüləri
müəyyən olunur.
Həndəsi modellərdən ibarət görüntüyə reallıq vermək üçün işıq və kölgədən
istifadə olunur. Bu üsulla görüntünün yaradılmasına
gerçəkləmə və ya
renderinq
(
rendering) deyilir. Qrafik proqramlarda işıq mənbəyinin yerini obyektə nəzərən
təsvir etmək, görüntünün işıqlanmış və kölgələnmiş sahələrini hesablamaq üçün
riyazi düsturlardan istifadə olunur.
Görüntünün renderinq olunmasının iki əsas üsulundan biri
şüa izləmə (ray
tracing) adlanır. Şüa izləmə görüntünün hər bir obyektinin parlaqlığının, şəffaflıq
3D-modelləşdirmə
Üçölçülü model
LAYİHƏ
70
səviyyəsinin və əksetdirmə imkanının hesablanması üçün istifadə olunan alqoritm-
dir. Bu atributlar müəyyən işıq mənbəyindən hər bir elementə və sonra müşa-
hidəçinin gözünədək olan yolda ayrı-ayrı əks olunmuş işıq şüalarındakı dəyişikliklə-
rin izlənməsi yolu ilə hesablanır. Bundan sonra ekranda görüntünü əmələ gətirən
piksellərin rəngini və intensivliyini ölçmək üçün obyektin atributlarından istifadə
olunur. Şüa izləmə hər bir pikselin atributlarını müşahidəçiyə, görüntünün element-
lərinə və işıq mənbəyinə nəzərən hesablamağa imkan verir.
Eyni səhnəyə tətbiq olunmuş
müxtəlif renderinq texnikaları
1951-ci ildə Massaçusets Texnologiya İnstitutunun mühəndisi
Cey Forrester (Jay
Wright Forrester) “Whirlwind I” (“Qasırğa-1”) adlı yeni kompüteri nümayiş etdirdi.
Bu kompüterin çıxış qurğusu görüntünü elektron-şüa borusunun ekranında yaradırdı.
Tari
x
LAYİHƏ