0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə64/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   60   61   62   63   64   65   66   67   ...   79

164 
 
qaməti atomun məcburi şüalanma dalğasının uyğun xarakteristikaları ilə eyni oldu-
ğundan onlar koherent dalğalardır. Bu o deməkdir ki, elektromaqnit dalğasının təsiri 
ilə maddədə bir fotonun əvəzinə hər birinin enerjisi 


  olan iki foton əmələ gəlir: 
şüalanmaya  məcbur  edən  foton  və  yeni  yaranan  foton.  Beləliklə,  maddədən  keçən 
işığın  iki  dəfə  güclənməsi  baş  verir.  Lakin  xarici  elektromaqnit  dalğalarının  təsiri 
nəticəsində  maddə  atomunda  induksiya  dalğalarının  şüalanması  ilə  eyni  zamanda 
işığın udulması da baş verir. Bu səbəbdən maddədən keçən işığın intensivliyi azalır.  
 
Cədvəl 4.2. 
Atomun iki enerji səviyyəsi arasında mümkün ola bilən optik proseslər. 
Optik proses 
Atomun enerji halları 
Başlanğıc hal 
Son hal 
Udulma 
 
 
Spontan 
şüalanma 
 
 
Məcburi 
şüalanma 
 
 
 
Şüalanan işığı gücləndirmək üçün elə etmək lazımdır ki, maddədə həyəcanlanmış 
atomların sayı onun əsas halında (minimum enerji səviyyəsində) olan atomların sa-
yından çox olsun
Atomu  həyəcanlanmış  hala  gətirməyin  müxtəlif  üsulları  mövcuddur;  məsələn, 
maddəni əlavə şüalanmaya məruz etməklə. Lakin bu zaman həyəcanlanmış atomlar 
spontan şüalanmaqla çox tez bir müddətdə – məcburi şüalanmaya imkan tapmadan 
minimum enerji səviyyəsinə qayıdır. Ona görə də məcburi şüalanmanı həyata ke-
çirmək üçün üç enerji səviyyəli (əsas və iki həyəcanlanmış səviyyə) atomdan istifadə 
edilir. Belə olduqda atomlar həyəcanlanmış səviyyələrin birində digərinə nisbətən 
uzun müddət qala bilir. Belə səviyyələr müxtəlif kristallarda, məsələn, alüminium 
oksidinin 
???????????? ??????   alüminium atomlarının bir hissəsinin xrom (????????????
) atomu ilə əvəz 
olunduğu  yaqut kristalında  vardır.  Bu 
kristalda xrom ionları üç enerji səviyyəsin-
də ola bilir: səviyyələr şərti olaraq A, B və 
C  hərfləri  ilə  işarə  edilmişdir 
(a)
.  Yaqut 
kristalını  güclü  lampa  ilə  işıqlandırdıqda 
xrom ionlarının enerjisi 
??????  olan həyəcan-
lanmış C səviyyəsinə keçidi baş verir. Bu 
ionlar  əsas  səviyyəyə  dərhal  qayıtmır, 
(a)
 
A 
B 
C 
Spontan keçid
Qırmızı işığın 
şüalanması
İşığın 
udulması 
??????  
??????  
ℎ 
ℎ 
??????  
??????  
??????  
??????  
ℎ 
ℎ 
??????  
??????  
??????  
??????  
??????  
??????  
  LAYİHƏ


165 
 
onlar əvvəlcə spontan şüalanmaqla 
??????  enerjili 
B ara səviyyəsinə düşür. İonlar bu səviyyədə 
C  səviyyəsinə  nisbətən  daha  çox  qala  bilir. 
Nəticədə  kristalın  həyəcanlanmış  səviyyə-
sinin “sakinlərinin” sayı əsas səviyyəyə nisbə-
tən daha çox olur. Enerjisi 


= ?????? − ??????  olan 
həyəcanlandırıcı  foton  kristalda 
?????? → ??????  
keçidinə uyğun olan 
693 ???????????? dalğa uzunluqlu 
qırmızı  işığın  məcburi  şüalanmasını  yaradır 
(bax: 
a
). 
Lazerdə şüalanmanın gücləndirilməsi işığın 
mühitin eyni təbəqəsindən dəfələrlə keçməsinin 
təmin olunması yolu ilə əldə edilir. Belə effektə 
maddənin  həmin  təbəqəsini  bir-birinə  paralel 
olan  iki  güzgü  arasında  yerləşdirməklə  nail 
olunur.  Yaqut lazerinin sadələşdirilmiş  sxe-
mində bunu aydın görmək olar 
(b)
.  
Burada  1 – işığın gücləndirilməsinin baş 
verdiyi mühit, 2 – güzgü, 3 – yarımşəffaf güzgü, 
4 – işıq mənbəyidir: o, mühitin atomlarını həyə-
canlanmış hala gətirir.  
Həyəcanlandırıcı foton yaqut kristalının oxuna paralel hərəkət edərək eyni isti-
qamətdə  hərəkət edən yeni nəsil fotonlar seli yaradır 
(c)
. Bu selin bir hissəsi 3 güz-
güsündən keçərək kənara çıxır, digər hissəsi isə güzgüdən qayıdaraq 1 mühitində güclə-
nir (
d
). 2 güzgüsündən qayıdan gücləndirilmiş fotonlar seli həyəcanlandırıcı fotonlar 
kimi hərəkət edir 
(e)
. Beləliklə, yaqut kristalında dəfələrlə gücləndirilən çox yüksək enerjili 
foton seli qırmızı şüa formasında 3 güzgüsündən kənara çıxır.  Alınan qırmızı lazer şüalan-
ması ağ Günəş işığı və adi qırmızı işıqdan  fərqlənir (
cədvəl 4.3
).
 
   
 
Cədvəl 4.3. 
Lazer şüalanması ilə adi şüalanmanın müqayisəsi. 
 
 
 
 
İşıq 
Günəş işığı 
Qırmızı işıq 
Lazer 
qırmızı işığı 
Spektri 
Dalğanın  şəkli 
(b)
1 
3 
2 
4 
(с)
(d)
(e)
  LAYİHƏ


166 
 
 
2. Tövsiyə olunan elektron ünvanlar: 
1. https://www.facebook.com/page.fizika/posts/273836539385048  
2. http://referat.ilkaddimlar.com/ref_info_5600 
3. https://az.wikipedia.org/wiki/Elektro-l%C3%BCminessensiya 
4. http://anasahife.org/elektromaqnit-sualanma-menbeleri-tebii-elektromaqnit-
sualanma.html  
5. http://static.bsu.az/w10/kitab/rcqrk.pdf 
6. http://regionplus.az/az/articles/view/3991 
7. https://virtualkitabxana.files.wordpress.com/2016/03/fizika-9-az-derslik.pdf 
8. http://www.turkcebilgi.org/bilim/fizik/lazer-24862.html 
9. http://www.ansiklopedi.biz/fizik/lazer-nedir-lazer-nasil-calisir 
10. http://ebooks.azlibnet.az/book/51a8Uq4Z.pdf. 
 
Təqdimatın hazırlanması planı 
1
-ci slayd 
 Təqdimatın adı 
 Hazırlayan (sinif, şagirdin adı və soyadı) 
2
-ci slayd 
 Lüminessent şüalanma: fiziki mahiyyəti 
3
-cü slayd 
 Lüminessent şüalanmanın növləri: fotolüminessensiya, elektrik 
lüminessensiyası, kimyəvi lüminessensiya, katod lüminessensiyası 
4
-cü slayd 
 Fotolüminessensiya  və  kimyəvi lüminessensiya, onların tətbiqləri 
5
-ci slayd 
 Elektrik lüminessensiyası  və  katod lüminessensiyası, onların tətbiqləri 
6
-cı slayd 
 Lazer şüalanması: onun fiziki əsası 
7
 və 
8-
ci slaydlar
 Lazerin tətbiqləri: təbabətdə, istehsalatda, elmi tədqiqatda, hərbidə 
 
 
 
 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə