0f11aztitul(1-7)



Yüklə 42,65 Mb.
Pdf görüntüsü
səhifə67/79
tarix31.10.2018
ölçüsü42,65 Mb.
#77559
1   ...   63   64   65   66   67   68   69   70   ...   79

172 
 
 
Nüvənin rabitə enerjisi. Aparılan çoxsaylı eksperimentlərdən müəyyən olunmuş-
dur ki, atomun kütləsi onu təşkil edən zərrəciklərin (proton, neytron və elektronların) 
sərbəst  haldakı  kütlələri  cəmindən  kiçikdir.  Buna  görə  də  nüvənin 
??????  enerjisi  onu 
təşkil edən sərbəst nuklonların 
??????  enerjisindən ∆?????? = ??????
??????
− ??????
??????
 qədər kiçik olmalıdır. 
Araşdırmada bunu sübut etdiniz: helium 
???????????? nüvəsi üçün  ∆?????? = 27,275 MeV alındı. 
Lakin bu heç də o demək deyildir ki, nuklonlar nüvəni əmələ gətirdikdə təbiətin fun-
damental qanunu olan enerjinin saxlanması qanunu pozulmuşdur. Ona görə ki, atom 
nüvəsini nuklonlara  ayırmaq üçün  onlar  arasındakı güclü nüvə  qüvvələrinə qarşı  iş 
görmək  lazımdır  –  enerji  sərf  olunmalıdır.  Deməli,  nuklonların  sərbəst  haldakı 
enerjilərinin cəmi nüvənin enerjisindən böyük olmalıdır ki, onlar birləşib nüvə əmələ 
gətirdikdə, yaxud əksinə, nüvəni proton və neytrona ayırdıqda həmin artıq enerjinin 
şüalanması baş versin. Beləliklə, enerjinin saxlanması qanunu təmin olunur!  
  Nüvəni sərbəst nuklonlara parçalamaq üçün lazım olan minimum enerji 
nüvənin rabitə enerjisi adlanır
??????
= ???????????? + (?????? − ??????)?????? − ?????? ∙ ?????? .                 (1) 
Bilirsiniz ki, (1) düsturunda orta mötərizədəki ifadə kütlə defekti adlanır. 
 Kütlə defekti – nüvəni təşkil edən sərbəst nuklonların kütlələri cəmi ilə nüvə 
kütləsinin fərqidir: 
∆?????? = ???????????? + (?????? − ??????)?????? − ?????? .                              (2) 
Kütlə  atom kütlə vahidi  (a.k.v.) ilə  ölçüldükdə  rabitə  enerjisinin  MeV-lə  ifadə 
olunan qiymətini belə yazmaq olar: 
??????
= 931,5 ∙ ∆??????.                                                       (3) 
Əgər (3) düsturuna əsasən nüvənin rabitə enerjisini hesablayıb alınan qiyməti 
nuklonların sayına böləriksə, bir nuklona düşən rabitə enerjisini – xüsusi rabitə 
enerjisini təyin etmiş olarıq
ℰ =
??????
??????
=
931,5 ∙ ∆??????
??????
.                                              (4) 
Xüsusi rabitə enerjisi müxtəlif nüvələrdə müxtəlif qiymətə malikdir. Xüsusi rabitə 
enerjisinin maksimal qiyməti 
8,7 
 -a yaxındır. O, kütlə ədədi 50
60 arasında olan 
kimyəvi elementlərə xasdır. Ağır elementlərin xüsusi rabitə enerjisi 

 -dan azdır, 
məsələn, təbii uran nüvəsinin xüsusi rabitə enerjisi 
≈ 7,6 
-dur.  
Məsələ 1
Helium  
???????????? nüvəsinin kütləsi 
4,002603 a.k.v.-yə bərabərdir (bax: 
cədvəl 4.4
).    
1 a.k.v. kütlə 931,5 MeV enerjiyə ekvivalent olduğundan helim nüvəsinin enerjisi:  
?????? =
4,002603 ∙ 931,5 ?????????????????? = 3728,425 ??????????????????. 
Helium   
????????????  nüvəsinin    enerjisinin  onu  təşkil  edən  zərrəciklərin  enerjiləri  cəminə 
bərabər olub-olmadığını təyin edin. 
Nəticənin müzakirəsi:  
 Helium  ???????????? atomunun kütləsi ilə onu təşkil edən zərrəciklərinin kütlələri cəmi ara-
sında hansı münasibət mövcuddur?  
 Apardığınız hesablamalar nüvə və onun nuklonları arasında enerjinin saxlanması qa-
nununun ödənildiyini təsdiq etdimi?
ARAŞDIRMA 
 
1
 
 
  LAYİHƏ


173 
 
Xüsusi rabitə enerjisi böyük olan nü-
vələr daha dayanıqlı, yüngül və ağır nü-
vələr  isə  orta  kütlə  ədədinə  malik  nü-
vələrə nisbətən az dayanıqlı nüvələrdir. 
Bunu  xüsusi  rabitə  enerjisinin  kütlə 
ədədindən  asılılıq  qrafikindən  də  gör-
mək  olur 
(a)
.  Deməli, xüsusi rabitə 
enerjisi – nüvələrin dayanıqlığını xarak-
terizə edən fiziki kəmiyyətdir.  
 
 
 
Hansı izotopun  xüsusi rabitə enerjisi ən böyükdür? 
Məsələ  2. 
Xüsusi  rabitə  enerjisinin  kütlə  ədədindən  asılılıq  qrafikinə  əsasən   
????????????, ????????????,  ??????,   ????????????, 
????????????,
??????  izotoplarını  xüsusi  rabitə  enerjisinin 
artma ardıcıllığı ilə sıralayın (bax: 
a
).  
Nəticənin müzakirəsi:  
 Hansı izotopun  xüsusi rabitə enerjisi ən böyük, hansı – ən kiçikdir?  
 Xüsusi rabitə enerjisi ən kiçik və ən böyük olan izotopların rabitə enerjilərinin qiymətləri 
arasında hansı münasibət var?   
 
 
Arif və Nəzrin dərsdə müəllimin verdiyi belə bir məsələni müzakirə edirdilər: “Niyə ağır 
kimyəvi elementlərin nüvələrində neytronların sayının protonların sayına nisbəti, yüngül 
elementlərin nüvələrindəki uyğun nisbətdən böyükdür?” 
Arif:  –  Mənim fikrimcə, ağır nüvələrdə protonlarla neytronların sayı çox olduğundan onlar 
arasındakı nüvə qüvvələri də yüngül nüvələrlə müqayisədə çox böyük olur. Enerjinin saxlanması 
qanununa görə, ağır nüvələrdə uyğun nisbət də yüngül nüvələrə nəzərən daha böyük olmalıdır
Nəzrin: – Düşünürəm ki, nüvədə proton çox olduqda onlar arasında Kulon itələmə qüv-
vələri daha güclü olur. Bu qüvvələri neytrallaşdırmaq üçün daha çox neytron lazımdır ki, 
protonlar nüvəni tərk etməsin.  
 Siz kimin fikri ilə razısınız? Niyə? 
 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 

???????????? ??????ə   ????????????  izotoplarının kütlə defektini təyin edin. 
 
 
 

???????????? ??????ə   ????????????  izotoplarının rabitə enerjilərini xüsusi rabitə enerjisi-
nin kütlə ədədindən asılılıq qrafikinə əsasən təyin edə bilərsinizmi? 
 
 
 

Kütlə defekti niyə yaranır? Fikrinizi əsaslandırın. 
 
 
 

Nüvədəki nuklonların xüsusi rabitə enerjisinin fiziki mənası nədir? 
 
 
 

Xüsusi rabitə enerjisinin kütlə ədədindən asılılıq qrafikini izah edin 
 
 
 
 
NƏ ÖYRƏNDİNİZ?  
İş vərəqində “Nüvələrin rabitə enerjisi və enerjinin saxlanması qanunu” 
mövzusunda esse yazın. 
 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
ARAŞDIRMA 
2
TƏTBİQETMƏ 
 
0         20       40      60       80     100    120     140     160    180   200    220     240    A
 
8
 
 
6
 
 
4
 
 
2
??????
 
????????????
??????
????????????
????????????
??????
????????????
????????????
??????,
??????????????????
????????????????????????????????????
 
(a)
 
  LAYİHƏ


Yüklə 42,65 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə