0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə52/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   73

141 
 
 
Maksvell  nəzəriyyəsinin  mühüm  nəticələrindən  biri  işığın  eninə  elektromaqnit 
dalğası olmasıdır
.
 Bu nəzəriyyəyə görə, elektromaqnit təbiətli işıq dəyişən elektrik 
və maqnit sahələrinin    və   vektorlarının fəzada yayılan rəqsidir. Həmin rəqslər 
təbii işıq dalğalarında həm bir-birinə, həm də yayılma sürətinə perpendikulyar müs-
təvilər üzrə bütün istiqamətlərdə yayılır 
(e)
; məsələn, Günəşin şüalandırdığı ağ işıq 
təbii işıq dalğasıdır.  
İnterferensiya və difraksiya hadisələri həm eninə, həm də uzununa dalğalarda müşahidə 
edildiyindən,  işıq  dalğasının  eninə  olduğunu  təcrübi  olaraq  müəyyən  etmək  mümkün 
deyildir. Lakin elə optik hadisə vardı
 
r ki, onun köməyi ilə işıq dalğasının eninə elektro-
maqnit dalğası olduğu müəyyən edilə bilər. Həmin hadisə işığın polyarlaşmasıdır
Polyarlaşmış işıq təbii işığın tərkibindən xüsusi qurğu vasitəsilə ayrılmış və müəyyən 
müstəvidə   vektorunun rəqslərinin üstünlük təşkil etdiyi hissəsidir (bax: 
e
).  
İşığı polyarlaşdıran həmin qurğulardan biri turmalin kristalıdır. Turmalin lövhə-
lər ilə aparılan təcrübələrdən biri belədir: lövhənin səthinə perpendikulyar istiqamət-
də ağ işıq şüası yönəldilir. İlk baxışdan elə görünür ki, ondan keçən işıq dəyişmir. 
Əslində isə turmalin kristalı elə işıq dalğasını keçirir ki, onun   vektoru müəyyən M 
müstəvisində rəqs edir (bax: 
e
). Deməli, kristal lövhədən müstəvi polyarlaşan işıq 
şüası keçir. Belə lövhə polyaroid adlanır. İşığın həqiqətən polyarlaşdığını yoxlamaq 
üçün polyaroiddən keçən işığın qarşısına ikinci belə lövhə – analizator qoyulur. 
2.  Proyektoru  işə  salıb  işıq  şüasını  polyaroidin 
üzərinə  yönəldin  və  polyaroidi  sağanaq  içəri-
sində  gah  bu,  gah  da  digər  istiqamətə  fırladın 
(c)
. Ekranda alınan işıqlı dairənin parlaqlığının 
dəyişib-dəyişmədiyini izləyin.   
3.  Polyaroid  ilə  ekran  arasında  ikinci  polyaroidi 
elə  yerləşdirin  ki,  onların  hər  ikisinin  dəstəyi 
şaquli  yuxarıya  yönəlmiş  olsun.  Sonra  ikinci 
polyaroidi sağanaqda tədricən sağa (və ya sola) 
fırlatmaqla ekrandakı işıqlı dairə üzərində mü-
şahidə aparın 
(d)

Nəticənin müzakirəsi: 
 Bir polyaroid ilə apardığınız təcrübədə işığın 
parlaqlığında müəyyən dəyişiklik müşahidə et-
dinizmi? 
 İki polyaroidlə apardığınız təcrübədə qeyri-adi 
nə müşahidə olundu? Həmin hadisənin başver-
mə səbəbini necə izah etmək olar?
 
(c)
 
(d)
 
Təchizat:
 
“İşığın  dalğa  xassələri”  dəstindən  iki  polyaroid,  proyektor  (işıq  mənbəyi), 
ekran və altlıq. 
İşin gedişi: 
1.  Proyektor  və  ekranı  altlığın  diametral  əks  kənarlarında,  polyaroidin  birini  isə  onlar 
arasında yerləşdirin. 
ARAŞDIRMA 
 
1
 
İşıq niyə görünməz oldu? 
  LAYİHƏ


142 
 
 
Məlum olur ki, polyaroidlə analizatorun 

 oxları paralel olduqda işıq hər iki 
lövhədən tam keçir 
(f)
. Lövhələrin oxları arasındakı bucaq 

90° arasında 
dəyişərsə, onlardan keçən işığın intensivliyinin azaldığı – işığın qismən keçdiyi mü-
şahidə  olunur.  Lakin  lövhələrin 

  oxları  bir-birinə  perpendikulyar  olduqda  işıq 
analizatordan keçmir 
(g)
.  
 
 
 
 
Polyaroidin rəqsləri 
buraxdığı müstəvisi
 
 
Təbii ağ işıq
İşıq mənbəyi  
Müstəvi polyarlaşmış 
dalğa
 
Polyaroid
(e) 
 O
 O

 O

 O

 O

 
 O
 O
 O
(g)
(f)
 
ARAŞDIRMA 
2
Dalğaların polyarlaşmasının modelləşdirilməsi
 
TƏTBİQETMƏ 
 
Təchizat: reduktorlu kiçik elektrik mühərriki,  rezin qaytan, kəsiyi olan qutu (2 ədəd), ştativ.
 
İşin gedişi: 
 
1. Rezin qaytanı kəsiyi olan qutudan  keçirib bir ucunu mühərrikin diskinə, digər ucunu 
isə ştativə bağlayın. Həm mühərriki, həm də ştativi masaya bərkidin. 
 
2.  Mühərriki  işə  salın  və  qaytanda  yaranan  müxtəlif  istiqamətli  rəqslərin  kəsikdən  – 
“polyaroid”dən necə keçməsinə diqqət yetirin.  
 
3. Qaytanda yaranan dalğanın yolu üstündə ikinci qutu – “analizator” yerləşdirin. Təc-
rübəni analizator ilə polyaroid kəsikləri arasında bucağı 

90° arasında də-
yişməklə təkrarlayın. Qaytanda yaranan dalğanın necə dəyişdiyini müşahidə edin 
(h)
.  
 
(h)
Nəticənin müzakirəsi:
 “Polyaroid” qutudan 
qaytanın hansı rəqslərinin 
keçirdiyini müşahidə etdiniz?
 
 İki qutu ilə apardığınız 
təcrübədən nə nəticəyə 
gəldiniz?
 
  LAYİHƏ


143 
 
 
 
NƏ ÖYRƏNDİNİZ?
“İşıq dalğaları”nın 
anlayış xəritəsini 
qurun.
 
LAYİHƏ.
“Polyaroidlərin tətbiqi” 
mövzusunda referat yazın.
 
 
 
 
 
 
 
 
Həyatla əlaqələndirin:
 
Polyaroid  filtri  –  fotoaparat  və 
kinokameraların çox faydalı ak-
sesuarıdır.  Filtr  peyzaj  fotoqrafı 
üçün elə əhəmiyyətli vasitədir ki, 
demək olar, o, aparatın obyekti-
vindən heç vaxt çıxarılmır. Pol-
yaroid filtri ətraf mənzərənin pa-
rıltısını  azaldır,  su  altındakı  ob-
yektlərin  aydın  görüntüsünü 
təmin edir.   
 Polyaroid filtri mənzərənin ay-
dın görüntüsünü necə təmin 
edir? 
 Belə filtrlər daha harada tətbiq 
edilə bilər? 
 
Özünüzü qiymətləndirin: 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 
1  Günəş şüası polyarlaşmış işıqdırmı? Niyə?  
 
 
 
2  Hansı işıq dalğaları polyarlaşmış işıq adlanır? 
 
 
 

Avtomobilin  farasından  çıxan  işıq  qaranlıqda  sürücülərin 
gözünü qamaşdırmasın deyə həm faralar, həm də ön şüşə
nazik  polyaroid  təbəqəsi  ilə  örtülür.  Fara  və  ön  şüşədəki 
polyaroidlərin  polyarlaşma  istiqamətinə  görə  necə  səmt-
ləşdirilir:  eyni  istiqamətdə,  yoxsa  bir-birinə  nəzərən 
90°
bucaq altında?  
 
 
 

Əgər  polyaroidlə  aydın  səmaya  baxılarsa,  polyaroidi  fır-
latmaqla  ondan  keçən  işığın  intensivliyinin  azaldığını 
müşahidə etmək olar. Lakin polyaroidlə buluda baxılarsa, 
polyaroidin hər hansı istiqamətə fırladılmasında elə hadisə
müşahidə olunmaz. Bunu necə izah edərdiniz? 
 
 
 
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə