1. Ağciyər xərçəngi



Yüklə 384,36 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix02.06.2018
ölçüsü384,36 Kb.
#47290
1   ...   6   7   8   9   10   11   12   13   14

D) mədədə olan ağrılar və qanaxma

E) heç biri



305. Uşaqlıq boynu xərçənginin diaqnostikasında qanda hansı şiş markerlərindən istifadə olunur:

A) SCC və CEA

B) CA-15-3

C) XQ


D) CA-125

E) CA 19-9



306. Uşaqlıq boynunun preinvaziv xərçənginə aiddir:

A) CIN III

B) CIN I

C) CIN II

D) şiş bazal membranın hüdudundan 0,3sm-ə qədər dərinə sirayət edir

E) heç biri



307. Uşaqlıq boynunun mikroinvaziv xərçənginə aiddir:

A) şiş bazal membranın hüdudundan 0,3 sm-ə qədər dərinə sirayət edən xərçəng

B) CIN I

C) CIN II

D) CIN III

E) heç biri



308. Uşaqlıq boynunun mülayim displaziyası zamanı:

A) patoloji dəyişikliklər epitelial təbəqənin aşağı və orta 

1

/

3



-ni əhatə edir

B) epitelial təbəqənin bazal və parabazal qatlarında müşahidə edilir

C) şiş bazal membranın hüdudlarında 0.3 dərinliyə sirayət edir

D) bütün epitel təbəqədə aşkar edilir

E) heç biri

309. Uşaqlıq boynunun kəskin (ağır) displaziya (CIN III) zamanı:

A) bütün epitelial təbəqədə atipik hüceyrələrdən ibarət olur, lakin altda yerləşən toxumalara invaziya olunmur

B) patoloji dəyişikliklər epitelial təbəqənin aşağı və orta 

1

/



3

-ni əhatə edir

C) şiş bazal membranın hüdudlarında 0.3 dərinliyə sirayət edir

D) ektropion

E) heç biri

310. Uşaqlıq boynunun fon proseslərinə aiddir:

A) bütün cavablar düzgündür

B) psevdoeroziya

C) həqiqi eroziya

D) leykoplagiya və eritroplagiya

E) poliplər



311. Uşaqlıq boynu displaziyasının və xərçənginin inkişafında hansı virusun rolu müəyyən edilmişdir:

A) insan papilloma virusu

B) Epsteyn-Barr virusu

C) Hepatit B virusu

D) insan herpes virusu

E) hamısı



312. Kolposkopiya müayinəsi nədir:

A) uşaqlıq boynunun uşaqlıq yolu hissəsinin optik aparatlar vasitəsilə müayinəsi

B) uşaqlıq boruların optik aparatlar vasitəsilə müayinəsi

C) xarici cinsiyyət dodaqlarının optik aparatlar vasitəsilə müayinəsi

D) endometriumun optik aparatlar vasitəsilə müayinəsi

E) heç biri



313. Uşaqlıq boynu xərçənginin müalicə metodlarına aiddir:

A) bütün cavablar düzgündür

B) cərrahi müalicə

C) şüa müalicəsi

D) kimyəvi-terapiya müalicəsi

E) kombinəedilmiş və kompleks müalicə metodları



314. Vertheym əməliyyatı nədir:

A) uşaqlığın artımlarla birlikdə genişləndirilmiş ekstirpasiyası




B) uşaqlığın artımlarla birlikdə amputasiyası

C) uşaqlığın artımlarsız ekstirpasiyası

D) uşaqlığın artımlarsız amputasiyası

E) düzgün cavab yoxdur



315. Uşaqlıq boynu xərçənginin hansı mərhələsində Vertheym əməliyyatı icra olunur:

A) bütün cavablar düzgündür

B) IA2

C) IBI


D) IB2

E) IIA


316. Uşaqlıq boynu xərçənginin morfoloji diqanostikası hansı müalicə metodunun vasitəsilə həyata

keçirilir:

A) bütün cavablar düzgündür

B) bıçaqla biopsiya

C) uşaqlıq boynunun konizasiyası

D) uşaqlıq boynunun amputasiyası

E) uşaqlıq boynunun elektro eksiziyası



317. Uşaqlıq boynu xərçəngi zamanı aparılan müştərək şüa müalicəsi nədir:

A) distansion şüa terapiyası + kontakt şüalanma

B) yalnız distansion şüa terapiyası

C) yalnız boşluqdaxili şüa terapiyası

D) izotopla müalicə

E) heç biri



318. Uşaqlıq boynu xərçəngi zamanı müştərək şüa müalicəsinə əks göstərişlər:

A) bütün cavablar düzgündür

B) uşaqlıq yolunun anadangəlmə qüsurları

C) yumurtalıqların şişiləri

D) hamiləlik

E) yanaşı gedən ağır xəstəliklər



319. Uşaqlıq boynu xərçəngi zamanı əməliyyatönü şüa müalicəsinin məqsədləri:

A) bütün cavablar düzgündür

B) şişin inkişafını ləngitmək

C) şiş hüceyrələrinin yayılmasını azaltmaq

D) residivlərin profilaktikası

E) regionar limfa düyünlərində metastazları azaltmaq məqsədilə



320. Uşaqlıq boynu xərçəngi zamanı kimyəvi dərman müalicəsində ən yüksək effektivliyə malik

preparatlar:

A) Sisplatin, İzofosfamid

B) Tamoksifen

C) Zoladex

D) Fareston

E) Letrozol



321. Uşaqlıq cismi xərçəngi dünyada 3-cü yeri tutur:  

A) qadınlarda cinsiyyət orqanlarının bədxassəli şişləri ilə xəstələnmənin ümumi strukturunda  

B) bütün bədxassəli şişlər arasında  

C) premenopauza dövründə olan qadınlarda

D) postmenopauza dövründə olan qadınlarda

E) 29 yaşa qədər olan qadınlarda  



322. Uşaqlıq cismi xərçənginə ən çox hansı yaş arasında olan qadınlarda rast gəlinir:  

A) 50-75


B) 40-50

C) 30-40


D) 20-25

E) 75 və yuxarı  



323. Süd vəzisi xərçənginin müalicəsi zamanı hansı preparatların uzunmüddətli qəbulu uşaqlıq cismi

xərçənginin əmələ gəlməsi riskini artırır:  

A) tamoksifen

B) anastrozol  

C) femara




D) buserelin  

E) heç biri  



324. Uşaqlıq cismi xərçənginin əmələ gəlməsinə səbəb olan risk faktorları:

A) bütün cavablar düzgündür

B) endokrin mübadilə pozğunluqları  

C) menstrual funksiyanın pozulması  

D) əvəzedici hormonoterapiya

E) genetik meyillilik  



325. Uşaqlıq cismi xərçənginin estrogendən asılı olmayan patogenetik variantı xəstələrin neçə faizində

müşahidə olunur:

A) 30%


B) 70%

C) 20%


D) 60%

E) 15%


326. Hansı müayinələrə əsasən endometriumun xərçəngönü xəstəliklərinin diaqnozu qoyulur:

A) bütün cavablar düzgündür

B) anamnez, klinik müayinə

C) histerografiya

D) histeroskopiya

E) sitoloji müayinə



327. Uşaqlıq cismi xərçənginin estrogendən asılı olan patogenetik variantı xəstələrin neçə faizində

müşahidə olunur:

A) 70%


B) 15%

C) 96%


D) 80%

E) 43%


328. Uşaqlıq cismi xərçənginin əmələ gəlməsində hansı morfo-funksional dəyişikliklər baş verir:

A) bütün cavablar düzgündür

B) hipotolamus-hipofiz-yumurtalıq sistemində hormonal pozğunluqlar

C) endometriumda fon proseslərin inkişafı

D) endometriumda xərçəngönü dəyişikliklər

E) bədxassəli şişin inkişafı



329. Endometriumun fon xəstəliklərinə hansılar aiddir:

A) endometriumun vəzili-kistoz hiperplaziyası

B) endometrit  

C) uşaqlığın fibromiomaları  

D) ovule Naboti

E) salpingooforit



330. Uşaqlıq cismi xərçənginin neçə patogenetik variantı ayırd edilir:

A) estrogen asılı və estrogen asılı olmayan

B) insulin asılı  

C) progesteron asılı

D) kortikosteroid asılı  

E) testosteron asılı  



331. Endometriumun xərçənginin profilaktikasının əsas tədbirləri:

A) endometriumun ablyasiyası

B) əvəzedici horminal terapiya  

C) uşaqlığın amputasiyası  

D) uşaqlığın ekstirpasiyası

E) kimyəvi dərman terapiyası  



332. Uşaqlıq cismi xərçəngi əsasən yerləşir:

A) uşaqliq cisminin dibində və yan bucaqlarında

B) uşaqliq boynunda  

C) uşaqliq cisminin seroz qişasında  

D) uşaqliq cisminin aşağı segmentində

E) uşaqliq cisminin əzələ qışasında  



333. Uşaqlıq cismi xərçəngində 80% hallarda təşkil edir:


Yüklə 384,36 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə