1. Ağciyər xərçəngi



Yüklə 384,36 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix02.06.2018
ölçüsü384,36 Kb.
#47290
1   2   3   4   5   6   7   8   9   ...   14

A) peritona

B) ağciyərlərə

C) qaraciyərə

D) baş-beyinə

E) dəriyə

141. Yoğun bağırsaq xərçəngi limfogen yolla metastaz verir:

A) regionar limfa düyünlərinə

B) sümüyə

C) yumşaq toxumaya

D) divararalığına

E) peritonarxası nahiyəyə



142. Yoğun bağırsaq xərçəngi ən çox hematogen yolla metastaz verir:

A) qaraciyərə

B) mədəaltı vəzə

C) böyrəküstü vəzə

D) qalxanvari vəzə

E) dalağa



143. Yoğun bağırsaq xərçəngi T

2

 (şişin invaziya dərəcəsi) hansıdır:

A) şiş əzələ qişasına infiltrasiya edir

B) şiş selikli qişaya infiltrasiya edir

C) şiş bütün qişalara infiltrasiya edir

D) şiş qonşu orqanlara sirayət edir

E) şiş toxuması təyin edilmir



144. Yoğun bağırsaq xərçənginin ən çox rast gələn lokalizasiyası:

A) siqmayabənzər bağırsaq

B) kor bağırsaq

C) çənbərbağırsağın qaraciyər əyriliyi

D) qalxançənbər bağırsaq

E) enənçənbər bağırsaq



145. Yoğun bağırsaq xərçənginin makroskopik görünüşünə görə qənaətbəxş proqnozu olan forma:

A) ekzofit

B) ekzo-enzofit

C) endofit

D) nəlbəkiyəbənzər forma

E) “üzüyəbənzər” forma



146. Yoğun bağırsaq xərçənginin toksikoanemik forması ən çox rast gəlinir:

A) çənbərbağırsağın sağ yarısının şişlərində

B) köndələnçənbərbağırsağın şişlərində

C) çənbərbağırsağın sol yarısının şişlərində

D) siqmayabənzər bağırsağın şişlərində

E) düz bağırsağın şişlərində



147. Yoğun bağırsaq xərçənginin obturasion forması ən çox rast gəlinir:

A) çənbərbağırsağın sol yarısının şişlərində

B) köndələnçənbər bağırsağın proksimal hissəsinin şişlərində

C) köndələnçənbər bağırsağın orta 1/3 hissəsinnin şişlərində

D) kor bağırsağın şişlərində

E) düz bağırsağın şişlərində



148. Yoğun bağırsaq xərçəngi zamanı istifadə olunan Meyo klinikasının sxemi:

A) Flüorurasil + leykovorin

B) Oksaliplatin + leykovorin

C) Doksorubisin + sis-platin

D) Teqafür + mitomisin

E) Doksorubisin + mitomisin



149. Yoğun bağırsaq xərçəngi zamanı müştərək əməliyyatlara aiddir:

A) sağtərəli hemikolektomiya + xolesistektomiya

B) çanağin evisserasiyasi

C) çənbərbağirsaqğin subtotal rezeksiyasi

D) soltərfli hemikolektomiya

E) sağtərəli hemikolektomiya




150. Yoğun bağırsaq xərçəngi zamanı ən mühüm müayinə metodu:

A) endoskopiya + biopsiya

B) irriqoskopiya

C) abdominal KT

D) qanda CEA-nın təyini

E) abdominal USM



151. Düz bağırsaq xərçənginə görə aparılan aşağıdakı cərrahi əməliyyatlardan hansı düz bağırsağın

sfinkter aparatının tamamən götürülməsi ilə nəticələnir:

A) Miles əməliyyatı (düz bağırsağın qarın-aralıq ekstirpasıyası)

B) Hartmann əməliyyatı

C) düz bağırsağın aşağı ön rezeksiyası

D) düz bağırsağın ön rezeksiyası

E) düz bağırsağın qarın-anal rezeksiyası



152. Yoğun bağırsaq xərçənginin klinik formalarına aiddir:

A) bütün cavablar düzgündür

B) toksikoanemik forma

C) enterokolitik forma

D) dispeptik forma

E) obturasion forma



153. Bağırsaq keçməzliyi əlamətləri çənbərbağırsaq xərçənginin hansı klinik forması üçün

xarakterikdir:

A) obturasion forma

B) dispeptik forma

C) enterekolitik forma

D) toksikoanemik forma

E) psevdoiltihabi forma



154. Çənbərbağırsaq xərçənginin toksikoanemik forması üçün daha çox xarakterikdir:

A) hipoxrom anemiya

B) bağırsaq keçməzliyi

C) mədə-bağırsaq diskomfortu

D) patoloji ifrazatlar

E) qarında ağrılar



155. Yoğun bağırsaq xərçəngində G



simvolu nəyi göstərir:

A) şişin aşağı differensiasiya dərəcəsini

B) şişin orta differensiasiya dərəcəsini

C) şişin yüksək differensiasiya dərəcəsini

D) differensiasiya olunmamış şişin

E) heç bir cavab düzgün deyil



156. Yoğun bağırsaq xərçəngi zamanı qanda CEA-nın təyin edilməsi müstəsna proqnostik əhəmiyyətə

malikdir:

A) dinamik olaraq cərrahi əməliyyatdan əvvəl və sonra

B) xərçəngönü xəstəliklərin diaqnostikası üçün

C) erkən kolorektal xərçənginin aşkar edilməsi üçün

D) şişin bağırsağın qalınlığı boyu transmural yayılma dərəcəsini müəyyənləşdirmək üçün

E) cərrahi əməliyyat zamanı



157. Xəstə klinikaya yoğun bağırsaq keçməzliyi ilə daxil olmuşdur. Aparılan müayinələrdən xəstədə

anemiya, s-vari bağırsağın xərçəngi aşkarlanmışdır. Bu zaman:

A) siqmostoma qoyulmalı

B) s-vari bağırsağın rezeksiyası aparılmalı

C) soltərəfli hemikolektomiya icra edilməli

D) sağtərəfli hemikolektomiya icra edilməli

E) Hartman əməliyyatı aparmalı



158. Xəstə 60 yaşında ümumi zəiflik, qarında ağrı, köp şikayətləri ilə daxil olmuşdur. Aparılan

müayinələrdən xəstədə çənbərbağırsağın dalaq əyriliyinin T

1

N

0

M

0

 mərhələli xərçəngi aşkar edilmişdir.

Cərrahın taktikası:

A) soltərəfli hemikolektomiya

B) sağtərəfli hemikolektomiya

C) Hartman əməliyyatı

D) s-varı bağırsağın rezeksiyası



E) Miles əməliyyatı

159. Yoğun bağırsaq xərçənginin epidemiologiyası baxımından aşağıdakılardan hansı doğrudur:

A) yoğun bağırsaq xərçənginin rastgəlmə tezliyi yaş artdıqca artır

B) yoğun bağırsaq xərçəngi kişilərdə qadınlara nisbətən az rast gəlinir, yaş artdıqca rastgəlmə tezliyi azalır

C) yoğun bağırsaq xərçəngi kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir, yaş artdıqca rastgəlmə tezliyi

azalır

D) yoğun bağırsaq xərçəngi hər iki cinsin nümayəndələri arasında eyni tezliklə rast gəlinir, yaş artdıqca



rastgəlmə tezliyi azalır

E) yoğun bağırsaq xərçənginin rastgəlmə tezliyində yaş və cins baxımından heç bir fərq yoxdur



160. Kolorektal xərçəng səbəbindən asılı olmayaraq ən çox hansı xərçəngönü xəstəlikdən inkişaf edir:

A) adenomatoz poliplərdən

B) qeyri-spesifik xoralı kolitdən

C) Kron xəstəliyindən

D) Peutz-Yeghers sindromundan

E) xroniki kolitdən



161. Lynch sindromu hansı genin anadangəlmə mutasiyası nəticəsində inkişaf edir:

A) MMR gen ailəsinin

B) APC geninin

C) P53 geninin

D) K-ras geninin

E) CDH geninin



162. Ailəvi adenomatoz polipoz sindromu hansı genin anadangəlmə mutasiyası nəticəsində inkişaf edir:

A) APC geninin

B) MMR gen ailəsinin

C) P53 geninin

D) K-ras geninin

E) CDH geninin



163. Ailəvi adenomatoz polipoz sindromu nə ilə səciyyələnir:

A) yoğun bağırsaqda autosom-domunant yolla irsən ötürülən çoxsaylı adenomatoz poliplərin olması ilə

B) yoğun bağırsağın autosom-domunant yolla irsən ötürülən adenomatoz polipozu, yumşaq toxuma və sümük

şişləri ilə

C) yoğun bağırsağın autosom-resessiv yolla ötürülmə tərzinə malik adenomatoz polipozu və mərkəzi sinir

sisteminin şişi ilə

D) əsasən nazik bağırsağı zədələməklə qastrointestinal traktın autosom-dominant yolla natamam irsi

ötürülmə potensialına malik hamartomatoz polipozu və mukokutaneoz piqmentasiya ilə

E) mədə-bağırsaq traktının çoxsaylı retension polipləri ilə

164. Gardner sindromu nə ilə səciyyələnir:

A) yoğun bağırsağın autosom-domunant yolla irsən ötürülən adenomatoz polipozu, yumşaq toxuma və

sümük şişləri ilə

B) yoğun bağırsaqda autosom-domunant yolla irsən ötürülən çoxsaylı adenomatoz poliplərin olması ilə

C) yoğun bağırsağın autosom-resessiv yolla ötürülmə tərzinə malik adenomatoz polipozu və mərkəzi sinir

sisteminin şişi ilə

D) əsasən nazik bağırsağı zədələməklə qastrointestinal traktın bağırsağın hamartomatoz polipozu və

mukokutaneoz piqmentasiya ilə

E) mədə-bağırsaq traktının çoxsaylı retension polipləri ilə

165. Turcot sindromu nə ilə səciyyələnir:

A) yoğun bağırsağın autosom-resessiv yolla ötürülmə tərzinə malik adenomatoz polipozu və mərkəzi sinir

sisteminin şişi ilə

B) yoğun bağırsağın autosom-domunant yolla irsən ötürülən adenomatoz polipozu, yumşaq toxuma və sümük

şişləri ilə

C) yoğun bağırsaqda autosom-domunant yolla irsən ötürülən çoxsaylı adenomatoz poliplərin olması ilə

D) mədə-bağırsaq traktının çoxsaylı retension polipləri ilə

E) əsasən nazik bağırsağı zədələməklə qastrointestinal traktın bağırsağın hamartomatoz polipozu və

mukokutaneoz piqmentasiya ilə

166. Peutz-Yeghers sindromu nə ilə səciyyələnir:

A) əsasən nazik bağırsağı zədələməklə qastrointestinal traktın bağırsağın hamartomatoz polipozu və

mukokutaneoz piqmentasiya ilə

B) yoğun bağırsağın autosom-resessiv yolla ötürülmə tərzinə malik adenomatoz polipozu və mərkəzi sinir

sisteminin şişi ilə



Yüklə 384,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə