1. Albaniyanın təsərrüfat həyatı



Yüklə 151,54 Kb.
səhifə2/5
tarix27.04.2023
ölçüsü151,54 Kb.
#107194
1   2   3   4   5
Torpaq islahatı. Torpaq islahatına görə sahibsiz torpaqlar qeydə alındı və dövlət fonduna verildi. “Bayrat” adlandırılan istifa­dəsiz qalan torpaqlar ayrı-ayrı şəxslərə pay­lanılır və müəy­yən müddət onlardan vergi alınmırdı. Becərilməyən torpaqlar da sahibin­dən satın alınıb dövlət sərəncamına verilirdi. Belə torpaqlar nəinki ayrı-ayrı qoşun başçı­larına, hətta bütöv qoşun hissələrinə də verilirdi. Qazan xanın torpaq islahatının əsa­sını orduda xidmət edənlərə iqta olaraq torpaq sahəsinin verilməsi təşkil edirdi. İqta müvəqqəti verilirdi, xidməti başa vurduqdan sonra torpaq xidməti davam etdirən varisə keçirdi.İqtanın alınıb satılması, bağışlanılması qadağan edildi. İqta yalnız incu, divan və bayrat torpaq­lardan paylana bilərdi. Kəndlilərin kütləvi surətdə qaçmasının qarşısını almaq üçün 1303-cü ildə verilmiş fərmana görə, öz ağasının yanından qaçmış kəndli 30 il müddətində tapıldıqda geri qaytarılırdı. Heç kəs qaçan kəndlini gizlədə bilməzdi. Qazan xanın fərma­nına əsasən Azərbaycanda kəndlilər öz yaşayış yerlərinə təhkim olunur, onların bir yerdən başqa yerə getmələri qadağan edilirdi. Bu fərman Azərbaycanda kəndlilərin təhkimli halına salınması haqqında ilk və son yazılı sənəddir.
Vergi islahatı. Vergi ödəyənlərin siyahısı dəqiqləşdirildi, qeyri-qanuni vergilər ləğv edildi, verginin növləri, həcmi, toplanma qaydası, toplanma müddəti və sairə dəqiq­ləşdirildi. Vergi yığımı işinə vilayət hakimlərinin müdaxiləsinə son qoyuldu, ödənilən ver­gi­lərin növü (pullu və ya natural forma) təsdiqləndi. Hər bir kəndin, şəhərin və sair yaşayış məntəqəsinin ödəyəcəyi vergi xüsusi lövhələrdə həkk olunaraq baxımlı yerlərdə asıldı. Vergilərin toplanması Mərkəzi Divana tapşırıldı, vergi­lərin toplanmasının icarəyə alınma­sına nəzarət gücləndirildi, gəlirlərin məsrəfi üzərində tam nəzarət qoyuldu.
Məhkəmə islahatı.Məhkəmədə rüşvətxorluğa, özbaşı­nalığa qarşı tədbirlər görüldü. Məhkəmə islahatına görə, qazı vəzifəsinə təyin olunan din xadimlərinin bu vəzifəyə layiqli olmasına xüsusi diqqət yetirilirdi. Qazı vəzifəsinə təyin olunan din xadimindən qanuna ciddi əməl edəcəyi haqqında iltizam alınırdı. 30 illik iddia sənədləri öz qüvvəsini itirdi. Mühakimələr üçün alınan ödənclərin məbləği dəqiqləşdirildi. Qeyd edək ki, məhkəmə islahatı tam şəkildə həyata keçirilə bilmədi.

Yüklə 151,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə