1. Albaniyanın təsərrüfat həyatı



Yüklə 151,54 Kb.
səhifə4/5
tarix27.04.2023
ölçüsü151,54 Kb.
#107194
1   2   3   4   5
Naxçıvan xanlığı 1747-ci ildə Kəngərli tayfasının başçısı Heydərqulu xan Kəngərli (1747-1763) tərəfindən yaradılmışdır. Paytaxtı Naxçıvan şəhəri olmuşdur. Ərazisi Zəngəzur dağlarından Naxçıvana qədər torpaqları əhatə edirdi.
Heydərqulu xan Kəngərli (1747-1763) xanlıq zəif oldu­ğundan Qarabağ xanı Pənahəli xandan asılı olmuşdur. 1763-1783-cü illərdə xanlığı Hacı xan Kəngərli və Rəhim xan idarə etmişlər. Onların dövründə də xanlıq zəif idi.1783-cü ildə Xoy xanı Əhməd xan öz adamı Cəfərqulu xanı Naxçıvanda hakimiyyətə gətirdi.Kəlbəli xan Cəfərqulu xanı əvəz etdi və müstəqil siyasət yeritməyə başladı. 1787-ci ildə İbrahim­xəlil xanın hücumuna məruz qalsa da, onu geri oturda bildi. 1792-ci ildə Kəlbəli xan İbrahimxəlil xanın ikinci hücumunu da dəf etdi.1795-ci ildə Ağa Məhəmməd xan Qacar Naxçıvana hücum etdi. Kəlbəli xan Rusiya meyilli xan idi və rus zabiti Zubovla yaxşı əlaqələr qurmuşdu. Buna görə də 1797-ci ildə Qacar ikinci yürüşündə onu həbs etdi və Naxçıvana Abbas­qulu xan Kəngərlini xan təyin etdi. Ağa Məhəmməd şah Qacarın öldürül­məsindən sonra İran şahı Fətəli şah Kəlbəli xanı azad etdi və İrəvanda yaşamasına icazə verdi. 1803-cü ildə Kəlbəli xan Naxçıvana qayıtdı. 1827-ci ildə Naxçıvan xanlığı Rusiya tərəfindən işğal edildi və 1828-ci ildə Naxçıvan xanlığı ləğv edildi.

4.Şimali Azərbaycanda milli-siyasi partiyalar və təşkilatlat (XX əsrin əvvəlləri)


Birinci rus inqilabının yüksəlişindən qorxuya düşən çar II Nikolay 1905-ci il dekabrın 11-də Dumaya seçkilər keçirilməsi haqqında fərman imzaladı. Həmin fərmana uyğun olaraq 1906-cı il mayın 31-də Azərbaycanda I Dumaya seçkilər keçirildi. Görkəmli ictimai-siyasi xadimlər olan Əlimərdan bəy Topçu­başov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov, Əbdürrəhim bəy Haqverdiyev Dumaya deputat seçildilər. Rusiya müsəlmanlarından seçilən 46 deputat Dumada Müsəlman fraksiyasında birləşdi. Ə.M.Top­çubaşov fraksiyanın sədri seçildi. Müsəlman fraksiyası Dumada Kadet partiyasının mövqeyində dayanmışdı. Lakin çar hökuməti I Dumanı 1906-cı il iyulun 7-də buraxdı.1906-cı ilin sonu - 1907-ci ilin əvvəl­lərində Azərbaycanda II Dumaya seçkilər keçirildi. Mülkədar və burjua ziyalılarının ləyaqətli nümayəndələri Fətəli xan Xoyski, Məmmədağa Şahtaxtinski, Xəlil bəy Xasməmmədov, İsmayıl Tağıyev, Mustafa Mahmudov və Zeynal Zeynalov II Dumaya deputat seçildilər. II Duma 1907-ci il fevralın 20-də ilk iclasına başladı. Müsəlman deputatlar yenə də öz fraksiyalarını yaratdılar.Fraksiyanın hazırladığı on bir bölmədən ibarət proqramda türk xalqlarının bütün social-iqtisadi, siyasi və mədəni problemləri öz əksini tapmışdı. Lakin II Dumanın da fəaliyyəti çar hökumətini razı salmadı. 1907-ci il iyunun 3-də II Duma buraxıldı və III Dumaya seçkilər keçirilməsi haqqında çarın fərmanı verildi.XX əsrin əvvəllərində Rusiyada baş verən siyasi hadisələr Azərbaycan xalqının milli mənlik şüurunun oyanma­sına, milli özünüdərkin və milli təfəkkürün inkişafına mühüm təsir göstərirdi.Bu dövrdə milli hərəkatın başlanmasına iki əsas amil təsir göstərirdi: 1) milli burjuaziyanın dəstəyi ilə müxtəlif təhsil ocaqlarında təhsil alaraq vətənə qayıdan Azərbaycan gəncləri milli demokratik hərəkatın yaranması və inkişafında böyük rol oynamağa başladılar. İxtisasa yiyələnməklə bərabər qabaqçıl Avropa ideologiyası ilə də tanış olan Azərbaycan ziyalıları milli özünüdərketmə, mənəvi dəyərlər, xalqın tarixi, etnik mənşəyi ilə bağlı məsələlərin araşdırılmasının zəruriliyini anladı; 2) çarizmin türk-müsəlman xalqlarına qarşı yönələn milli müstəmləkə siyasəti nəticəsində milli hərəkatda “Milliyət və hürriyət”, “Məşrutə və müsavat” ideyaları geniş vüsət aldı. M.Ə.Rəsulzadənin dediyi kimi, “Millət inanmağa başladı ki, istiqlal xaricində onun üçün əlavə Azərbaycan yoxdur”.O dövrdə yaşamış milli ziyalılarımızın qabaqçıl nümayəndələrindən H.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, N.Nəri­manov, C.Məmmədquluzadə, H.Cavid, Ü.Hacıbəyov, M.Ə.Sabir, Ə.M.Topçubaşov, F.Köçərli, M.Ə.Rəsulzadə və b. milli mətbuatda çıxış edərək xalqın milli təfəkkürünün formalaşmasında mühüm rol oynadılar. Bu işdə H.Zərdabinin, M.Ə.Rəsulzadənin, C.Məmmədquluzadənin millətçilik, dövlət­çilik, demokratizm və azərbaycançılıq ideyaları misil­siz rol oynadı. Türk dünyasının görkəmli ideoloqları İ.Qaspı­ralı, Ə.Hü­seyn­zadə, Y.Akçura oğlu, Ə.Ağaoğlunun türkçülüyə dair fikir­lərində obyektiv olaraq Azərbaycanın milli müstəqilliyinin ümumtürk azadlığı­nın tərkib hissəsi olduğu ideyası öz əksini tapdı. 1905-1906-cı illərdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri milli qırğınlar geniş vüzət aldığı üçün milli demokratik fikirli ziyalılar siyasi partiyalar və müdafiə cəmiyyətləri yaratmağa başladılar. Bu məqsədlə Əhməd bəy Ağaoğlu 1906-cı ildə “Difai” (“Müdafiə”) partiyasını yaratdı. Partiyanın Mərkəzi Komitəsi Bakıda yerləşirdi. Partiyanın Gəncədə, Şuşada, Ağdamda, Bərdədə, Yevlaxda, Tərtərdə, Naxçıvanda, Qarsda, Vladiqafqazda və başqa yerlərdə şöbələri yara­dılmışdı. Partiyanın “Qarabağ birlik məclisi” adlı şöbəsi Şüşada yer­lə­şirdi. Kərim bəy Mehmandarovun sədrlik etdiyi şöbənin 400 nəfərlik suvaridən ibarət döyüş drujinası var idi. “Difai” partiyasının Gəncə şöbəsinin sədri Ələkbər bəy Rəfibəyli öz qüvvələrini qacaq Dəli Alının dəstəsi ilə birləşdirərək Gəncəbasarda erməni daşnaklarına divan tuturdu. Çar hakim dairələri “Difai” təşkilatından qorxur, onu “Müsəl­man döyüş partiyası” adlandırırdılar.1906-cı ilin avqust ayında Yeliza­vetpol şəhərində “Qeyrət” təşkilatı yaradılmışdı. Ş.Rüstəmbəyov tərəfindən əsası qoyulan “Qeyrət” təşkilatı öz qarşısına erməni təcavüzünə qarşı mübarizə aparmaq, Azərbaycan xalqının namusunu, qeyrətini, milli mənafeyini qorumaq məqsədini qoymuşdu. “Qeyrət” təşkilatının üzvləri hər həftə Yeliza­vetpol şəhərinin baş məscidində iclaslar keçirir, xalq arasında tədbiğat aparır, onların müdafiəsinin möhkəmləndirilməsinə çalışır və bu məqsədlə imkanlı adamlardan ianə toplayırdılar.1907-ci ilin may ayında daha bir müsəlman partiyası olan “Müda­fiə” təşkilatı yaradıldı. “Müdafiə” partiyasının rəhbəri korpus topoqrafı, podpolkovnik İbrahim ağa Vəkilov olmuşdur. Yelizavetpol quberniya­sının qərb hissəsində və Tiflisə yaxın qəzalarda, əsasən Borcalıda fəaliy­yət göstərən “Müdafiə” partiyası Azərbaycan milli hərəkatının inkişa­fında mühüm rol oynamışdır. Partiyanın amalı Qafqaz müsəlman­larının ümumi düşmənə qarşı mübarizə birliyi, Azərbaycan xalqının azadlığı, maarif və mədəniyyətin inkişafı, nadanlığa, cəhalətə və geriliyə qarşı mübarizə motivlərinə söykənirdi. “Difai”, “Qeyrət” və “Müdafiə” təşki­lat­larının başlıca məqsədi Azərbaycan xalqının erməni daş­nakları və millətçiləri tərəfindən soyqırımının qarşısını almaq, tökülən günahsız qanların dayandırılması olmuşdur. Bu təşkilatların fəaliyyəti nəticəsində azğın erməni millətçilərinin quduz hərəkətlərinin qarşısı bir qədər alınmış, milli qırğın müəyyən dərəcədə dayandırıl­mışdır.1905-1907-ci illər inqilabı türk xalqlarının milli mübarizəsinin yüksəlişinə yeni təkan verdi. Rusiya müsəl­manlarının birgə fəaliyyət istiqamətində mübarizəsi geniş­lənməkdə idi. Bunun nəticəsi olaraq 1905-ci il avqustun 15-də Nijni-Novqorod şəhərində Ümumrusiya müsəlmanlarının birinci qurultayı keçirildi. Qurultay “İttifaqül­müslü­min” adlı Ümum­rusiya müsəlman ittifaqını yaratmağı qərara aldı. Rusiya müsəlmanlarının ikinci qurultayı 1906-cı il yanvarın 13-dən 23-dək Peterburq şəhərində qeyri-leqal şəraitdə keçirildi. Qurultayda “Müsəl­man İttifaqı”nın Nizamnaməsi və Proqramı müzakirə edilərək qəbul edildi. Proqramda Ümumrüsiya türklərini birləşdirmək və çarizmə qarşı vahid cəbhədə mübarizə aparmaq vəzifəsi irəli sürüldü.1906-cı il avqustun 16-23-də Nijni-Novqorodda Ümum­rusiya müsəl­­man­larının üçüncü qurultayı keçirildi. Qurultay “Müsəlman ittifaqı”na rəhbərlik etmək üçün daimi yeri Bakı şəhəri olmaqla 15 nəfərdən ibarət Mərkəzi Komitə yaratmağı qərara aldı. MK-nin nəzdində üç nəfərlik büro yaradıldı. Onun tərkibinə Ə.M.Topçubaşov (sədr), A.Apo­nayev (xəzinədar) və Ə.İbrahimov daxil edildilər.1905-ci ilin 17 Oktyabr Manifesti çar II Nikolay tərəfindən elan edildikdən sonra bir qrup Bakı liberalı kadetlərin Bakı şöbəsi ilə sıx əlaqədə olan Konstitusiyalı Müsəlman Partiyası yaratdı. Partiyanın Proqramında Cənubi Qafqazın öz məclisi (Seymi) və milli idarəçilik qurumları olan müstəqil bir bölgəyə çevrilməsi öz əksini tapmışdı.Azərbaycan xalqının milli-azadlıq mübarizəsində mühüm rol oynamış “Müsavat” (“Bərabərlik”) partiyası 1911-ci ilin oktyabr ayında əvvəllər M.Ə.Rəsulzadə ilə “Hummət” qrupunda çalışmış Məhəmməd Əli Rəsulzadə, Abbasqulu Kazımzadə və Tağı Nağı oğlu tərəfindən yaradılmışdır. Partiyanın adı müsəl­manların ruslarla bərabər hüquqlara malik olmaq, bütün islam dünyasında müstəqilliyə qovuşmaq arzusunu özündə əks etdirirdi.1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasi­bətilə çar hökumətinin verdiyi əhv-ümumidən istifadə edən M.Ə.Rəsulzadə Azərbaycana qayıtdı və “Müsavat” partiya­sına daxil olaraq onun lideri oldu. Yarandığı ilk dövrlərdə “Müsavat” partiyası qeyri-leqal fəaliyyət göstərməyə məcbur olmuşdu. Üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə partiya üzvləri üç nəfərlik dərnəklərdə birləşmişdilər. “Müsavat”ın 1912-ci ildə qəbul etdiyi birinci Proqramı islami mahiy­yətdə idi. Burada müsəlman xalqlarının birliyi, dövlət müstəqilliyi və dövlət­çiliyinin bərpasına maddi və mənəvi yardım göstərmək, müsəl­manların birliyi və tərəqqisinə çalışan partiyalarla əlaqə yaratmaq vəzifələri irəli sürülmüşdü. M.Ə.Rəsulzadə öz əsərlərində partiyanın ideologiyasına ciddi təsir göstərdi, onun ideya istiqamətini “hümmət­çilikdən millətçiliyə”, “islamçılıqdan türkçülüyə” doğru yeniləşdirməyə nail oldu. O, Əli bəy Hüseyn­zadənin “türkləşmək, islamlaşmaq, müasir­ləş­mək” ideyasını başlıca istiqamət kimi irəli sürdü.
5.Azərbaycan SSRD-də milli-azadlıq hərəkatı və Dövlət müstəqilliyinin bərpası
Azərbaycan xalqının milli azadlıq hərəkatı İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası — Meydan hərəkatı (1988-ci il 17 noyabr — 5 dekabr) yarandı və dekabrın 4-də hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular. XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır. Xalq hərəkatı fonunda 23 sentyabr 1989-cu ildə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında" Azərbaycan SSR-in Konstitusiya Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, "Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər".1990-cı il yanvarın 20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu tərəfindən 20 Yanvar faciəsi törədildi. Törədilən vəhşiliklər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı həlak oldu və yaralandı. Ölkədə 1991-ci ilin ortalarınadək davam edən fövqəladə vəziyyət elan olundu. 30 avqust 1991-ci il tarixində Azərbaycanın Ali Soveti 23 sentyabr 1989-cu il tarixli Konstitusiya Qanununu əsas götürərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəyan edilmiş dövlət müstəqilliyinin bərpasını elan etdi. Beləliklə, Topxana meşəsi ilə bağlı başlanan 1988-ci ilin Meydan hadisələri daha sonra Azərbaycan Milli-Azadlıq Hərəkatına çevrildi. 1988–1991-ci illərin xalq hərəkatı nəticəsində 18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu və Azərbaycan XX əsrdə ikinci dəfə (1991-ci il, 18 oktyabr) müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi.
30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında» Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi.
1991-ci ildə SSRİ hərtərəfli dərin böhran keçirirdi. Bir necə ittifaq dövlətləri artıq özlərinin dövlət müstəqilliklərini elan etmişdilər. Azərbaycanın da daxil olduğu yerdə qalan dövlətlər isə artıq bu yolda mühüm addımlar atmağa başlamışdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Ali Sovetin bəyannaməsi də bu yolda atılmış ən mühüm addımlardan biridir.
Bəyannamənin qəbulundan əvvəl Azərbaycan Ali Soveti Bəytannamənin qəbul edilməsi barədə qərar qəbul etdi:





Yüklə 151,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə