|
1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti
|
səhifə | 23/68 | tarix | 25.05.2023 | ölçüsü | 1,48 Mb. | | #112824 |
| Audit suallar-Ayten17. Auditorun peşə etikası.
1. “Böyük dördlük” - b.PricewaterhouseCoopers
c.Deloitte Touche Tohmatsu
d.Ernst & Young
e.KPMG - şirkətlərinin fəaliyyəti üzrə təhlil.
Auditorların peşə davranışının etik normaları Azərbaycan Respublikаsının аuditorların etikası kodeksində əks olunmuşdur. Auditorların etika kodeksi 12 əsas qaydadan ibarətdir:
Peşəkаrlıq, bilik və kompetentlik. Auditor borcludur: 1. peşəkar bacarıq, kompetent və səylə öz vəzifələrini düzgün və vicdanla yerinə yetirməyə; 2. öz peşəsinin imici üçün çalışaraq cəmiyyətin və sifarişçinin auditor peşəsinə olan layiqli inamını qorumağa
Peşəkar müstəqillik. Auditor peşəkar xidmət göstərərkən auditin aparılması zamanı öz fikirlərində müstəqil olmalı, öz peşə vəzifələrini obyektiv və qərəzsiz yerinə yetirməlidir. Auditorun müstəqilliyi onun dövlət idarəetmə orqanının, heç bir dövlət orqanının əməkdaşı olmaması, auditi sifariş edənin və istənilən üçüncü tərəfin auditorun peşə fəaliyyətinə müdaxilə etmək hüququnun olmaması ilə şərtlənir.
Vicdanlılıq, düzgünlük və obyektivlik. Auditor öz peşəkar işində vicdanlı olmalı, özünə qarşı şübhə yaratmamalı, оbyektivliyi təhrif etmək məqsədi ilə digərinə təsir göstərməməlidir. Yoxlanılan obyektə münasibətdə qərəzsiz olmalıdır.
Konfidensiallıq. Auiditor borcludur ona verilən işi və yoxlamanın nəticələri və sifarişçinin maliyyə vəziyyəti ilə bağlı məlumatların konfidensiallığı haqda sifarişçiyə zəmanət verməyə. аuditor yoxlamaları nəticəsində əldə edilmiş informasiyaları öz məqsədinə və ya üçüncü tərəfin maraqları üçün istifadə etməməyə; yoxlanılan təsərrüfat subyektində əldə olunmuş, eləcə də yoxlama zamanı tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etməyə.
Uyğun olmayan hərəkətlər. Auditor xidməti sahəsində qadağalar "Auditor fəaliyyəti haqqında" AR Qanununun 18-ci maddəsində verilmişdir. Belə ki, yoxlanılan müəssisədə şəxsi əmlak mənafeyi, yoxlanılan müəssisənin rəhbərliyindən hər hansı şəxslə birbaşa qohumluq əlaqəsi, müəssisənin təsisçisi, mülkiyyətçisi və ya səhmdarı olduqda auditora həmin müəssisədə audit yoxlaması aparmaq qadağandır. Eyni zamanda auditora onun peşəsinə ləkə gətirən aşağıdakı hərəkətlər qadağandır: göstərilən xidmətinə görə haqq ödənilmədikdə belə sənədlərin sifarişçiyə qaytarılmasından imtina edilməsi; mühasibat (maliyyə) hesabatlarına yanlış və ya qeyri-dəqiq yazılışların edilməsi; qəbul edilmiş auditor norma və standartlarının gözlənilməməsi;
Dostları ilə paylaş: |
|
|