1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Auditin planlaşdırılmasının mahiyyəti və onun prinsipləri



Yüklə 1,48 Mb.
səhifə25/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   21   22   23   24   25   26   27   28   ...   68
Audit suallar-Ayten

18.Auditin planlaşdırılmasının mahiyyəti və onun prinsipləri.
Auditor planlaşdırılması – auditin həcmi, planlaşdırılan işlərin növləri və onların yerinə yetirilmə müddəti göstərməklə auditin ümumi planının, elecə də iqtisadi subyektin mühasibat (maliyyə) hesabatı haqqında rəyin hazırlanması üçün vacib olan auditor prosedurlarının həcmini, növlərini müəyyən edən audit proqramının işlənib hazırlanması prosesidir. Nəzərə almaq lazımdır ki, auditin planlaşdırılması, auditin keçirilməsinin ümumi prinsiplərinə uyğun surətdə auditor təşkilatı tərəfindən həyata keçirilir.
Adətən planlaşdırmaya aşağıdakılar daxil edilir:
 qrafiklərin hazırlanması;
 auditin aparılması müddətinin müəyyən edilməsi və onun müştəri ilə müzаkirə edilməsi;
 icra komandasının üzvlərinin təlimatlandırılması;
 müştərinin bölmələri ilə əlaqələrin təşkili;
 auditin strategiyası və auditə hazırlıqla bağlı müştəri ilə müzakirə.
Auditin planlaşdırılması zamanı auditor təşkilatı (auditor) aşağı­dakı mər­hə­lələləri nəzərdə tutur:
 auditin ilkin planlaşdırılması;
 auditin ümumi planının hazırlanması və tərtib edilməsi;
 auditin proqramının hazırlanması və tərtib edilməsi.
Ilkin planlaşdırma mərhələsində auditor təşkilatı müstəqil (auditor) təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyəti ilə tanış ol­malı, təsərrüfat fəaliyyə­­tinə xarici və daxili amillər haqda infor­ma­si­yaya malik olmalıdır.
Planın keyfiyyətli tərtibi və görüləcək işlərin həcmini daha real müəyyən etmək üçün auditor:
 müqavilənin şərtlərinin və auditorun qanunvericilikdə nəzər­də tutulan mə­suliyyətini öyrənməlidir;
 bağlanmış müqaviləyə uyğun olaraq sifarişçiyə verilən hesa­ba­­tın və ya digər informasiyanın məzmununu dəqiqləşdirməlidir;
 dövlət orqanlarının yeni uçot, audit standartlarının, qanun­la­rın, qаydаlаrın, təlimatların və normativ aktların auditə təsirini öy­rən­­məlidir;
 aparılan auditin daha mühüm məsələlərini ayırmalıdır;
 yoxlanılan müəssisənin uçot və daxili nəzarət sisteminə inam sə­viy­yəsini müəyyən etməlidir;
 təsərrüfat subyektinin fəaliyyət növünü bilməlidir;
 müəssisənin biznesinə təsir göstərən ümumi iqtisadi amilləri öy­rən­məlidir.
Auditor auditin planlaşdırılmasını auditin ümumi prinsiplərinə, habelə aşağıdakı xüsusi prinsiplərə uyğun olaraq aparılır:
a) planlaşdırmanın kompleksliyi;
b) planlaşdırmanın fasiləsizliyi;
c) planlaşdırmanın optimallığı;
Planlaşdırmanın kompleksliyi dedikdə planlaşdırmanın bütün mərhələlərinin qarşılıqlı əlaqəsinin və razılıüının təmin olunması başa düşülür.
Planlaşdırmanın fasiləsizliyi dedikdə, auditorlar qrupu üçün əlavə tapşırıqların müəyyənləşdirilməsi və planlaşdırılan mərhələlərin təsdiq olunan müddətlərə əlaqələndirilməsi başa düşülür.
Auditin planlaşdırılmasının optimallığı dedikdə, planlaşdırmanın variantlılığının təmin olunması başa düşülür. Auditor təşkilatının audit planlaşdırılması aşağıdakı əsas mərhələlərdən ibarətdir:
- auditin əvvəlcədən planlaşdırılması
- auditin ümumi planının hazırlanması
- auditin proqramının hazırlanması və tərtib edilməsi.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə