1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Məlumatların kompüterlə işlənilməsi sistemində aşağıdakı özünəməxsus əlamətlər mövcuddur



Yüklə 1,48 Mb.
səhifə33/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   29   30   31   32   33   34   35   36   ...   68
Audit suallar-Ayten

Məlumatların kompüterlə işlənilməsi sistemində aşağıdakı özünəməxsus əlamətlər mövcuddur:

Auditor müəssisədə aparılan təsərrüfat əməliyyatlarının mühasibat uçotunda doğru, düzgün və etibarlı əks olunmasını müəyyən etmək məqsədilə aşağıdakıları müəyyənləşdirməlidir:
– müəssisə mühasibatlığı işçilərinin funksional vəzifələrinin yerinə ye­tiril­mə­sinə dair təminatın tərtib olunması;
– hər bir mühasibat işçisi üçün konkret vəzifə bölgüsü və uçot əməliy­yatlarının yerinə yetirilməsi qrafikinin müəyyən olunması;
– mühasibat uçotu əməliyyatlarının icra olunması üzrə sənəd dövriy­yəsinin müəyyən olunması;
– mövcud olan əmlakın hərəkəti, onlardan istifadə olunması üzərində nəzarətin təmin olunması;
– mühasibat uçotu prinsipləri və standartlarının yerinə yetirilməsi üzərində nəzarətin təmin olunması;
– müəyyən olunmuş vaxtlarda müəssisə əmlakının invertarlaşdırılma­sı­nın aparılması, onun nəticələri, sənədləşdirilməsi və nəticələrin mühasibat uço­tu göstəriciləri ilə müqayisə olunması nəticələri.
– mühasibat uçotunun təşkilinin mövcud olan əmlakın qorunub saxlan­masına cavab verməsi, əmlak və pul vəsaitinin mənimsənilməsi hallarının qarşısının alınması ilə əlaqədar olaraq tədbirlər görülməsi;
– tərtib olunmuş illik mühasibat (maliyyə) hesabatında əks olunmuş göstəricilərin mühasibat uçotu yazılışlarına uyğun olması və sairə.
Auditor müəssisədə mühasibat uçotunun təşkilini yoxlayarkən daxili nəzarət xidmətlərınin işi ilə ətraflı tanış olmalı və bu sahədə görülən işlər və buraxılan nöqsanlan müəyyən etməlidir.
Auditor – iqtisadi subyektin maliyyə hesabatına daxil olan “övlad” firmaların yoxlanılmasında başqa auditorun işindən istifadə edə bilər.
Mövcud olan qanunvericiliyə görə mühasibat uçotunun təşkilinə müəssisə rəhbəri cavabdehdir. Müəssisənin rəhbəri mühasibat uçotunun düzgün aparıl­ması üçün lazımi şərait yaradır, xidmətlərin işçiləri tərəfindən hazırlanan uçot sənədlərinin və məlumatlarının vaxtında və düzgün tərtib və təqdim edilməsi işində tələblərin yerinə yetirilməsini təmin edir və uçot üzrə normativ sənəd­lərin tələblərinə riayət edir.
Müəssisənın baş mühasibi bütün mühasibat uçotu standartlarının və uçota aid olan normativ sənədləri rəhbər tutaraq mühasibat uçotunun ümumi prinsiplərinə riayət edliməsinə nəzarət etməlidir.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə