|
1. Audit və auditor haqqında anlayış və onların mahiyyətiYoxlanışın konfidensiallığının təminatı
|
səhifə | 36/68 | tarix | 25.05.2023 | ölçüsü | 1,48 Mb. | | #112824 |
| Audit suallar-Ayten29.Yoxlanışın konfidensiallığının təminatı.
Auditor müəssisədə aparılan təsərrüfat əməliyyatlarının mühasibat uçotunda doğru, düzgün və etibarlı əks olunmasını müəyyən etmək məqsədilə aşağıdakıları müəyyənləşdirməlidir:
– müəssisə mühasibatlığı işçilərinin funksional vəzifələrinin yerinə yetirilməsinə dair təminatın tərtib olunması;
– hər bir mühasibat işçisi üçün konkret vəzifə bölgüsü və uçot əməliyyatlarının yerinə yetirilməsi qrafikinin müəyyən olunması;
– mühasibat uçotu əməliyyatlarının icra olunması üzrə sənəd dövriyyəsinin müəyyən olunması;
– mövcud olan əmlakın hərəkəti, onlardan istifadə olunması üzərində nəzarətin təmin olunması;
– mühasibat uçotu prinsipləri və standartlarının yerinə yetirilməsi üzərində nəzarətin təmin olunması;
– müəyyən olunmuş vaxtlarda müəssisə əmlakının invertarlaşdırılmasının aparılması, onun nəticələri, sənədləşdirilməsi və nəticələrin mühasibat uçotu göstəriciləri ilə müqayisə olunması nəticələri.
– mühasibat uçotunun təşkilinin mövcud olan əmlakın qorunub saxlanmasına cavab verməsi, əmlak və pul vəsaitinin mənimsənilməsi hallarının qarşısının alınması ilə əlaqədar olaraq tədbirlər görülməsi;
– tərtib olunmuş illik mühasibat (maliyyə) hesabatında əks olunmuş göstəricilərin mühasibat uçotu yazılışlarına uyğun olması və sairə.
Auditor müəssisədə mühasibat uçotunun təşkilini yoxlayarkən daxili nəzarət xidmətlərınin işi ilə ətraflı tanış olmalı və bu sahədə görülən işlər və buraxılan nöqsanlan müəyyən etməlidir.
30.Auditor rəylərinin mahiyyəti, məzmunu, quruluşu və formaları.
Təsərrüfat subyektinin mühasibat və maliyyə hesabatlarının dürüstlüyü haqqında auditorun fikrini əks etdirən auditor rəyinin tərtib edilməsi auditor yoxlamasının son mərhələsi hesab edilir. Auditor rəyi müəssisənin mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü və obyektivliyini təsdiq edən hüquqi əhəmiyyətli rəsmi sənəddir. Yoxlanılan təsərrüfat subyektində mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında auditor şərtsiz müsbət, şərti müsbət, mənfi rəy verə bilər və ya rəy verməkdən imtina edə bilər və üzünün nəticələrini başqa hesabat formasında rəsmiləşdirir. Aparılan auditin yekununda yoxlanılan hesabatlar haqqında aydın yazılı fikri əks etdirən auditor rəyinin quruluşu aşağıdakı kimidir:
auditi aparan sərbəst auditor (auditor təşkilatı) haqqında məlumat (təşkilatın adı, auditorun soyadı göstərilir);
yoxlanılan təsərrüfat subyekti barədə məlumat (fiziki və ya hüquqi şəxslərin ünvanları göstərilir);
giriş (auditi aparmış auditorun və ya auditorların soyadı, lisenziya nömrəsi və tarixi, sifarişçi ilə bağlanmış müqavilənin tarixi və nömrəsi, yoxlamanın əhatə etdiyi dövr qeyd olunur);
yoxlamanın məzmunu
təqdim olunan hesabatlara dair auditorun rəyi
Təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələrinə görə auditor aşağıdakı rəy növlərindən birini verməlidir:
şərtsiz müsbət, şərti müsbət (və ya iradlar əlavə etməklə);
mənfi;
rəy verməkdən imtinа.
Dostları ilə paylaş: |
|
|