1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Mühasibat hesabatının başlanğıc və müqayisəli göstəricilərinin ilkin auditi



Yüklə 1,48 Mb.
səhifə32/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   28   29   30   31   32   33   34   35   ...   68
Audit suallar-Ayten

26.Mühasibat hesabatının başlanğıc və müqayisəli göstəricilərinin ilkin auditi.
Audit yoxlamalarının xüsusi aspektləri – 402 nömrəli Beynəlxalq Audit Standartları ” Аuditin təşkilаti хidmətindən istifаdə edən subyektlərin xüsusiyyətlərinin nəzərə аlınmаsı” ilə reqlamentləşdirilir.
Auditor yoxlamasının aparılması formaları və metodları auditor firması tərəfindən müəyyənləşdirilir.
Mühasibat uçotunun təşkili və aparılması metodologiyasının auditi apa­rı­lar­kən ilk növbədə müəssisənin «Mühasibat uçotu haqqında» Azərbay­can Res­publikasının 24 mart 1995-ci il tarixli Qanunun, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 sentyabr 1995-ci il tarixli, İ-94 saylı əmri ilə təsdiq edilmiş «Müəssisələrin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təminat» və digər mühasibat uçotuna aid olan metodoloji normativ sə­nəd­­lərin yerinə yetirilməsi prinsipləri müəyyən olunmalıdır. Onu da nəzərə al­maq lazımdır ki, mövcud olan qanunvericiliyə görə Azərbaycan Res­pub­li­ka­sı­nın ərazisində mənfəətlə, yaxud mənfəətsiz işləmək məqsədilə sahibkarlıq fəa­liyyəti və ya başqa fəaliyyətlə məşğul olan, hüquqi şəxs sayılan, yaxud hüquqi şəxs sayılmayan tabeçiliyindən və mülkiyyət formasından asılı ol­ma­ya­raq fəaliyyət göstərən bütün müəssisələr mühasibat uçotu aparmağa borc­lu­durlar. Müəssisənin mühasibat xidmətini onun müstəqil struktur bölməsi (ida­rə, şöbəsi) olan və bilavasitə müəssisənin rəhbərinə tabe olan mühasibatlıq, mər­kəzləşdirilmiş, sərbəst mühasiblər, müqavilələr əsasında cəlb edilmiş mü­ha­sib­lər həyata keçirə bilər. Mühasibat işlərinə rəhbərlik həmin bölmənin rəhbəri və ya baş mühasib tərəfindən həyata keçirilir. Müəssisənin baş mühasibinin təyin olunması və azad olunması müəssisə direktoru tərəfindən aparılır.
Auditor yoxlama dövründə müəssisədə istifadə olunan mühasibat uço­tu­nun forması müəyyənləşdirilir. Nəzərə alınmalıdır ki, istifadə olunan uçot for­ması müəssisənin özü tərəfindən müəyyən olunur. Auditor mühasibat uçotu yazılışları üzrə bütün əməliyyatların uçotda əks olunması qaydalarını bilmə­lidir. Auditor onu da bilməlidir ki, mühasibat uçotu müəssisənin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün tə­sər­­rüfat-maliyyə fəaliyyətinin natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.
Mühasibat uçotunda əks etdirilməsi zəruri olan uçota qəbul edilmiş ilkin sənədlərdəki məlumatlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərə­fin­dən təklif edilmiş, yaxud nazirlik və baş idarələr tərəfindən ümumi prinsip­lə­rə riayət edilməklə işlənib hazırlanmış uçot rekstirlərində yığılır və sistem­ləşdirilir.
Müasir dövrdə informasiya texnologiyalarından istifadə günün vacib məsələlərindəndir.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə