1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


İqtisadi subyektin öz fəaliyyətini davam etdirməsinin qiymətləndirməsi



Yüklə 1,48 Mb.
səhifə35/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   31   32   33   34   35   36   37   38   ...   68
Audit suallar-Ayten

28.İqtisadi subyektin öz fəaliyyətini davam etdirməsinin qiymətləndirməsi.
Mühasibat uçotunun qüvvədə olan qaydalarına əsasən uçot siyasəti formalaşdırılarkən nəzərə alınır ki, iqtisadi subyekt öz fəaliyyətini gələcəkdə də davam etdirəcək, onu fəaliyyətinin dayandırılması və ya əsaslı şəkildə ixtisar etdirilməsi barədə fikir yoxdur və götürülmüş öhdəlik (fəaliyyətin fasiləsizliyinə yol verilməməsi) müəyyən edilmiş qaydada yerinə yetiriləcək.
Audit aparılarkən onu aparan təşkilat nəzərə almalıdır ki, iqtisadi subyekt tərəfindən mühasibat hesabatı müəssisənin fəaliyyətinin fasiləsizliyi nəzərə alınaraq hazırlanmışdır. Əgər audit aparılarkən müəyyən edilsə ki iqtisadi subyektin əmlak və maliyyə vəziyyəti fasiləsizliyə yol veriləcəyinə şübhə vardır, o halda auditor təşkilatı kifayət edəcək qədər təsdiqedici və ya təkzib edici sübutlar əldə etməlidir.
Auditor təşkilatı idarə heyəti ilə birlikdə onun fəaliyyət planını bu planın və reallıq səviyyəsini nəzərdən keçirməli və müzakirə etməlidir.
Fəaliyyətdə olan müəsisəsnin prinsipi qiymətləndirilərkən əsas ideya fikir kimi satışın həcmi, mənfəətlik, likvidlik (pula çevriləbilmə, satılabilmə qabiliyyəti), məhsuldarlıq və bir sıra dövrlər ərzində “məsrəf-mənfəət-həcm” göstəricisinin dəyişmə meyli aşkara çıxarılmalıdır.
Fəaliyyətdə olan müəssisənin prinsipinin auditor qiymətləndirilməsi üçün aşağıdakılar müəyyən olunmalıdır:
1. Müəssisənin əsas maliyyə göstəricilərinin pisləşməsi ehtimalı mövcuddurmu?
2.Bu gözlənilmədən baş verə bilərmi?
3.Bu təhlükə nə dərəcədə ciddidir?
4.Yaranmış vəziyyətədn çıxmaq üçün real imkan varmı?
5.Auditor rəyinə bu problemi necə formalaşdırmaq olar?
Auditorun fəaliyyətdə olan müəssisənin qiymətləndirmə prinsipində hərəkəti (davranışı) aşağıdakı kimi ola bilər:
Aktiv (fəal) - əgər bu qiymətləşdirmə maliyyə hesabatlarının istifadəçiləri üçün həddindən çox əhəmiyyət kəsb edirsə;
Passiv – əgər auditor adi yoxlama apararkən bu problemə yalnız müxtəlif faktorlar aşkar etdikdə və ya bu təhlükə haqqında xəbərdar olunduqda müraciət edirsə.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə