1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Təqdim olunan maliyyə hesabatının doğruluğuna görə məsuliyyəti təşkilatın rəhbərliyi öz üzərinə yazılı formada götürür



Yüklə 1,48 Mb.
səhifə34/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   30   31   32   33   34   35   36   37   ...   68
Audit suallar-Ayten

Təqdim olunan maliyyə hesabatının doğruluğuna görə məsuliyyəti təşkilatın rəhbərliyi öz üzərinə yazılı formada götürür.
Mühasibat uçotunun təşkilinin auditi aparılarkən müəssisə təsərrüfat-ma­liyyə fəaliyyətini mühasibat uçotunda əks olunmuş göstəricilərin doğru, düz­gün və etibarlı olmasını müəyyən etmək üçün auditor test-audit formasından da istifadə elə bilər. Son illərdə bu forma bir sıra ölkələrdə audit yoxlamalarda tətbiq olunur. Bu formanın mənası ondadır ki, auditor yoxlamanı baş­lamaz­dan qabaq, auditin məqsədinə uyğun olaraq suallar hazırlayır və həmin sual­ları müəssisənin mühasibat işçiləri, rəhbərliyi, bölmə rəhbəri arasında həmin sualları yayır və onlardan müəyyən formada cavablar toplayır.
Bunda əsas məqsəd müəyyən olunmuş nöqsanların aradan qaldırılmasından ibarətdir.
Belə aparılan «test-auditi» suallarında müəssisə mühasibat uçotunun təş­kilində və daxili şəraitdə mövcud olan əməliyyatlara aid suallar əhatə olunur, Bu formada aparılan audit nəticəsində mühasibat uçotunun təşkili və daxili auditlə əlaqədar müsbət və zəif cəhətlər müəyyənləşdirilir.
27.Mühasibat uçotunda qiymətləndirmənin əhəmiyyətliliyinin auditi.
Qiymətləndirmənin əhəmiyyətinə (mənasına) ehtiyatlar və tərkibi mühasibat uçotunun qaydaları ilə müəyyən edilən mühasibat hesabatının nizamlayıcı maddələri aiddir.
Mühasibat hesabatında qiymətləndirmənin əhəmiyyətinə görə məsuliyyəti iqtisadi subyektin rəhbəri daşıyır.
Qiymətləndirmənin əhəmiyyətinin hesablanma texnikasından asılı olaraq qiymətləndirmə mənası (əhəmiyyət) sadə və mürəkkəb ola bilər. Sadə qiymətləndirmə hardasa bir göstərici əsasında hesablanır. Məsələn, yığım fonduna ayırmalar alınmış (əldə olunmuş) mənfəətdən qəbul olunmuş faizlə müəyyən edilir; hesabat dövrünün məsrəflərinə daxil edilən kirayə ödənişlərinin məbləği müqavilədə nəzərdə tutulduğu qaydada edilir və s.
Mürəkkəb qiymətləndirmə mənası xüsusi proqnozlardan istifadə etməklə bir neçə göstəricilərə əsasən hesablanır.
Hesablamaların vaxtından asılı olaraq qiymtələndirmənin mahiyyəti cari və hesabat üzrə ola bilər. Cari qiymətləndirmənin əhəmiyyəti mühasibat uçotuna aiddir və o, mühasibat uçotu registrlərinin aparıldığı ardıcıllıqla uçotda əks etdirilir.
Hesabat qiymətləndirilməsinin əhəmiyyəti yalnız mühasibat hesabatları tərtib edilərkən əks etdirilir və il başa çatana qədər aparılmır.
Auditor prosedurlarının metodları, müddətləri vəhəcmi planlaşdırılarkən, auditor təşkilatı hökmən iqtisadi subyektin rəhbərliyinin istifadə etdiyi qiymətləndirmə metodu öyrənilməlidir.
Auditor təşkilatı qiymətləndirmənin əhəmiyyətinin doğruluğu haqqında öz bilik və bacarığına və digər göstəricilərə görə qəti rəyə gəlməlidir. Bunlarla yanaşı qiymətləndirmənin əhəmiyyətinin hesablanmasına sonradan təsir göstərə bilən mövcud hadisələrin müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə