1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti



Yüklə 1,48 Mb.
səhifə30/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   26   27   28   29   30   31   32   33   ...   68
Audit suallar-Ayten

Auditor sübutları–auditin həyata keçirildiyi zaman qarşıya qoyulmuş məqsədə çatmaq üçün alınmış məlumatlardır. Ümumiyyətlə auditorun rəyinin əsaslandığı nəticələri tərtib etmək üçün istifadə etdiyi bütün informasiyalar auditor sübutları hesab edilir.Auditor sübutları sənədli, şifahi, yazılı, birbaşa, dolayı, təsadüfi ola bilər. Auditor sübutları audit aparılan müddətdə alınan məlumatlardır.
Maliyyə hesabatının doğruluğu haqda təşkilatın rəhbərliyinin xəbərdarlığı mühasibat uçotunun və daxili nəzarətin lazımi şəkildə təşkili özünü auditor sübutları və iş sənədlərində göstərir. Auditor üçün ən etibarlı sübutlar – bilavasitə auditor tərəfindən toplanılan sübutlardır.
Auditor sübutlarına verilən əsas tələblər:

  • zərurilik – auditor rəy hazırlamaq üçün hansı sübutların lazım olduğunu müəyyənləşdirməlidir;

  • əsaslandırılmış konkret icraçıların imzaları ilə təsdiq edilmiş sənədlər sübut ola bilər;

  • dolğunluq – nəzarət obyektinin vəziyyətini təyin etmək üçün informasiya həcmi kifayət qədər olmalıdır;

  • düzgünlük – sübutlarda auditor tərəfindən yoxlanılmış göstəricilərdən istifadə edilməlidir.

Auditor sübutlarının alınması prosedurlarının növləri:

  1. müfəttişlik – yazıların, sənədlərin və maddi aktivlərin yoxlanılması;

  2. müşahidə - auditor tərəfindən başqa şəxslər tərəfindən yerinə yetirilən prosesin və ya prosedurun müşahidə edilməsi;

  3. sorğu – informasiya axtarışı;

  4. təsdiq informasiya sorğusuna cavab;

  5. yenidən hesablama – ilkin sənədlərdə və mühasibat uçotundakı yazılarda hesablamaların düzgünlüyünün yoxlanılması;

  6. analitik prosedurlar – qanunauyğunluqların və nisbətlərin təhlili.

Auditor sübutları mövcud yoxlama prosedurları və daxili nəzarət testləri vasitəsilə əldə edilir. Daxili nəzarət vasitələrinin testləri - auditor sübutlarının alınmasında -mühasibat uçotu və daxili nəzarət sistemlərinin səmərəli fəaliyyəti və lazımi səviyyədə təşkili deməkdir.
Auditor yoxlamasında ən qiymətli(etibarlı) sübut – kənar sübut sayılır. Auditor təşkilatının özü tərəfindən alınan sübut – nisbətən daha dürüst sayılır.
Auditor təşkilatı auditor yoxlamasının gedişində hesabatın dürüstlüyünü bütün əhəmiyyətli hallarda yoxlamalıdır. Ən etibarlı sübut – auditorun iştirakı ilə aparılan inventarizasiya nəticələridir.
Malın qalığının təsdiqi zamanı ən etibarlı sübut – inventarizasiya barədə siyahıdır.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə