1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti



Yüklə 1,48 Mb.
səhifə28/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   24   25   26   27   28   29   30   31   ...   68
Audit suallar-Ayten

Könüllü audit təsərrüfat subyektinin təşəbbüsü ilə aparılır. Belə auditin miqyası, xarakteri, həcmi və məzmunu müştərinin tələbinə uyğun müəyyən edilir. "Audit xidməti haqqında" Azərbaycan Respublikası Qanununun 2- ci maddəsində göstərilir ki, qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş hallarda və ya səlahiyyətli orqanın müvafiq qərarına əsasən (sifarişi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür.
Məcburi audit mövcud qanunvericilikdə nəzərdə tutulduğu hallarda aparılır və bu zaman təsərrüfat subyekti mühasibat balansının və maliyyə hesabatlarının dürüstlüyünün təsdiq edilməsi üçün xarici (kənar) auditoru dəvət etməyə borcludur. Məcburi auditor yoxlamalarına hər il kommersiya bankları, sığorta şirkətləri, xarici investisiyalı müəssisələr, əmtəə və fond birlaları, bank və qeyri bank- maliyyə təşkilatları, qiymətli kağızlarla vasitəçilik və kommersiya fəaliyyəti göstərən təşkilatlar, investisiya fondunun fəaliyyəti, açıq və qapalı səhmdar cəmiyyətləri cəlb edilir.


21.Auditor proqramı.
Auditor yoxlamalarının planlaşdırılmasının yekun mərhələsi–audit proqramının tərtib edilməsidir. Audit proqramı–mühasibat və vergi uçotlarının yoxlanılan konkret sahələri, yoxlama müddətləri və icraçılar göstərilməklə auditorun konkret hərəkətlərinin siyahısıdır. Audit proqramı tərtib edilmiş ümumi audit planının reallaşdırılması üçün zəruri olan auditor prosedurlarının həcmini, müddət çərçivəsini və xüsusiyyətlərini təyin edir.
Auditor proqramı-auditor yoxlamasının ümumi planını yerinə yetirmək üçün zəruri sayılan müvəqqəti çərçivələrin xarakteri və auditor yoxlamasının həcmidir.
Audit yoxlamasının proqramı sənədləşdirilmiş formada tərtib edilməli və yoxlamanın hər bir məsələsi nömrə və ya kodla işarələnməlidir. Audit proqramında audit yoxlamasının aparılması üçün onun təxmini həcmi və qaydası göstərilir.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə