Sifarişçiyə qayğı və diqqət.
Vergi münasibətləri. Auditor bütün aspektlərdə vergitutma haqqında qanunvericiliyə tabe olmalıdır: nə özlərinin, nə də sifarişçinin vergitutma bazasını bilərəkdən azalt-mamalıdır, başqa sözlə, auditor nə üzünün, nə də digər şəxslərin marağına görə vergi qanunvericiliyini pozmamalıdır.
Auditorlar arasında münasibət. Auditor öz peşə həmkarları və iş yoldaşları ilə xoş, işgüzar münasibətlər qurmalı, əsassız olaraq digər auditorların, auditor təşkilatlarının fəaliyyətini tənqid etməməlidir.
Reklam. Auditor xidmətlərinin reklamı auditor təşkilatları və auditorlar haqqında düzgün və dürüst informasiyanı əks etdirməlidir. Auditor kütləvi informasiya vasitələrində reklam verməklə üstünlük əldə etmək üçün tədbirlər görə bilər.
Auditor xidmətlərinin ödənilməsi. Auditor xidmətinə görə ödəniş işin həcmi və yerinə yetirilmə vaxtından asılı оlaraq həyata keçirilir. Auditorlar və sifarişçilər arasında münasibətlər müqavilə əsasında qurulur və həmin müqavilədə xidmətlərin göstərilməsinə görə ödəniləcək məbləğ və tərəflərin məsuliyyəti əks etdirilir.
Mübahisələrin həll edilməsi. Müəyyən situasiyalar auditorla sifarişçi arasında, auditorla auditor təşkilatının rəhbəri arasında, auditorlar arasında mübahisələrin yaranmasına səbəb оla bilər. Auditorla (auditor təşkilatı ilə) sifarişçi arasında meydana çıxan əmlak xarakterli bütün mübahisələr Auditorlar Palatasında həll edilə bilmədikdə məhkəmə tərəfindən həll olunur.
Qüvvədə olan etika Kodeksinin beynəlxalq normalara uyğunluğu. Qüvvədə olan auditorun etikası Kodeksi ilə müəyyən olunan peşəkar davranış normaları Beynəlxalq Mühasiblər Federasiyası (BMF) tərəfindən hazırlanmış beynəlxalq etik normalara əsaslanmışdır.
Dünyada auditor və konsaltinq xidmətləri göstərən ən böyük 4 şirkət – “Böyük dördlük” adlanır:
• PricewaterhouseCoopers
• Deloitte Touche Tohmatsu
• Ernst & Young
• KPMG (Pit Кleynveld Barkli Pit Ceyms Мerik ReynhardGerdeler
ABŞ-da KPMG-nin dələduzluq və digər cinayətlərə görə 6 rəhbər şəxsi həbs olunub. Onlar nəzarət orqanının işçilərindən özləri haqda məxfi məlumatlar alaraq, qeyri peşəkar fəaliyyətlərini bu cür ört-basdır ediblər.
Axar.az xəbər verir ki, şirkət Azərbaycanda da iki bankın müflisləşməsinə səbəb olub: “Azərbaycanda da KPMG-nin qeyri-peşəkarlığı “Bank Standard” və “Texnikabank”ın müflisləşməsinə səbəb olub. Üstəlik, ölkəmizdə nümayəndəliyi vasitəsilə qanunsuz sahibkarlıq fəaliyyəti göstərib. Həm də işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən ermənilərin “Artsakhbank”ının auditorudur.
Dostları ilə paylaş: |