1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Daxili və xarici auditin keyfiyyətinə nəzarət



Yüklə 1,48 Mb.
səhifə27/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   23   24   25   26   27   28   29   30   ...   68
Audit suallar-Ayten

20.Daxili və xarici auditin keyfiyyətinə nəzarət.
İqtisadi ədəbiyyatlarda auditin əsasən iki növü fərqləndirilir: kənar(xarici) və daxili.
Kənar audit yoxlanılan müəssisə və ya şirkətə münasibətdə müstəqildir və onun informasiyalarına görə kənar istifadəçilər (səhmdarlar, təsisçilər, kreditorlar, banklar və s.) qarşısında məsuliyyət daşıyır. Kənar auditin məqsədi informasiyaların dürüstlüyünün, mühasibat balansı və maliyyə hesabatlаrının reallığının, eləcə də uçotun aparılmasının düzgünlüyünün yoxlanılmasıdır.
Kənar audit iqtisadi subyektlə müqavilə əsasında ixtisaslaşmış auditor təşkilatları və yaxud müstəqil auditor hüququna malik olan auditorlar tərəfindən aparılır Kənar auditin əsas vəzifələri aşağıdakılardır:
1) müəssisənin mühasibat balansının və maliyyə hesabatının dürüstlüyünün yoxlanılması və bununla əlaqədar rəyin verilməsi;
2) baş vermiş maliyyə və təsərrüfat əməliyyatlarının AR qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsi;
3) mühasibat uçotunun təşkili səviyyəsinin, onun keyfiyyətinin, istehsаl-kоmmersiya fəaliyyətini və mühasibat yazılışlarının tərtib edilməsinin düzgünlüyünün müəyyən edilməsi;
4) məhsulun maya dəyərinin, mənfəətin hesablanmasının və onun bölüşdürülməsinin düzgünlüyünün yoxlanılması; gəlirlər və bəyannamə haqqında maliyyə hesabatının tərtib edilməsi;
Daxili audit xarici auditə münasibətdə müəssisənin informasiya bazasının keyfiyyətinin qiymətləndirilməsinin mühüm elementi hesab olunur.
Daxili audit təsərrüfat subyektinin özünün ştatında olan auditorlar tərəfindən müəssisənin maliyyə vəziyyəti üzərində daimi nəzarətin aparılması və maliyyə vəsaitlərindən daha səmərəli istifadə edilməsinə dair tədbirlərin hazırlanması, müəssisə rəhbərləri üçün həm müəssisənin fəaliyyətinin ayrı-ayrı məsələləri, həm də bütövlükdə təsərrüfat fəaliyyətiinin idarə edilməsi üzrə arayışların hazırlanması, eləcə də müəssisənin rəhbərinin sərəncamlarının icrasına nəzarət məqsədi ilə həyata keçirilir. Bir qayda olaraq belə hesabatlar ildə 2 dəfədən gec olmayaraq təsərrüfat ilinin yarısında (yarım illik) və ilin sonunda illik tərtib edilə bilər. Hesabatda görülən işin həcmi, tarixi, yerinə yetirilən audit xidmətinin mahiyyəti və əldə edilən səmərə (nəticə) öz əksini tapmalıdır.
Həll olunan məsələlərdən və qoyulmuş məqsədlərdən asılı olaraq аudit maliyyə auditinə, razılaşdırılmış və ya reqlamentləşdirilmiş auditə, idarəetmə auditinə və ictimai auditə bölünür.

  • o Maliyyə auditi mövcud informasiyaların dürüstlüyünün və obyektivliyinin müəyyən edilməsi baxımından mühasibat balansı və maliyyə hesabatlarının yохlаnılmаsıdır. O, əsasən kənar auditorlar tərəfindən həyata keçirilir.

  • o Razılaşdırılmış və ya reqlamentləşdirilmiş audit fəaliyyətin konkret prosedur, nоrma və ya qaydasının gözlənilməsi haqqında informasiya əldə etmək üçün müəssisə rəhbərinin tələbi ilə həyata keçirilir. Auditin bu növü əsasən daxili auditorlar tərəfindən aparılır.

  • o Idarəetmə (və ya istehsal) auditi idarəetmə fəaliyyətinin keyfiyyətinin yохlаnılmаsı, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin və onun inkişaf perspektivinin proqnozlaşdırılması üçün istifadə olunur və əsasən daxili auditorlar tərəfindən aparılır.

  • o Ictimai audit (yoxlama) geniş ictimaiyyət üçün ətraflı informasiyaların tоplаnmаsı və nəşri üçün nəzərdə tutulmuşdur.

Audit könüllü məcburi ola bilər.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə