1. Audit və auditor haqqında anlayış və onların mahiyyəti


Yoxlanışın konfidensiallığının təminatı



Yüklə 1,48 Mb.
səhifə36/68
tarix25.05.2023
ölçüsü1,48 Mb.
#112824
1   ...   32   33   34   35   36   37   38   39   ...   68
Audit suallar-Ayten

29.Yoxlanışın konfidensiallığının təminatı.
Auditor müəssisədə aparılan təsərrüfat əməliyyatlarının mühasibat uçotunda doğru, düzgün və etibarlı əks olunmasını müəyyən etmək məqsədilə aşağıdakıları müəyyənləşdirməlidir:
– müəssisə mühasibatlığı işçilərinin funksional vəzifələrinin yerinə ye­tiril­mə­sinə dair təminatın tərtib olunması;
– hər bir mühasibat işçisi üçün konkret vəzifə bölgüsü və uçot əməliy­yatlarının yerinə yetirilməsi qrafikinin müəyyən olunması;
– mühasibat uçotu əməliyyatlarının icra olunması üzrə sənəd dövriy­yəsinin müəyyən olunması;
– mövcud olan əmlakın hərəkəti, onlardan istifadə olunması üzərində nəzarətin təmin olunması;
– mühasibat uçotu prinsipləri və standartlarının yerinə yetirilməsi üzərində nəzarətin təmin olunması;
– müəyyən olunmuş vaxtlarda müəssisə əmlakının invertarlaşdırılma­sı­nın aparılması, onun nəticələri, sənədləşdirilməsi və nəticələrin mühasibat uço­tu göstəriciləri ilə müqayisə olunması nəticələri.
– mühasibat uçotunun təşkilinin mövcud olan əmlakın qorunub saxlan­masına cavab verməsi, əmlak və pul vəsaitinin mənimsənilməsi hallarının qarşısının alınması ilə əlaqədar olaraq tədbirlər görülməsi;
– tərtib olunmuş illik mühasibat (maliyyə) hesabatında əks olunmuş göstəricilərin mühasibat uçotu yazılışlarına uyğun olması və sairə.
Auditor müəssisədə mühasibat uçotunun təşkilini yoxlayarkən daxili nəzarət xidmətlərınin işi ilə ətraflı tanış olmalı və bu sahədə görülən işlər və buraxılan nöqsanlan müəyyən etməlidir.


30.Auditor rəylərinin mahiyyəti, məzmunu, quruluşu və formaları.
Təsərrüfat subyektinin mühasibat və maliyyə hesabatlarının dürüstlüyü haqqında auditorun fikrini əks etdirən auditor rəyinin tərtib edil­məsi auditor yoxlaması­nın son mərhələsi hesab edilir. Auditor rəyi müəssisənin mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü və obyektivliyini təsdiq edən hüquqi əhəmiyyətli rəsmi sə­nəd­dir. Yoxlanılan təsərrüfat subyektində mühasibat (maliyyə) hesa­bat­larının dürüstlüyü haqqında auditor şərtsiz müsbət, şərti müsbət, mənfi rəy verə bilər və ya rəy verməkdən imtina edə bilər və üzünün nəticələrini başqa hesabat formasında rəsmiləşdirir. Aparılan auditin yekununda yoxlanılan hesabatlar haqqında ay­dın yazılı fikri əks etdirən auditor rəyinin quruluşu aşağıdakı kimidir:
 auditi aparan sərbəst auditor (auditor təşkilatı) haqqında məlumat (təşkilatın adı, auditorun soyadı göstərilir);
 yoxlanılan təsərrüfat subyekti barədə məlumat (fiziki və ya hüquqi şəxslərin ünvanları göstərilir);
 giriş (auditi aparmış auditorun və ya auditorların soyadı, lisenziya nömrəsi və tarixi, sifarişçi ilə bağlanmış müqavilənin tarixi və nömrəsi, yoxlamanın əhatə etdiyi dövr qeyd olunur);
 yoxlamanın məzmunu
 təqdim olunan hesabatlara dair auditorun rəyi
Təsərrüfat subyektinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələrinə ­­görə auditor aşağıdakı rəy növlərindən birini ver­mə­lidir:

  • şərtsiz müsbət, şərti müsbət (və ya iradlar əlavə etməklə);

  • mənfi;

  • rəy verməkdən imtinа.


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə