23
Cavab: Torpedlərin doldurulmasına quyu lüləsi qəlib (şablon) ilə yoxlanıldıqdan sonra başlamaq
lazımdır. Partlayıcı maddələri torpedin gövdəsinə (korpusuna) zərbəsiz, yüngül itələməklə yığmaq
lazımdır.
372. Fontan armaturasının siyirtmələrini açıb bağlamaq və lübrikatora perforatoru və cihazları asan
yerləşdirmək üçün quyu ağzında hansı ölçüdə meydança düzəldilməlidir?
Cavab: 2,5 X 2,5 metr.
373. Patlayış-atma aparatlarının doldurulma yeri qaldırıcı və laboratoriyadan ən azı neçə metr məsafədə
olmalıdır?
Cavab: 10 metr.
374. Doldurulmuş perforatorun detonatorunun naqillərini geofiziki kabelin mərkəzi damarına
birləşdirməzdən əvvəl zirehli kabeldə nəyi yoxlamaq lazımdır?
Cavab: Mərkəzi damarının müqavimətini və mərkəzi damarında cərəyanın olub-olmamasını.
375. Partlayış-atma işləri aparan (detanatoru bağlayan zaman) zaman quyu ağzından ən azı hansı
məsafədə elektrik qaynaq işlərini aparmaq olmaz.
Cavab: 400metr.
376. Bir damarlı kabellə perforasiya işləri zamanı doldurulmuş perforatoru quyuya buraxdıqda
qaldırıcıda zirehli kabelin mərkəzi damarı qısa qapanma yoxsa izolə edilməlidir?
Cavab: İzolə edilməlidir.
377. Perforator atılma intervalında olduqda partladıcı maşının düyməsini kim basmalıdır?
Cavab: Partladıcının vahid kitabçasına malik olan karotajçı.
378. Quyuya buraxılmış perforatorun cərəyan dövrəsini quru quyularında quyu ağzından ən azı neçə metr
dərinlikdə yoxlamaq olar?
Cavab: Yer səthindən ən azı 50 metr dərinlikdə.
379. Quyuya buraxılmış perforatorun cərəyan dövrəsini dəniz quyularında quyu ağzından ən azı neçə
metr dərinlikdə yoxlamaq olar?
Cavab: Su altındakı yer səthindən ən azı 50 metr dərinlikdə.
380. Quyuda rast gəlinən tıxacı perforator ilə dəlib keçmək olarmı?
Cavab: Olmaz.
381. Tam yığılmış perforatorun elelktrik detanatorunu geofiziki kabelin mərkəzi damarına dəstənin hansı
üzvü birləşdirməlidir?
Cavab: Dəstənin karotajçısı (partladıcının vahid kitabçası olan karotajçı).
382. Tam yığılmış perforatorun elelktrik detonatorunu geofiziki kabelin mərkəzi damarına bağlayan
zaman hansı təhlükəsizlik tələblərinə əməl edilməlidir?
Cavab: Detonatoru bağlayan, kabel başlığı tərəfdə dayanmalıdır. Perforatorun lüləsi qarşısında
dayanmaq qadağandır. Perforatorun elektrik xəttinin, kabel başlığının elektrik xəttinə birləşdirən şəxsdən
başqa quyu ağzında heç kim olmamalıdır.
383. Partlayış işləri zamanı təhlükəli zonanın radiusunu kimin göstərişi ilə nə vaxt və nə neçə metr
azaltmaq olar?
Cavab: Perforatoru quyuya 50 metr buraxdıqdan sonra təhlükəli zonanın radiusunu partlayış işləri
rəhbərinin göstərişi ilə 20 metrə qədər azaltmaq olar.
384. Partlayış-atma işlərində partladıcı maşının düyməsini kim basmalıdır?
Cavab: Karotajçı (partladıcının vahid kitabçası olan).
385. Partladıcı maşının düyməsini basmazdan əvvəl hansı təhlükəsizlik tələblərinə əməl edilməlidir?
Cavab: Partlayış edən quyu ağzında, geofiziki kabelin hərəkət zonasında heç kimin olmadığına əmin
olmalı, partlayış etmə yerindən həmin sahələr aydın görünməlidir.
386. Nasos-kompressor borularından (NKB) keçməklə partlayış-atma işləri apardıqda NKB-nın başmağı
atılacaq perforasiya intervalından ən azı neçə metr yuxarıda olmalı, və nə ilə təchiz edilməlidir?
24
Cavab: NKB-nin başmağı qıfla təchiz edilməli, və başmaq atılacaq intervalın yuxarı hissəsindən ən azı
10 metr yuxarı olmalıdır.
387. Uzunluğu 5 metr olan lübrikatorun içərisinə maksimum neçə metr uzunluqda perforator
yerləşdirilməsinə icazə verilir?
Cavab: 4,5 metr.
388. Lübrikator ilə işləyən zaman quyu ağzına neçə metr qalmış maşınçı qaldırma əməliyyatını
dayandırmalı və hansı təhlükəsizlik tələblərinə əməl edilməlidir?
Cavab: Quyu ağzına 50 metr qalmış karotajçı cihazı saxlamalıdır. Bu zaman karotajçı quyuağzı
meydançada xəbərdaredici qurğunu (tələni) nəzarətdə saxlamalıdır. Bundan sonra maşınçı 250
metr/saatdan az olan sürətlə cihazı qaldırır. Cihaz lübrikatora daxil olduqdan sonra karotajçının
göstərişi ilə maşınçı qaldırma əməliyyatını saxlayır. Fontan armaturasının siyirtməsi bağlanılır,
lübrikator təzyiqdən azad edilir.
389. Lübrikatorla işləyən zaman quyuya buraxılacaq perforatorun (kabel başlığı və yüklə birlikdə)
uzunluğu lübrikatorun uzunluğundan ən azı nə qədər qısa olmalıdır?
Cavab: 0,5 metr.
390. Partlayış-atma işlərində üç damarlı geofiziki kabeldən istifadə edilərsə, kabelin mərkəzi
damarlarından həm cərəyan ötürücü həm sıfır xətti kimi istifadə edərkən mərkəzi damarlar hansı
vəziyyətdə olmalıdır?
Cavab: İstifadə edilən damarlar kabelin gövdəsindən izolyasiya edilməlidir.
391. Gövdəli perforatorlara partladıcı patronu bağlayan zaman hansı təhlükəsizlik tələbinə əməl etmək
lazımdır?
Cavab: Perforatorun gövdəsi qarşısında dayanmaq qadağandır. Perforatorun başlığı tərəfdə dayanmaq
lazımdır.
392. Yığılmış perforatoru quyu ağzına kimlər aparmalıdır?
Cavab: Dəstənin təlimatlandırılmış üzvüləri.
393. Tam doldurulmuş partlayış pakeri necə saxlanılmalıdır?
Cavab: Vertikal vəziyyətdə.
394. Yol nəqliyyat hadisəsi zamanı PM daşıyan sürücü avtomobildən irəlidə və arxada “Giriş qadağandır”
xəbərdaredici nişanı hansı məsafədə qoyulmalıdır?
Cavab: 100 metr.
395. Partlayış-deşmə aparatının tutulması zamanı Partlayış İşləri Rəhbəri nə etməlidir?
Cavab: Gəzişmədən (bas-boş etməli) sonra işi dayandırmalı Sifarişçiyə və Mədəngeofizika İdarəsi
rəhbərliyinə məlumat verməlidir.
396. Torpedlərin maksimal temperaturda quyuda saxlanılma müddəti neçə saatdan çox olmamalıdır?
Cavab: 5saatdan.
397. DŞTV 150/800 detonasiya qaytanını bir-birinə dolamaq olarmı?
Cavab: Olmaz.
398. Partlayış-atma işləri aparmaq məqsədi ilə yaradılmış təhlükəli zonada yanacaq materialları və ya
işləyən aqreqat ola bilərmi?
Cavab: Olmamalıdır
399. Qoruyucu kəmər buraxılmış quyuya buraxılan torpedin diametri kəmərin diametrindən ən azı nə
qədər kiçik olmalıdır?
Cavab: 10mm.
400. Sərf anbarından partladıcı materialları dəstə üzvülərindən kim almalıdır?
Cavab: Partladıcının vahid kitabçasına malik olan karotajçı.
401. Quyuda istifadə etmək üçün lazım olan PM-lar sərf anbarından hansı sənəd əsasında alınmalıdır?
Cavab: Tapşırıq vərəqə əsasında.