21
Cavab: Gövdəli.
338. PM daşıyan avtomobil yanğın yerindən an azı neçə metr aralı keçməlidir?
Cavab: 300 metr.
339. Partlayıcı materialları (PM) gəmiyə yükləməzdən əvvəl partlayış işləri rəhbəri gəmi kapitanından
hansı sənədi tələb etməlidir?
Cavab: Gəminin PM daşımağa hazırlıq aktını.
340. Detonator bağlanmış perforatoru avtomobillə quyuya daşımaq olarmı?
Cavab: Qadağandır.
341. Barıtla perforator mərmilərini bir avtomobildə daşıyan zaman onlar arasında ən azı nə qədər məsafə
olmalıdır?
Cavab: 0,5 metr.
342. Gövdəli perfaratorları bazada doldurub quyuya aparmaq olarmı?
Cavab: Olar, yalnız xüsusi avadanlıq və qurğularla təhciz edilmiş LPS-lərdə. Elektrik detonatoru
qoyulmadan.
343. Partlayıcı materiallar daşıyan avtomobillər arasındakı məsafə ən azı neçə metr olmalıdır?
Cavab: Düz yolda ən azı 50 metr, dağlıq yolda ən azı 300 metr olmalıdır.
344. Partlayıcı materiallar yüklənilmiş avtomobillərin yanacaq doldurma stansiyalarında (YDS)
yanacaqla təmin edilməsi necə həyata keçirilir?
Cavab: Yanacaq doldurma stansiyalarından ən azı 25 metr aralı xüsusi avadanlıqlarla təchiz edilmiş
yerlərdə.
345. Mühərriki hansı yanacaqla işləyən avtomobillərdə partlayıcı materialların daşınması qadağandır?
Cavab: Qazla.
346. Partlayıcı materiallar daşıyan karvanda avtomobillərin sayı neçə ədəd olduqda, karvan əlavə olaraq
müşayətedici avtombillə təmin edilməlidir?
Cavab: Ən azı beş.
347. Partlayıcı materiallar daşıyan avtomobilləri müşayət edən avtomobil, müşayət etdiyi avtomobil
karvanının arxasında yoxsa önündə getməlidir?
Cavab: Önündə.
348. Partlayıcı materiallar daşıyan avtomobilləri müşayət edən müşayətedici avtomobil əlavə olaraq hansı
rəngli mayakla təchiz edilməlidir?
Cavab: Hərəkət üstünlüyü verməyən xəbərdarlıqedici sarı rəngli mayakla.
349. Partlayıcı materiallar daşıyan karvanda avtomobillərin sayı neçə ədəd olduqda, karvan əlavə olaraq
ehtiyat nəqliyyat vasitəsi ilə təmin edilməlidir?
Cavab: Ən azı beş.
350. Yükünü özüboşaldan avtomobillərdə partlayıcı materiallar daşımaq olarmı?
Cavab: Olmaz.
351. Partlayıcı materiallar daşıyan avtomobillərin elektrik avadanlıqlarının nominal gərginliyi neçə
voltdan çox olmamalıdır?
Cavab: 24V-dan.
352. Partlayıcı materialları avtomobilə yükləyib-boşaldan zaman avtomobilin mühərriki işlək, yoxsa
sönmüş vəziyyətdə olmalıdır? Bu zaman sürücü harada olmalıdır?
Cavab: Mühərrik sönmüş vəziyyətdə, sürücü isə avtomobilin kabinəsində.
353. Açıq banlı avtomobillərdə partlayıcı materiallar daşıyan zaman hansı təhlükəsizlik tələblərinə əməl
edilməlidir?
Cavab: Avtomobilin banının üstü çətin alışan, islanmayan, yaxşı dartılan parçadan olan örtüklə
bağlanmalıdır. Örtük hər tərəfdən banın üzərini ən azı 200 mm örtməlidir. Örtük xüsusi qarmaqlar və
ilgəklər vasitəsi ilə bağlanmalıdır.
22
354. Detonasiya qaytanını kumulyativ mərmilərlə eyni qurğuda daşımaq olarmı?
Cavab: Olar. Ançaq ayrı-ayrı bölmələrdə.
355. Qaldırıcı və LPS quyuya və əksinə hansı ardıcıllıqla yola düşməlidir?
Cavab: Qaldırıcı və LPS quyuya və əksinə birlikdə (bir-birini görmə məsafəsində).
356. Partlayıcı materialların iş yerinə daşınması zamanı LPS-in banının və partladıcı vasitələrin yerləşdiyi
yeşiyin açarı kimdə olmalıdır?
Cavab: Karotajçıda (partlayıcı materialları bazadan alan karotajçıda).
357. Partlayıcı materiallar daşıyan avtomobillərə nə qədər yük vurmaq olar?
Cavab: Avtomobillərin yükgötürmə qabiliyyəti qədər (detonatordan başqa).
358. Partlayıcı materiallar daşıyan avtomobillərə nə qədər detonator yükləmək olar ən çoxu neçə sıra?
Cavab: Avtomobilin yükgötürmə qabiliyyətinin 2/3 hissəsi qədər. Yükün hündürlüyü ən çoxu 2 sıra.
359. Quyuyda partlayış işləri zamanı LPS ilə qaldırıcı arasında ən azı neçə metr məsafə olmalıdır?
Cavab: 10 metr.
360. Elektrik detanatorunu hansı cihazla yoxlamağa icazə verilir?
Cavab: 0,05A çox cərəyan verməyən cihazla.
361. Torpedləri dolduran zaman istifadə olunan alətlər hansı materialdan olmalıdır?
Cavab: Qığılcım verməyən materialdan.
362. PKS lentinə detonatoru lentin qarmağını detonatorun üzərinə sıxmaqla bağlamaq olarmı?
Cavab: Olmaz.
363. Elektrik detonatoru əvvəlcə geofiziki kabelin elektrik xəttinə yoxsa yığılmış perforatora bağlanılır?
Cavab: Geofiziki kabelin elektrik xəttinə.
364. Elektrik detanatorunu zirehli kabelin mərkəzi damarına harada və nə vaxt bağlamaq lazımdır?
Cavab: Quyu ağzında, perforatoru quyuya buraxan anda.
365. Partlayış deşmə aparatını (PDA) zirehli kabelə birləşdirməzdən əvvəl kabelin mərkəzi damarında
cərəyanın olub-olmamasını yoxlamaq üçün cihazın dövrəyə qoşulma müddəti ən azı nə qədər olmalıdır?
Cavab: 1dəqiqə.
366. Doldurulmuş perforatorun üzərində detonasiya qaytanını kəsmək olarmı?
Cavab: Kəsmək olmaz.
367. İş yerinə gətirilmiş partlayıcı materiallar kimin nəzarəti altında olmalıdır?
Cavab: Karotajçının (partladıcının vahid kitabçası olan karotajçı) və bu sahə üzrə yaxşı
təlimatlandırılmış geofiziki dəstə işçilərin.
368. Perforasiya intervalı üçün reper qoyulduqdan sonra, partlayış-atma işlərinə başlamazdan əvvəl hansı
təhlükəsizlik tələblərinə əməl edilməlidir?
Cavab: Buruğun elektrik avadanlıqları tam söndürülməli, qaldırıcı və laboratoriya elektrik
cərəyanından, laboratoriyanın kollektor kabeli qaldırıcının kollektorundan ayrılmalı, təhlükəli zonada
mobil telefonlar söndürülməli, partlayış-atma işləri ilə məşğul olmayan işçilər təhlükəli zonanı tərk
etməlidirlər.
369. Dəniz platformalarında, üzən qazma qurğularında (ÜDQ) Partlayış deşmə aparatları quyu ağzından
ən azı hansı məsafədə doldurulmalıdır?
Cavab: Platformalarda 12 metr, ÜDQ-da 20 metr.
370. ПKС tipli perforatorlar hansı ardıcıllıqla yığılmalıdır?
Cavab: Əvvəlcə lazımı uzunluqda lentlər bir-birinə bağlanılır, mərmilər lentin bir üzünə yığılır, lazımı
uzunluqda detonasiyaedici qaytan kəsilir, kəsilmiş detonasiyaedici qaytan lentin üzərinə qoyulduqdan
sonra lentin o biri üzünün mərmiləri yığılır. Yığılmış perforator quyu ağzına gətirilərək elektrik
detonatoru bağlanılır.
371. Torpedlərin doldurulmasına nə vaxt başlamaq lazımdır və bu necə yerinə yetirilməlidir?