19
305. Hansı hallarda ağızdan-buruna nəfəs vermək üsulundan istifadə edilir?
Cavab: Zərərçəkənin alt çənəsi yaralandıqda və ağzını açmaq mümkün olmadıqda.
306. Ürəyi xarici masaj ediləcək zərəçəkən hansı səthin üzərinə uzadılmalıdır?
Cavab: Bərk səthin üzərinə.
307. Ürəyin xarici masajı zamanı, masaj edən şəxs əllərini zərərçəkənin döş qəfəsinin hansı hissəsinə
qoymalıdır?
Cavab: Zərərçəkənin döş qəfəsinin aşağı qurtaracağından iki barmaq yuxarıdan.
308. Ürəyi zahiri masaj edən şəxs, əllərini zərərçəkənin döş qəfəsi üzərinə necə qoymalıdır?
Cavab: Əllər 90
0
bucaq altında qoyulmalı, barmaqlar döş qəfəsinə toxunmamalıdır.
309. Ürəyi xarici masaj edən zaman, zərərçəkənin sinəsindən dəqiqədə neçə dəfə basmaq lazımdır?
Cavab: Dəqiqədə 60 dəfə.
310. Ürəyi zahiri masaj edən zaman döş qəfəsinə edilən təzyiqlər arasındakı vaxt neçə saniyə olmalıdır?
Cavab: 0,5 san.
311. Ürəyin xarici masajı necə həyata keçirilir?
Cavab: Masaj edən zərərçəkənin yan tərəfində dizləri üzərində oturur, zərərçəkənin döş qəfəsinin aşağı
qurtaracağını əli ilə tapır, sonra ondan iki barmaq yuxarıdan sol əlinin ovucunu (əlin iç tərəfini) döş
qəfəsinin üzərinə qoyur və onun üstünə isə sağ əlin ovucunu düz bucaq altında yerləşdirir. Bu zaman
barmaqlar döş qəfəsinə toxunmamalıdır. Gövdənizin ağırlığının köməyi ilə döş qəfəsi 10 dəfə basılır.
Təzyiqlər arasındakı vaxt 0,5 saniyə olmalıdır. Hər təzyiqdən sonra qollarınızı boşaldın, lakin əllərinizi
zərərçəkənin döş qəfəsinin üstündən götürməyin. Yardım göstərən şəxs döş qəfəsini dəqiqədə 60 dəfə
basmalıdır.
312. Qabırğa sınığı zamanı ilk tibbi yardım göstərmək qaydası necədir?
Cavab: Zərərçəkən nəfəsini buraxan anda onun sinəsini bint və ya dəsmalla möhkəm sıxıb
bağlamaq lazımdır. Ağrıları azaltmaq və öskürəyi kəsmək üçün zərəçəkənə analgin, amidopirin həbləri
verin. Oturaq vəziyyətdə zərəçəkəni həkimə çatdırın.
313. Barmaq sınığı zamanı necə ilk tibbi yardım göstərilir?
Cavab: Sınan barmaq taxta lövhə və ya plastir ilə fiksasiya edilməlidir. Əgər löhvə yoxdursa onda sınan
barmağı sağlam barmağa bağlamaq lazımdır.
314. Qol sümüyünün sınığı zamanı ilk tibbi yardım necə göstərilir?
Cavab: Qolu enli lövhəciyin (şinanın, qəzet topasının) üzərinə qoyub sarımaq lazımdır. Lövhəcik
dirsəkdən barmaqların ucuna qədər olmalıdır. Zədələnmiş qolun əlinin içərisinə pambıq və ya bint topası
qoymaq lazımdır ki, barmaqlar bir qədər qatlanmış vəziyyətdə olsun. Əl üç künclü sarğı ilə baş yaylığını
boyundan keçirməklə fiksasiya edilməlidir.
315. Kəllə travmaları zamanı ilk tibbi yardım necə göstərilir?
Cavab: İlk növədə qan axma dayandırılmalıdır.
Zərərçəkənin başına soyuq əşyalar (soyuq su, içərisində
buz olan rezin yastıq) qoymaq lazımdır.
316. Bud-baldır sümüklərinin sınığı zamanı ilk tibbi yardım necə göstərilir?
Cavab: Bud-baldır sümüklərinin sınığı zamanı ətrafı 2 ədəd şinaya, fanerə, kartona və ya digər əşyaya
bağlamaq lazımdır. Aşağı ətrafa bağlanan xarici şinanın uzunluğu çanaq sümüyündən keçməklə qoltuq
altına, digər ucu isə dabana qədər olmaqla, şina ən azı 6 yerdən bağlanmalıdır. Daxildən bağlanan şina
isə paçadan dabana qədər olmalı ən azı 4 yerdən bağlanmalıdır.
317. Diz zədələnməsi zamanı (əgər diz qatlanmış vəziyyətdədirsə) ilk tibbi yardım necə göstərilir?
Cavab: Əgər diz qatlanmış vəziyyətdədirsə və ayaq altının bayır tərəfindən keçən arteriada nəbz hiss
olunursa, o halda dizi bükülü halda fiksasiya etmək lazımdır.
318. Onurğa sütununun travması zamanı ilk tibbi yardım necə göstərilir?
20
Cavab: Əgər zərərçəkənin yumşaq toxumaları zədələnibsə sarğı qoyulmalıdır. Əgər zərərçəkən cox ağır
vəziyyətdədirsə onda onu yerindən qaldırmadan arxası üstə taxta üzərinə uzatmaq lazımdır.
Zərərçəkənin bədəninin və başının tərpənməsinə imkan verilməməlidir.
319. Toxumaların (əzələlərin) burxulması (dartılması) zamanı ilk tibbi yardım necə göstərilir?
Cavab: Həmin yerə soyuq kompres qoyub bərk bağlamaq lazımdır.
320. Dirsək oynağı zədələndikdə fiksasiya necə həyata keçirilir?
Cavab: Əgər dirsək bükülü vəziyyətdədirsə onu düz vəziyyətə gətirməyin. Şinalar vasitəsi ilə onu
gövdəyə bərkidin.
321. Onurğa sütunu sınmış zərərçəkəni nə zaman xərəkdə üzü üstə daşımaq lazımdır?
Cavab: Xərək yumşaq olduqda.
322. Alt çənəsi sınmış zərərçəkəni nə zaman xərəkdə üzüüstə daşımaq lazımdır?
Cavab: Zərərçəkən boğulduqda.
323. Qanaxmanı saxlamaq üçün ətraflara jqut ən çoxu hansı müddətə bağlanılır?
Cavab: 1,5-2 saat.
324. Ətrafların kapilyar damarlarından qanaxma zamanı ilk tibbi yardım necə göstərilir?
Cavab: Ətrafı yuxarı qaldırmalı, sarğı qoyub bağlamaq lazımdır.
325. Partlayıcı materiallar saxlanılan anbarın ətrafı hansı radiusda iynəyarpaqlı ağaclardan
təmizlənməlidir?
Cavab: 50 metr.
326. Partlayıcı materiallar saxlanılan anbarın ətrafı hansı radiusda qurumuş otlardan təmizlənməlidir?
Cavab: 5 metr.
327.İçərisində partlayıcı material olan kisələr su qızdırıcı xətlərdən ən azı neçə metr aralı olmalıdır?
Cavab: 1 metr.
328. Partlayıcı materiallarla yüklənmiş avtomobili gecə PM anbarının ərazisində saxlamaq olarmı? Əgər
olarsa nə etmək lazımdır?
Cavab: Olar. Avtomobilin mühərriki akumlyator sistemindən ayrılmalıdır.
329. Qazmadan çıxan quyuda ilk dəfə perforasiya işlərinin aparılması zamanı, quyu hansı xüsusi çəkiyə
malik məhlulla doldurulmalıdır?
Cavab: Perforasiya olunacaq interval qazma zamanı hansı xüsusi çəkiyə malik məhlulla qazılıbsa, atma-
deşmə zamanı da həmin xüsusi çəkiyə malik məhlul ilə doldurulmalıdır.
330. Elektrik detonatorunun müqavimətini yoxlayan zaman hansı qoruyucu vasitədən istifadə edilməlidir?
Cavab: Metal borudan və ya qalınlığı ən azı 10sm-dən az olmayan taxta lövhədən.
331. Daşınma zamanı elektrik detanatorlarının naqilləri hansı vəziyyətdə olmalıdır?
Cavab: Qısa qapanma edilməlidir.
332. Hər işçi əllə ən çoxu neçə kq partlayıcı maddə daşıya bilər?
Cavab: 40 kq.
333. Eyni vaxtda əllə partladıcı vasitə və necə kq partladıcı maddə daşımaq olar?
Cavab: 12 kq.
334. Partlayıcı materiallar daşıyan avtomobillərin maksimal hərəkət sürəti saatda neçə km olmalıdır?
Cavab: 40 km/saat.
335. Tozlu, dumanlı havalarda partlayıcı materiallar daşıyan avtomobillərin maksimal hərəkət sürəti
saatda ən çoxu neçə km olmalıdır?
Cavab: 20 km/saat.
336. TŞT tipli fuqaslı torpedin mərmiləri quyuya necə daşınmalıdır?
Cavab: Zavod bağlamasında.
337. Hansı növ perforatorları mərmilərini yığılmış halda bazadan (detonator qoyulmadan) quyuya
aparmaq olar?