25
402. Bir quyuya neçə ədəd tapşırıq-vərəqə vermək olar?
Cavab: 1ədəd.
403. Bir anbardan digər anbara partlayıcı materiallar hansı sənəd əsasında buraxılır?
Cavab: Tapşırıq qaimə əsasında.
404. Partlayıcı materialların anbardan alınması və anbara qaytarılması hansı kitabda qeyd olunur?
Cavab: 2 nömrəli verilmə və qaytarılma kitabında.
405. Partlayış-deşmə aparatının quyuda atıb-atmaması məlum deyilsə quyuya birinci kim
yaxınlaşmalıdır?
Cavab: Partlayış işləri rəhbəri.
406. Atılmamış torpedi temteraturu 100 dərəcədən artıq dərinlikdən qaldıran zaman hansı təhlükəsizlik
tələblərinə əməl edilməlidir?
Cavab: Quyu ağzına 50 metr qalmış soyumaq üçün 30 dəqiqə saxlamaq lazımdır.
407. Quyuda atılmamış perforatoru quyu ağzına qaldırdıqdan sonra ilk növbədə nə etmək lazımdır?
Cavab: Elektrik detonatorunu perforatordan ayırıb, qısa qapanma etmək lazımdır.
408. Quyuda atəş və ya partlayışdan etdikdən sonra partladıcı nə etməlidir?
Cavab: Atəş maşını açarla söndürülməli, atəş maşını cərəyan mənbəyindən və kollektordan açılmalı, öz
qutusuna qoyulmalı, qutunu isə daşınma yeşiyinə qoyub ağzını açarla bağlamaq lazımdır.
409. Quyuda perfaratoru atmaq mümkün olmadıqda hansı təhlükəsizlik tələblərinə əməl etmək lazımdır?
Cavab: Atəş maşını açarla söndürülməli, atəş maşını cərəyan mənbəyindən və kollektordan açılmalı,
yeşiyə qoyulub ağzı açarla bağlanılmalı, perforator təhlükəsizlik təlblərinə uyğun sürətlə quyu ağzına
qaldırılmalıdır.
410. Quyuda partlayışın edilib-edilməməsi necə müəyyənləşdirilir?
Cavab: Mayenin daşması və ya udulması, geofiziki kabelin titrəməsi, səsin eşidilməsi, dövrənin əlaqə
sxemini yoxlamaqla.
411. Partlayışdan sonra quyu ağzına birinci kim yaxınlaşmalıdır və neçə dəqiqədən sonra?
Cavab: 5 dəqiqədən sonra parlayış işlərinə rəhbərlik edən şəxs.
412. Quyuda partlayış etmək mümkün olmadıqda quyu ağzına neçə dəqiqədən sonra kim yaxınlaşmalıdır?
Cavab: 15 dəqiqədən sonra partlayış işləri rəhbəri.
413. Quyuda atmayan gövdəsiz perfarator quyu ağzına qaldırıldıqdan sonra ilk növbədə hansı əməliyyat
yerinə yetirilməlidir?
Cavab: İlk növbədə detonator perforatordan ayrılmalı, çıxarılmış elektrik detonatorunun ucları qısa
qapaldılmalı, detonator qabına qoyulmalıdır.
414. Mərmili və kumulyativ perforatorları sinaqdan çıxarmaq üçün istifadə olunan bunkerlərin dərinliyi
müvafiq olaraq ən azı nə qədər olmalıdır?
Cavab: 2 və 1 metr.
415. Hansı təzyiq və temperaturdan sonta quyuya buraxılacaq cihaz və geofiziki kabel mütləq stentdə
yoxlanılmalıdır?
Cavab: Təzyiq 100MPa-dan və temperatur 180
0
-dən artıq olduqda.
416. PM-lar hansı üsullarla məhv edilir?
Cavab: Partlatma, yandırma, suda batırma, suda həll etmə.
417. Quyuda istifadəyə yaramayan partlayıcı maddələri quyuda ləğv etmək olarmı?
Cavab: Olmaz.
418. Elektrodetonatorlar hansı üsulla məhv edilir?
Cavab: Partlatma üsulu ilə.
419. Hansı hallarda detonatorları yandırmaq yolu ilə məhv edilməsinə icazə verilir?
Cavab: Heç bir halda detonatoru yandırmaq yolu ilə məhv etmək olmaz.
420. Mərminin və ya torpedin məhv edildiyi çalaya ən azı neçə dəqiqədən sonra yaxınlaşmaq olar?
26
Cavab: 15 dəqiqən.
421. Bir çalada eyni vaxtda neçə torped məhv etmək olar?
Cavab: 1 ədəd.
422. Partlayıcı materiallar kimin göstərişi ilə məhv edilməlidir?
Cavab: Müəssisə baş mühəndisinin və ya müəssisənin partlayış işləri rəhbərinin yazılı göstərişi ilə.
423. Partlayıcı materialların məhv edilməsi aktı neçə ekzempilyar tərtib edilir?
Cavab: İki.
424. Partlayıcı materialların məhv edilməsi aktı harada saxlanılır?
Cavab: PM anbarında və mühasibatlıq şöbəsində.
425. Yandırma yolu ilə hansı partlayıcı materiallar məhv edilir?
Cavab: Partlatma yolu ilə məhv edilməsi mümkün olmayan partlayıcı maddələr və partladıcı vasitələr.
426. Bir tonqalda ən çoxu neçə kq partlayıcı maddə yandırmaq olar?
Cavab: 10 kq.
427. Bir tonqalda ən çoxu neçə kq detonasiyaedici qaytan yandırmaq olar?
Cavab: 10 kq.
428. Barıtlar necə məhv edilir?
Cavab: Eni 30 sm, hündürlüyü 10 sm-dən çox olmayan və araları 5 m-dən az olmayan cərgələrdə.
429. Barıtları eyni vaxtda ən çoxu neçə cərgə məhv etmək olar?
Cavab: 3 cərgə.
430. Tüstülü barıtı suda həletmə yolu ilə məhv etmək olarmı?
Cavab: Olar, yalnız xüsusi qabda.
431. Partlayıcı materiallar batırma yolu ilə necə məhv edilir?
Cavab: Açıq dənizdə. Bur şərtlə ki, üzən partlayıcı materialları dəniz səthindən yığmaq üçün əvvəlcədən
tədbirlər görülməlidir
432. Partayış pakerini quyuya buraxmazdan əvvəl quyun lüləsi nə ilə qəliblənməlidir(şablon edilməlidir)?
Cavab: Boş paker ilə.
433. Partlayış pakerlərini quyuya buraxmazdan əvvəl quyunu boş pakerlə qəliblənməsində məqsəd nədir?
Cavab: Pakerin içərisinə mayenin keçb-keçməməsini yoxlamaq.
434. Doldurulmuş partlayış pakerinin qapağını bağlamazdan əvvəl hansı təhlükəsizlik tələbinə əməl
edilməlidir?
Cavab: Pakerin yivlərinə barıt tökülmüşsə əvvəlcə pakerin yivini təmizləmək.
435. Partlayış pakerlərinə barıt neçə qram dəqiqliklə doldurulmalıdır?
Cavab: 5 qram.
436. Mədən-geofiziki işlərdə işləyən partladıcının vahid kitabçasına malik olan şəxsin ən azı neçə yaşı
olmalıdır?
Cavab: Ən azı19.
437. Partladıcının vahid kitabçasına malik olan şəxsin biliyi xüsusi komissya tərəfindən ən geci neçə ildən
bir yoxlanılmalıdır?
Cavab: 2 ildən bir.
438. Partladıcının vahid kitabçasına malik olan şəxsin biliyi kimin sədrliyi altında yoxlanılmalıdır?
Cavab: Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyini müfəttişinin
sədrliyi altında.
439. Partladıcı materiallar daşıyan avtomobillər neçə ədəd odsöndürənlərlə təchiz edilməlidir?
Cavab: 2 ədəd.
440. Doldurulmuş partlayış pakerinin quyuya maksimal buraxılma sürəti neçə metr/saatdır?
Cavab: 3600 metr/saat.
441. Torpedin quyuya maksimal buraxılma sürəti nə qədərdir?