1. Bədbəxt hadisə nə deməkdir? Cavab


 Hansı hallarda ağızdan-buruna nəfəs vermək üsulundan istifadə edilir?  Cavab



Yüklə 335,99 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix21.10.2017
ölçüsü335,99 Kb.
#6231
1   ...   6   7   8   9   10   11   12   13   14
    Bu səhifədəki naviqasiya:
  • Cavab

19 

 

305. Hansı hallarda ağızdan-buruna nəfəs vermək üsulundan istifadə edilir? 



Cavab: Zərərçəkənin alt çənəsi yaralandıqda və ağzını açmaq mümkün olmadıqda. 

306. Ürəyi xarici masaj ediləcək zərəçəkən hansı səthin üzərinə uzadılmalıdır? 

Cavab:  Bərk səthin üzərinə.             

307.  Ürəyin  xarici  masajı  zamanı,  masaj  edən  şəxs  əllərini  zərərçəkənin  döş  qəfəsinin  hansı  hissəsinə 

qoymalıdır? 



Cavab:  Zərərçəkənin döş qəfəsinin aşağı qurtaracağından iki barmaq yuxarıdan. 

308. Ürəyi zahiri masaj edən şəxs, əllərini zərərçəkənin döş qəfəsi üzərinə necə qoymalıdır?  

Cavab: Əllər 90

0

 bucaq altında qoyulmalı, barmaqlar döş qəfəsinə toxunmamalıdır. 

309. Ürəyi xarici masaj edən zaman, zərərçəkənin sinəsindən dəqiqədə neçə dəfə basmaq lazımdır? 

Cavab:  Dəqiqədə 60 dəfə.                            

310. Ürəyi zahiri masaj edən zaman döş qəfəsinə edilən  təzyiqlər arasındakı vaxt neçə saniyə  olmalıdır?  

Cavab:  0,5 san.         

311. Ürəyin xarici masajı necə həyata keçirilir?   

Cavab: Masaj edən zərərçəkənin yan tərəfində dizləri üzərində oturur, zərərçəkənin döş qəfəsinin aşağı 

qurtaracağını  əli  ilə  tapır,  sonra  ondan  iki  barmaq  yuxarıdan  sol  əlinin  ovucunu  (əlin  iç  tərəfini)  döş 

qəfəsinin  üzərinə  qoyur  və  onun  üstünə  isə  sağ  əlin  ovucunu  düz  bucaq  altında  yerləşdirir.  Bu  zaman 

barmaqlar  döş  qəfəsinə  toxunmamalıdır.  Gövdənizin  ağırlığının  köməyi  ilə  döş  qəfəsi  10  dəfə  basılır. 

Təzyiqlər arasındakı vaxt 0,5 saniyə olmalıdır. Hər təzyiqdən sonra qollarınızı boşaldın, lakin  əllərinizi 

zərərçəkənin  döş  qəfəsinin  üstündən  götürməyin.  Yardım  göstərən  şəxs  döş  qəfəsini  dəqiqədə  60  dəfə 

basmalıdır.   

312. Qabırğa sınığı zamanı ilk tibbi yardım göstərmək qaydası necədir? 

Cavab:  Zərərçəkən    nəfəsini    buraxan    anda    onun  sinəsini    bint    və    ya  dəsmalla    möhkəm    sıxıb 

bağlamaq  lazımdır.  Ağrıları  azaltmaq  və  öskürəyi kəsmək  üçün  zərəçəkənə  analgin,  amidopirin  həbləri 

verin. Oturaq vəziyyətdə zərəçəkəni həkimə çatdırın. 

313. Barmaq sınığı zamanı necə ilk tibbi yardım göstərilir? 

Cavab:  Sınan barmaq taxta lövhə və ya plastir ilə fiksasiya edilməlidir. Əgər löhvə yoxdursa onda sınan 

barmağı sağlam barmağa bağlamaq lazımdır.  

314. Qol sümüyünün sınığı zamanı ilk tibbi yardım necə göstərilir? 

Cavab:    Qolu  enli  lövhəciyin  (şinanın,  qəzet  topasının)  üzərinə  qoyub  sarımaq  lazımdır.  Lövhəcik 

dirsəkdən barmaqların ucuna qədər olmalıdır. Zədələnmiş qolun əlinin içərisinə pambıq və ya bint topası 

qoymaq lazımdır ki, barmaqlar bir qədər qatlanmış vəziyyətdə olsun. Əl üç künclü sarğı ilə baş yaylığını 

boyundan keçirməklə fiksasiya edilməlidir. 

315. Kəllə travmaları zamanı ilk tibbi yardım necə göstərilir? 

Cavab:  İlk növədə qan axma dayandırılmalıdır.

 Zərərçəkənin başına soyuq əşyalar (soyuq su, içərisində 

buz olan rezin yastıq) qoymaq lazımdır. 

316. Bud-baldır  sümüklərinin sınığı zamanı ilk tibbi yardım necə göstərilir? 

Cavab:  Bud-baldır sümüklərinin sınığı zamanı ətrafı 2 ədəd şinaya, fanerə, kartona və ya digər əşyaya 

bağlamaq lazımdır. Aşağı  ətrafa bağlanan xarici şinanın uzunluğu çanaq sümüyündən keçməklə qoltuq 

altına, digər ucu isə dabana qədər olmaqla, şina ən azı 6 yerdən bağlanmalıdır. Daxildən bağlanan şina 

isə paçadan dabana qədər olmalı ən azı 4 yerdən bağlanmalıdır. 

317. Diz zədələnməsi zamanı (əgər diz qatlanmış vəziyyətdədirsə) ilk tibbi yardım necə göstərilir? 

Cavab:    Əgər  diz  qatlanmış  vəziyyətdədirsə  və  ayaq  altının  bayır  tərəfindən  keçən  arteriada  nəbz  hiss 

olunursa, o halda dizi bükülü halda fiksasiya etmək lazımdır. 

318. Onurğa sütununun travması zamanı ilk tibbi yardım necə göstərilir?

 



20 

 

Cavab: Əgər zərərçəkənin yumşaq toxumaları zədələnibsə sarğı qoyulmalıdır. Əgər zərərçəkən cox ağır 



vəziyyətdədirsə  onda  onu  yerindən  qaldırmadan  arxası  üstə  taxta  üzərinə  uzatmaq    lazımdır. 

Zərərçəkənin bədəninin və başının tərpənməsinə imkan verilməməlidir.   

319. Toxumaların (əzələlərin) burxulması (dartılması) zamanı ilk tibbi yardım necə göstərilir? 

Cavab:  Həmin yerə soyuq kompres qoyub bərk bağlamaq lazımdır. 

320. Dirsək oynağı zədələndikdə fiksasiya necə həyata keçirilir? 

Cavab:    Əgər  dirsək  bükülü  vəziyyətdədirsə  onu  düz  vəziyyətə  gətirməyin.  Şinalar  vasitəsi  ilə  onu 

gövdəyə bərkidin. 

321. Onurğa sütunu sınmış zərərçəkəni nə zaman xərəkdə üzü üstə daşımaq lazımdır? 

Cavab:  Xərək yumşaq olduqda.   

322. Alt çənəsi sınmış zərərçəkəni nə zaman xərəkdə üzüüstə daşımaq lazımdır? 

Cavab:  Zərərçəkən boğulduqda.   

323. Qanaxmanı saxlamaq üçün ətraflara jqut ən çoxu hansı müddətə bağlanılır? 

Cavab:  1,5-2 saat.       

324. Ətrafların kapilyar damarlarından qanaxma zamanı ilk tibbi yardım necə göstərilir?  

Cavab:  Ətrafı yuxarı qaldırmalı, sarğı qoyub bağlamaq lazımdır. 

325.  Partlayıcı  materiallar  saxlanılan  anbarın  ətrafı  hansı  radiusda  iynəyarpaqlı  ağaclardan 

təmizlənməlidir?  



Cavab:  50 metr.           

326. Partlayıcı materiallar saxlanılan anbarın ətrafı hansı radiusda qurumuş otlardan təmizlənməlidir?  

Cavab:  5 metr.               

327.İçərisində partlayıcı material olan kisələr su qızdırıcı xətlərdən ən azı neçə metr aralı olmalıdır? 

Cavab:  1 metr. 

328. Partlayıcı materiallarla yüklənmiş avtomobili gecə PM anbarının ərazisində saxlamaq olarmı?   Əgər 

olarsa nə etmək lazımdır?  



Cavab:  Olar. Avtomobilin mühərriki akumlyator sistemindən ayrılmalıdır.  

329. Qazmadan çıxan quyuda ilk dəfə perforasiya işlərinin  aparılması zamanı, quyu hansı xüsusi çəkiyə 

malik məhlulla doldurulmalıdır?   



Cavab:  Perforasiya olunacaq interval qazma zamanı hansı xüsusi çəkiyə malik məhlulla qazılıbsa, atma-

deşmə zamanı da həmin xüsusi çəkiyə malik məhlul ilə doldurulmalıdır.   

330. Elektrik detonatorunun müqavimətini yoxlayan zaman hansı qoruyucu vasitədən istifadə edilməlidir? 

Cavab:  Metal borudan və ya qalınlığı ən azı 10sm-dən az olmayan taxta lövhədən. 

331. Daşınma zamanı elektrik detanatorlarının naqilləri hansı vəziyyətdə olmalıdır?  

Cavab:  Qısa qapanma edilməlidir. 

332. Hər işçi əllə ən çoxu neçə kq partlayıcı maddə daşıya bilər?  

Cavab:   40 kq.                 

333. Eyni vaxtda əllə partladıcı vasitə və necə kq partladıcı maddə daşımaq olar? 

Cavab:  12 kq.               

334. Partlayıcı materiallar daşıyan avtomobillərin maksimal hərəkət sürəti saatda neçə km  olmalıdır? 

Cavab:  40 km/saat.         

335.  Tozlu,  dumanlı  havalarda  partlayıcı  materiallar  daşıyan  avtomobillərin  maksimal  hərəkət  sürəti 

saatda ən çoxu neçə km  olmalıdır? 



Cavab:  20 km/saat.         

336. TŞT tipli fuqaslı torpedin mərmiləri quyuya necə daşınmalıdır? 

Cavab:  Zavod bağlamasında.                  

337.  Hansı  növ  perforatorları  mərmilərini  yığılmış  halda  bazadan  (detonator  qoyulmadan)  quyuya 

aparmaq olar? 




Yüklə 335,99 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə