1. Bədbəxt hadisə nə deməkdir? Cavab



Yüklə 335,99 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix21.10.2017
ölçüsü335,99 Kb.
#6231
1   ...   6   7   8   9   10   11   12   13   14
    Bu səhifədəki naviqasiya:
  • Cavab

21 

 

Cavab:  Gövdəli.                     



338. PM daşıyan avtomobil yanğın yerindən an azı neçə metr aralı keçməlidir? 

Cavab:   300 metr.        

339.  Partlayıcı  materialları  (PM)  gəmiyə  yükləməzdən  əvvəl  partlayış  işləri  rəhbəri  gəmi  kapitanından 

hansı sənədi tələb etməlidir? 



Cavab:  Gəminin PM daşımağa hazırlıq aktını. 

340. Detonator bağlanmış perforatoru avtomobillə quyuya daşımaq olarmı? 

Cavab:  Qadağandır. 

341. Barıtla perforator mərmilərini bir avtomobildə daşıyan zaman onlar arasında ən azı nə qədər məsafə 

olmalıdır? 



Cavab:   0,5 metr.          

342. Gövdəli perfaratorları bazada doldurub quyuya aparmaq olarmı?  

Cavab:  Olar,  yalnız  xüsusi  avadanlıq  və  qurğularla  təhciz  edilmiş  LPS-lərdə.  Elektrik  detonatoru 

qoyulmadan.  

343. Partlayıcı materiallar daşıyan avtomobillər arasındakı məsafə ən azı neçə metr olmalıdır? 

Cavab: Düz yolda ən azı 50 metr, dağlıq yolda ən azı 300 metr olmalıdır.    

344.  Partlayıcı  materiallar  yüklənilmiş  avtomobillərin  yanacaq  doldurma  stansiyalarında  (YDS) 

yanacaqla  təmin edilməsi necə həyata keçirilir? 



Cavab:  Yanacaq  doldurma  stansiyalarından  ən  azı  25  metr  aralı  xüsusi  avadanlıqlarla  təchiz  edilmiş 

yerlərdə. 

345. Mühərriki hansı yanacaqla işləyən avtomobillərdə partlayıcı materialların daşınması qadağandır?  

Cavab:  Qazla.           

346. Partlayıcı materiallar daşıyan karvanda avtomobillərin sayı neçə ədəd olduqda, karvan əlavə olaraq 

müşayətedici avtombillə təmin edilməlidir? 



Cavab:  Ən azı beş.       

347.  Partlayıcı  materiallar  daşıyan  avtomobilləri  müşayət  edən  avtomobil,  müşayət  etdiyi  avtomobil 

karvanının arxasında yoxsa önündə getməlidir? 



Cavab:  Önündə.                  

348. Partlayıcı materiallar daşıyan avtomobilləri müşayət edən müşayətedici avtomobil əlavə olaraq hansı 

rəngli mayakla təchiz edilməlidir?   



Cavab:  Hərəkət üstünlüyü verməyən xəbərdarlıqedici sarı rəngli mayakla. 

349. Partlayıcı materiallar daşıyan karvanda avtomobillərin sayı neçə ədəd olduqda, karvan əlavə olaraq 

ehtiyat nəqliyyat vasitəsi ilə təmin edilməlidir?   



Cavab:  Ən azı beş.      

350. Yükünü özüboşaldan avtomobillərdə partlayıcı materiallar daşımaq olarmı? 

Cavab:  Olmaz.            

351.  Partlayıcı  materiallar  daşıyan  avtomobillərin  elektrik  avadanlıqlarının  nominal  gərginliyi  neçə 

voltdan çox olmamalıdır?  



Cavab:  24V-dan.         

352.  Partlayıcı  materialları  avtomobilə  yükləyib-boşaldan  zaman  avtomobilin  mühərriki  işlək,    yoxsa 

sönmüş vəziyyətdə olmalıdır?  Bu zaman sürücü harada olmalıdır? 



Cavab:  Mühərrik sönmüş vəziyyətdə, sürücü isə avtomobilin kabinəsində. 

353. Açıq banlı avtomobillərdə partlayıcı materiallar daşıyan zaman hansı təhlükəsizlik tələblərinə əməl 

edilməlidir? 



Cavab:  Avtomobilin  banının  üstü  çətin  alışan,  islanmayan,  yaxşı  dartılan  parçadan  olan  örtüklə 

bağlanmalıdır.  Örtük  hər  tərəfdən  banın üzərini  ən  azı  200  mm  örtməlidir.  Örtük  xüsusi  qarmaqlar  və 

ilgəklər vasitəsi ilə bağlanmalıdır. 


22 

 

354. Detonasiya qaytanını kumulyativ mərmilərlə eyni qurğuda daşımaq olarmı? 



Cavab:  Olar. Ançaq ayrı-ayrı bölmələrdə.           

355. Qaldırıcı və LPS quyuya və əksinə hansı ardıcıllıqla yola düşməlidir? 

Cavab: Qaldırıcı və LPS quyuya və əksinə birlikdə (bir-birini görmə məsafəsində). 

356. Partlayıcı materialların iş yerinə daşınması zamanı LPS-in banının və partladıcı vasitələrin yerləşdiyi 

yeşiyin açarı kimdə olmalıdır? 



Cavab:  Karotajçıda (partlayıcı materialları bazadan alan karotajçıda). 

357. Partlayıcı materiallar daşıyan avtomobillərə nə qədər yük vurmaq olar?  

Cavab:   Avtomobillərin yükgötürmə qabiliyyəti qədər  (detonatordan başqa). 

358. Partlayıcı materiallar daşıyan avtomobillərə nə qədər detonator yükləmək olar ən çoxu neçə sıra?  

Cavab:  Avtomobilin yükgötürmə qabiliyyətinin 2/3 hissəsi qədər. Yükün hündürlüyü ən çoxu 2 sıra. 

359. Quyuyda partlayış işləri zamanı LPS ilə qaldırıcı arasında ən azı neçə metr məsafə olmalıdır? 

Cavab:  10 metr.   

360. Elektrik detanatorunu hansı cihazla yoxlamağa icazə verilir?   

Cavab:  0,05A çox cərəyan verməyən cihazla.     

361. Torpedləri dolduran zaman istifadə olunan alətlər hansı materialdan olmalıdır? 

Cavab:  Qığılcım verməyən materialdan.       

362. PKS lentinə detonatoru lentin qarmağını detonatorun üzərinə sıxmaqla bağlamaq olarmı? 

Cavab:  Olmaz.  

363. Elektrik detonatoru əvvəlcə  geofiziki kabelin elektrik xəttinə yoxsa yığılmış perforatora  bağlanılır?  

Cavab:  Geofiziki kabelin elektrik xəttinə. 

364. Elektrik detanatorunu zirehli kabelin mərkəzi damarına harada və nə vaxt bağlamaq lazımdır? 

Cavab:  Quyu ağzında, perforatoru quyuya buraxan anda. 

365.  Partlayış  deşmə  aparatını  (PDA)  zirehli  kabelə  birləşdirməzdən  əvvəl  kabelin  mərkəzi  damarında 

cərəyanın olub-olmamasını yoxlamaq üçün cihazın dövrəyə qoşulma müddəti ən azı nə qədər olmalıdır? 



Cavab:  1dəqiqə.           

366. Doldurulmuş perforatorun üzərində detonasiya qaytanını kəsmək olarmı? 

Cavab:  Kəsmək olmaz.           

367. İş yerinə gətirilmiş partlayıcı materiallar kimin nəzarəti altında olmalıdır? 

Cavab:    Karotajçının  (partladıcının  vahid  kitabçası  olan  karotajçı)  və  bu  sahə  üzrə  yaxşı 

təlimatlandırılmış geofiziki dəstə işçilərin. 

368. Perforasiya intervalı üçün reper qoyulduqdan sonra, partlayış-atma işlərinə başlamazdan əvvəl hansı 

təhlükəsizlik tələblərinə əməl edilməlidir? 



Cavab:  Buruğun  elektrik  avadanlıqları  tam  söndürülməli,  qaldırıcı  və  laboratoriya  elektrik 

cərəyanından,  laboratoriyanın  kollektor  kabeli  qaldırıcının  kollektorundan  ayrılmalı,  təhlükəli  zonada 

mobil  telefonlar  söndürülməli,  partlayış-atma  işləri  ilə  məşğul  olmayan  işçilər  təhlükəli  zonanı  tərk 

etməlidirlər. 

369. Dəniz platformalarında, üzən qazma qurğularında  (ÜDQ) Partlayış deşmə aparatları quyu ağzından 

ən azı hansı məsafədə doldurulmalıdır? 



Cavab:  Platformalarda 12 metr, ÜDQ-da 20 metr.  

370. ПKС tipli perforatorlar hansı ardıcıllıqla yığılmalıdır?  

 

Cavab:  Əvvəlcə lazımı uzunluqda lentlər bir-birinə bağlanılır, mərmilər lentin bir üzünə yığılır, lazımı 



uzunluqda  detonasiyaedici  qaytan  kəsilir,  kəsilmiş  detonasiyaedici  qaytan  lentin  üzərinə  qoyulduqdan 

sonra  lentin  o  biri  üzünün  mərmiləri  yığılır.  Yığılmış  perforator  quyu  ağzına  gətirilərək  elektrik 

detonatoru bağlanılır. 

371. Torpedlərin doldurulmasına nə vaxt başlamaq lazımdır və bu necə yerinə yetirilməlidir? 


Yüklə 335,99 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə