15
Cavab: Daşınan çıraqlar qoruyucu şüşə kalpaq və metal torla təchiz edilməlidir. Çırağın qidalandırıcısı
elastik və izolyasiyası olan mis kabeldən olmalıdır.
241. Əllə daşınan odsöndürənlər obyektlərdə necə quraşdırılmalıdır?
Cavab: Döşəmədən 1,5 metr hündürlükdə, istilik mənbəyindən 1,5 metr və açıq qapının kənarından 1,2
metr aralı.
242. Əllə daşınan köpüklü və toz halında olan odsöndürənlər hansı müddətdən bir doldurulnmalıdır?
Cavab: İldə 1 dəfə.
243. Odsöndürənlərdə karbon qazının varlığını necə yoxlayırlar?
Cavab: Hər üç aydan bir çəkmə yolu ilə.
244. Odsöndürəndə odsöndürücü maddənin çəkisi normadan neçə faiz az olduqda onu istismar etmək
qadağandır?
Cavab: 10% .
245. Odsöndürəndən istifadə zamanı onu alovdan neçə metr aralı tutmaq lazımdır?
Cavab: 4 metr.
246. Yanğını tez söndürmək məqsədi ilə odsöndürəni alovun içərisinə atmaq olarmı?
Cavab: Olmaz.
247. Hansı hallarda odsöndürəni alovun içərisinə atmaq olar?
Cavab: Heç bir halda.
248. Qış fəslində (havanın mənfi temperaturlarında) odsöndürənlər harada saxlanılmalıdır?
Cavab: İsidilən otaqda.
249. Stasionar avtomatik yanğınsöndürmə qurğuları quraşdırılmış yerlər ilkin yanğınsöndürmə vasitələri
ilə necə təchiz olunmalıdır?
Cavab: 50 % .
250. Yanğınsöndürmə alətlərinin yararlı olması hansı müddətdən bir və necə yoxlanılır?
Cavab: Üç ayda bir dəfə alətlərin xarici görünüşünə baxış keçirməklə.
251. Yanğından sonra yanğınsöndürmə alətlərinin yararlı olması hansı müddətdən bir və necə yoxlanılır?
Cavab: Yanğından sonra dərhal yanğınsöndürmə alətlərinin xarici görünüşünə baxış keçirməklə.
252. Bağlı otaqlarda, yanğın karbon qazılı odsöndürənlə söndürüldükdən sonra orada olan adamların
səhhətində hansı hallar baş verə bilər?
Cavab: Boğulma və zəhərlənmə.
253. Yanğna qarşı qum yeşikləri hansı boya ilə rənglənməli, üzərində hansı sözlər yazılmalıdır
?
Cavab: Qırmızı boya ilə rənglənməli, üzərində ağ boya ilə “Yanğın söndürmək üçün”.
254. Yanğın söndürmək üçün istifadə olunan su çəlləyinin həcmi ən azı nə qədər olmalıdır?
Cavab: 0,2 m
3
.
255. Elektrik avadanlıqlarının söndürülməsində hansı odsöndürən vasitələrdən istifadə olunur?
Cavab: Karbonlu odsöndürən, qum və azbest örtükdən.
256. Könüllü yanğından mühafizə dəstələrinin vəzifələri nədən ibarətdir?
Cavab: Obyektdə (ekspedisiyada) yanğına qarşı rejimə riayət olunmasına və yerinə yetirilməsinə
nəzarət, yanğın rejiminə əməl olunmasının vacibliyi haqqında işçilər arasında izahat işlərinin
aparılması, ilkin yanğınsöndürmə vastələrinin sazlığına və istifadəyə hazırlığına nəzarət, yanğın baş
verdikdə yanğın dəstələrinin çağırılması və obyektdəki (ekspedisiyadakı) yanğından mühafizə vasitələri
ilə baş verən yanğının söndürülməsi üçün təxirə salınmaz tədbirlərin görülməsi.
257. Könüllü yanğından mühafizə dəstəsinin məşğələləri ayda ən çoxu neçə saat keçirilir?
Cavab: 4saat.
258. Yanğın və fövqəladə hallar zamanı hansı nömrəyə zəng vurulur?
Cavab: 101; 112.
259. Köpük yanğınsöndürənlərdən nə zaman istifadə olunur?
16
Cavab: Qələvi metallar və gərginlik altında olan elektrik qurğuları istisna olmaqla müxtəlif maddələri
və materialları söndürmək üçün.
260. Toz halında olan yanğınsöndürənlərdən nə zaman istifadə edilir?
Cavab: Neft məhsullarında, 1000V qədər gərginlik altında olan elektrik qurğularında, metallarda və
nəqliyyatda baş verən yanğınları söndürmək üçün.
261. Daxili yanğın kranlarından necə istifadə edilir?
Cavab: Daxili yanğın kranı iki nəfər işçi tərəfindən işə salınır. İşçilərdən biri elastiki borunu (yanğın
şlankını) açıb yerə uzadır və yanan yerə su vermək üçün yanğın dayağını əlində hazır saxlayır. İkinci işçi
borunun daxili kranın atqı lüləsinə birləşməsini yoxlayır və suyun elastik boruya daxil olması üçün
siyirtməni açır.
262. Keçə-Kaşma yanğınsöndürənlərindən nə zaman istifadə edilir?
Cavab: Kiçik yanğın ocaqlarını söndürmək üçün.
263. Yanğın zamanı qumdan nə zaman istifadə olunur?
Cavab: Alovu mexaniki surətdə qapamaq, yanan və ya közərən materialları ətrafdakı havadan təcrid
etmək üçün.
264. Güclü arterial qanaxma zamanı qanaxma necə saxlanılmalıdır?
Cavab: Damarın yuxarı hissəsindən barmaqla, yumruqla sıxmaq, jqut bağlamaq yolu ilə.
265. Qanaxmanı saxlamaq üçün neçə saatdan bir ətrafa bağlanmış jqutu (neçə dəqiqəlik) açıb qan
dövranını bərpa etmək lazımdır?
Cavab: Hər saatdan bir 5-10 dəqiqə.
266. Estakada da xilasetmə dairəsinin ipinin uzunluğu ən azı neçə metr olmalıdır?
Cavab: Estakadadan dənizə qədər olan məsafədən ən azı 2 dəfə çox.
267. Üfürülən xilasetmə gödəkçələri hansı müddətdən bir yoxlanılmalıdır?
Cavab: Hər il.
268. Huşun itirilməsi zamanı ilk tibbi yardım göstərmək qaydası necədir?
Cavab: Zərərçəkəni təmiz hava axını ilə təmin etməli, rahat nəfəs almasını çətinləşdirən geyimlərdən
azad etməli, üzünə su çiləməli, naşatır spirti iylətmək lazımdır. Nəfəsalma kəsilibsə zərərçəkənə təcili süni
nəfəs vermək lazımdır.
269. Dəm qazından, benzin buxarından və təbii qazdan zəhərlənmə zamanı ilk tibbi yardım göstərmək
qaydası necədir?
Cavab: Zərərçəkəni təcili təmiz havaya çıxarıb yerə uzadmalı (başı aşağı, ayaqları bir qədər yuxarı)
içməyə süd vermək lazımdır.
270. Gün vurması zamanı ilk tibbi yardım göstərmək qaydası necədir?
Cavab: Zərərçəkəni təmiz havaya çıxartmalı, əgər huşu özündədirsə onu arxası üstə uzadıb ayaqlarını
20-30 sm yuxarı qaldırmalı, yaş döşək ağına bükməli, ürək və baş nahiyəsinə soyuq kompres qoymalı,
hər on dəqiqədən bir ona yarım stəkan duzlaşdırılmış su verilməlidir.
271. Baş gicəllənməsi zamanı ilk tibbi yardım necə göstərilir?
Cavab: Zərərçəkəni başı aşağı, ayaqları bir balaca yuxarı qaldırılmış vəziyyətdə uzatmaq, içməyə su
vermək və naşatır spirti iylətmək lazımdır.
272. Ürək bulanması zamanı ilk tibbi yardım necə göstərilir?
Cavab: Zərərçəkəni başı aşağı, ayaqları bir balaca yuxarı qaldırılmış vəziyyətdə uzatmalı, içməyə su
vermək və naşatır spirti iylətmək lazımdır.
273. Göz qabağının qaralması zamanı ilk tibbi yardım necə göstərilir?
Cavab: Zərərçəkəni başı aşağı, ayaqları bir balaca yuxarı qaldırılmış vəziyyətdə uzatmalı, içməyə su
vermək və naşatır spirti iylətmək lazımdır.
274. Ətraf mühitin temperaturunun aşağı olması nəticəsində donvurma zamanı (dəridə qabarcıqlar və
qaralma olmadıqda) zamanı ilk tibbi yardım göstərmək qaydası necədir?