1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Ətraf mühitin müharibə dövründə qorunması



Yüklə 391,8 Kb.
səhifə158/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   151   152   153   154   155   156   157   158   159
beyn-lxalq-h-quq (1)

Ətraf mühitin müharibə dövründə qorunması. Özündə müharibə dövründə təbii mühitin qorunması ilə bağlı normalar ehtiva edən bir sıra beynəlxalq-hüquqi aktlar mövcuddur. Onlardan Quru müharibəsinin qanun və adətləri haqqında 1907- ci il Haaqa Konvensiyasını; Müharibə qurbanlarınınmüdafiəsinə dair 1949-cu il CenevrəKonvensiyalarını; CenevrəKonvensiyalarına I Əlavə Protokolu; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyasını, Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola

bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında 1980-cı il Konvensiyasını göstərmək olar.
Məsələn, I Əlavə Protokolun 35-ci maddəsi ətraf mühitin mühafizəsi prinsipini təsbit edir və təbii mühitə genişmiqyaslı, uzunmuddətli və ciddi zərər yetirmək məqsədi düdən hərbi əməliyyatların aparılmasının metod və vasitəlrini qadağan edir. Ətraf mühitin hucum obyektinə çevrilməsi qadağan olunmuşdur.
Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası iştirakçı dövlətlərin üzərinə aşağıdakı əsas öhdəlikləri qoyur: a) Yerin dinamika və sturukturunu, onun canlı aləmini, litosferi, hidrosferi, atmosferi və ya kosmosu qəsdən dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadəsinə yol verməmək; b) təbii mühiti dəyişikliyə uğradan vasitələrin hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə edilməsində digər dövlətlərə və ya qurumlara yardım etməmək; c) təbii mühiti dəyişikliyə uğradan vasitələrdın yalnız dinc məqsədlər üçün istifadə etmək; ç) bu Konvensiyaya zidd olan hər hansı fəaliyyətin qadağan olunması və qarşısının alınması istiqamətində istənilən qanuni tədbirləri görmək və s.
Adi silah növləri haqqında 1980-cı il Konvensiyasına əlavə olunmuş Yandırıcı silahların tətbiqinə qoyulan qadağalar və məhdudiyyətlər haqqında Protokolda (III Protokol) meşələrin və bitki örtüyünün digər növlərinin yandırıcı silahların tətbiqi ilə hücum obyektinə çevrilməsi qadağan olunmuşdur.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə