1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə157/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   151   152   153   154   155   156   157   158   159
beyn-lxalq-h-quq (1)

Ətraf mühitin radioaktiv yoluxmadan mühafizəsi. Ətraf təbii mühitin radioaktiv maddələrlə çirklənmədən beynəlxalq-hüquqi mühafizəsi iki istiqamətdə həyata keçirilir: 1) nüvə, radioloji və neytron silahlarının sınağı və ya tətbiqinin qadağan edilməsi və ya məhdudlaşdırılması; 2) “dinc atom”un istifadəsi prosesində ortaya çıxan neqativ nəticələrin qaşısının alınması və ya aradan qaldırılması.

Birinci istiqamətdə aşağıdakı mühüm tədbirlər həyata keçirilmişdir: üç mühitdə
- atmosferdə, kosmik fəzada və su altında nüvə silahının sınağı qadağan edilmişdir (Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı sınaqlarının qadağan edilməsi haqqında 1963-cü il Müqaviləsi); nüvə silahının yayılması qadağan edilmişdir (Nüvə silahının yayılması haqqında 1968-ci il Müqaviləsi); nüvə silahının dəniz və okeanların dibində, Antarktikada və kosmosda yerləşdirilməsi qadağan edilmişdir (müvafiq olaraq, Nüvə silahının və kütləvi qırğın silahlarının digər növlərinin dəniz və okeanların dibində və onun təkində yerləşdirilməsinin qadağan edilməsi haqqında 1971-ci il Konvensiyası; Antarktikada haqqında 1959- cu il Müqaviləsi və Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında 1967-ci il Müqaviləsi); Afrikada, Antarktikada, Latın Amerikasında, Sakit okeanın cənub hissəsində və digər regionlarda nüvəsiz zonalar yaradılmışdır.
İkinci istiqamət üzrə qəbul olunmuş beynəlxalq sazişlərə misal olaraq aşağıdakıları göstərmək olar: Nüvə gəmilərinin məsuliyyəti haqqında 1962-ci il Beynəlxalq Konvensiyası; Nüvə materiallarının dəniz daşımaları sahəsində mülki
məsuliyyət haqqında 1971-ci il Konvensiyası; Nüvə materiallarının fiziki müdafiəsi haqqında 1980-cı il Konvensiyası; Nüvə qəzası haqqında operativ xəbərvermə haqqında 1986-cı il Konvensiyası; Nüvə qəzası zamanı və ya radiasiya qəza vəziyyətində kömək haqqında 1986-cı il Konvensiyas.

  1. Heyvan və bitki aləminin müdafiəsi. Flora və faunanın beynəlxalq-hüquqi mühafizəsi bir neçə istiqamətdə aparılır:

  1. bütövlükdə flora və faunanın mühafizəsi (məsələn, Fauna və floranın, onların təbii vəziyyətində qorunub saxlanması haqqında 1933-cü il Konvensiyası; Quşların mühafizəsi haqqında 1950-ci il Beynəlxalq Konvensiyası; Bitkilərin mühafizəsi haqqında 1951-ci il Beynəlxalq Konvensiyası);

  2. balıqçılığın və dənizin digər canlı ehtiyatlarının ovunun nizama salınması (məsələn, Balina ovunun nizama salınmasına dair 1946-ci il Beynəlxalq Konvensiyası; Dünya sularında balıqçılıq haqqında 1958-ci il Konvensiyası; Antarktikanın canlı dəniz ehtiyatlarının mühafizəsi haqqında 1980-cı il Konvensiyası və s.);

  3. konkret növlərin mühafizəsi (məsələn, Atlantik suitilərinin mühafizəsi haqqında 1972-cı il Konvensiyası; Ağ ayıların qorunub saxlanması haqqında 1973- cü il Sazişi və s.)

ç) yox olmaqda olan və ya nadir növlərin qorunması (məsələn, Vəhşi fauna və floranın yox olmaq təhlükəsi altında olan növləri ilə beynəlxalq ticarət haqqında 1973-cü il Konvensiyası; Vəhşi heyvanların köçəri növlərinin mühafizəsi haqqında 1979-cu il Konvensiyası və s.).


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə