1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə152/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   148   149   150   151   152   153   154   155   ...   159
beyn-lxalq-h-quq (1)

Mövzu19: BEYNƏLXALQ EKOLOGİYA HÜQUQU
Plan:

  1. Beynəlxalq ekologiya hüququnun anlayışı mənbələri

  2. Beynəlxalq ekologiya hüququnun prinsipləri

  3. Beynəlxalq ekologiya hüququnun mənbələri

  4. Dəniz mühitinin mühafizəsi

  5. Dənizin canlı ehtiyatlarının mühafizəsi

  6. Beynəlxalq çay və göllərin mühafizəsi

  7. Ətraf mühitin radioaktiv yoluxmadan mühafizəsi

  8. Heyvan və bitki aləminin müdafiəsi

  9. Ətraf mühitin müharibə dövründə qorunması

  10. Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşkilatlar

Ədəbiyyat siyahısı.
Виноградов С.В. Международного право и охрана атмосферы. М.., 1987.
Зашита окружающей среды в международном гуманитарном праве.
М..,1995.
Кириленко В.П., Сидорченко В.Ф. Мореплавание и предотварщение загрязнения Мирового океана (международно-правовые). М..,1985.
Колбасов О.С. Международно-прававая охрана окружающей среды.
М.,1982.
Мировой океан и международное право: защита и сохранение морской среды. М..,1986.
Сперанская Л.В. Международно-прававая ответственностъ государств за загрязнение Мирового океана. М..,1984.
Сперанская Л.В., Третъякова К.В. Международное право окружающей среды. М.,1995.
Тимошенко А.С. Формирование и развитие Международного права окружающей среды. М..,1986.
Шишко А.А. Предупреждение трансграничного загрязнения (международно-правовые). Киев, 1990.
Brnie P.W., Boyle A.E. International Law and the Environment. Oxford, 1995. Brnie P.W., Boyle A.E. Basic Dokuments on International Law and the
Environment. Oxford, 1995.
Mitchell R.B. International Oil Pollution at Sea. Cambridge, 1994.

  1. Beynəlxalq ekologiya hüququnun anlayışı mənbələri. Beynəlxalq ekologiya hüququ - ətraf mühitin çirklənmədən qorunması və təbii ehtiyatların rasional istifadəsi ilə bağlı dövlətlərarası münasibətləri nizama salan normaların məcmusuna deyilir.

Təbiətin qorunması və onun ehtiyatlarından məqsədəuyğun istifadə olunması – müasir dövrün qlobal problemlərindən biridir. Bu problemin həllində bütün dövlətlər maraqlı olmalıdırlar.
Müasir dövrdə ayrılıqda bir dövlət üçün ekoloji təhlükəsizlik sistemi yaradılması, demək olar ki, qeyri-mümkündür. Yalnız birgə səylərlə, müvafiq hüquqi rejim yaratmaqla, bu günkü və gələcək nəsillərin sağlam yaşayışını və inkişafını təmin etmək olar. Buradan belə bir məntiqi nəticə alınır ki, ətraf mühitin qorunub saxlanmasında və ekoloji ehtiyatların adekvat mühafizəsində beynəlxalq ekologiya hüququ həlledici rol oynaya bilər və oynamalıdır.
Beynəlxalq ekologiya hüququnun predmetinə aşağıdakı məsələlər daxildir: 1) ətraf mühitə müxtəlif mənbələrdən dəyən zərərin qarşısının alınması, azaldılması və aradan qaldırılması; 2) təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rasional istifadəsi rejiminin təmin edilməsi; 3) ətraf mühitin mühafizəsi ilə bağlı dövlətin elmi-texniki əməkdaşlığı.
Ətraf mühitin beynəlxalq-hüquqi mühafizəsinin aşağıdakı obyektləri vardır:

    1. milli təbii ehtiyatlar; dövlətin yurisdiksiyası altında yerləşən bu ehtiyatların

hüquqi rejiminin müəyyən edilməsində daxili hüquq normaları başlıca rol oynasa da, onların mühafizəsinə dair beynəlxalq müqavilələr də mövcuddur;

    1. beynəlxalq təbii ehtiyatlar; milli yurisdiksiyanın hüdudlarından kənarda və ya

özünün təbii dövretmə prosesində müxtəlif dövlətlərin ərazisində olur. Bu ehtiyatların mühafizəsi və onlardan istifadə rejimi beynəlxalq hüquq normaları ilə müəyyən edilir; iki növü vardır: a) universal ehtiyatlar; bütün dövlətlərin ümumi istifadəsində olur (açıq dəniz, kosmos, Antarktida, beynəlxalq dəniz dibi rayonu);
b) bölünə bilən təbii ehtiyatlar; iki və ya daha çox ölkəyə məxsus olur və ya onlar tərəfindən istifadə edilir (məsələn, beynəlxalq çaylarda olan ehtiyatlar, sərhədyanı təbii komplekslər və s.).


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə