1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Kosmik obyektlərin beynəlxalq-hüquqi statusu



Yüklə 391,8 Kb.
səhifə150/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   146   147   148   149   150   151   152   153   ...   159
beyn-lxalq-h-quq (1)

Kosmik obyektlərin beynəlxalq-hüquqi statusu. Kosmik obyektlər dedikdə, süni səma cismi (Yerin sputnikləri), onun kosmik fəzaya çıxarılması vasitələri, kosmik fəzaya buraxılmış və ya kosmik fəzada və yaxud səma cisimlərində quraşdırılmış digər hissələri başa düşülür.

Kosmik obyektlər üzərində mülkiyyət hüququ onların kosmik fəzada və səma cisimlərində olduğu və ya yerə qayıtdığı zaman toxunulmamış qalır. Kosmik obyektlər, onları kosmosa buraxan dövlətin ərazisindən kənarda aşkar edildikdə, həmin dövlətin xahişi ilə və bütün müvafiq xərclərin həmin dövlət tərəfindən ödənilməsi ilə ona qaytarılmalıdır.
Kosmik fəzaya buraxılan obyektlərin qeydiyyatı haqqında 1975-ci il Konvensiyasına müvafiq olaraq, kosmosa buraxılan hər bir obyekt qeydiyyatdan keçirilməlidir və milli reyesrerə daxil edilməlidir. Kosmik obyektin qeydiyyatdan keçdiyi dövlət həmin obyekt üzərində yurisdiksiyaya malik olur. 1961-ci ildən etibarən BMT Baş Katibi kosmik obyektlərin Reyestini aparır; buraya hər bir kosmik obyektlə bağlı məlumatlar daxil edilir.

  1. Kosmonavtların hüquqi vəziyyəti. 1967-ci il Müqaviləsinə, habelə Kosmonavtların xilas edilməsi haqqında Sazişə və Ay haqqında Sazişə əsasən, kosmonavtlar “bəşəriyyətin elçiləri” kimi nəzərdən keçirilir. Bununla bütün dövlətlərin üzərinə aşağıdakı hüquq və vəzifələr qoyulmuşdur: qəza, fəlakət və ya məcburi enmə halında kosmonavtlara istənilən ərazidə hərtərəfli kömək göstərmək; səma cisimləri üzərində qəzaya uğrayan şəxsləri öz stansiyalarında, qurğularında və aparatlarında sığınacaq vermək; BMT Baş Katibinə və obyektin qeydiyyatdan keçdiyi dövlətə kosmonavtların aşkar edilməsi və onların xilas edilməsi üçün görülən tədbirlər barədə məlumat vermək; kosmonavtları dərhal müvafiq dövlətə qaytarmaq; kosmonavtların həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməsində başqa dövlətlərə, birinci növbədə, obyektin qeydiyyatdan keçdiyi dövlətlə əməkdaşlıq etmək və s.

Kosmonavt və ya kosmos gəminin ekipajı kosmik fəzada, o cümlədən səma cismi üzərində olduğu müddətdə, vətəndaşlığından asılı olmayaraq, gəminin qeydiyyatdan keçdiyi dövlətin yurisdiksiyası və nəzarəti altında olur.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə