1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə146/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   142   143   144   145   146   147   148   149   ...   159
beyn-lxalq-h-quq (1)

Mülki aviasiya sahəsində beynəlxalq təşkilatlar. Beynəlxalq mülki aviasiya sahəsində ən nüfuzlu beynəlxalq təşkilat 1947-ci ildə fəaliyyət göstərən və hazırda 188 üzvü olan İKAO-dur. Yuxarıda qeyd edildiyi kimi, İKAO 1944-cü il Çikaqo Konvensiyasının II hissəsi əsasında yaradılmışdır. Onun başlıca məqsədi bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz inkişafını təmin etmək, bütün bu məsələlərdə beynəlxalq əməkdaşlığı təşkil etmək və əlaqələndirməkdən ibarətdir. İKAO aşağıdakı sturuktura malikdir: Assambleya (bütün üzv-dövlətlərin təmsil olunduğu dli orqan; üç ildə bir dəfədən az olmayaraq toplanır); Şura (Assambleya tərəfindən seçilən 33 dövlətin təmsil olunduğu daimi orqan; ona prezident rəhbərlik edir; sessiyaları, adətən, ildə üç dəfə keçirilir); Aeronaviqasiya komissiyası; Avianəqliyyat komitəsi; Hüquqi komitə; Katiblik (ona Təşkilatın baş icraçı vəzifəli şəxsi olan Baş katib rəhbərlik edir) və s.

Avropa mülki aviasiya konfransı (EKAK). 1954-cü ildə təsis olunmuşdur. Qərbi Avropa ölkələrinin və Yürliyənin iştirak etdiyi bu təşkilat Avropa hava nəqliyyatının problemlərini öyrənir və iştirakçı dövlətlərin bu sahədə fəaliyyətini əlaqələndirir. Tövsiyə xaraqterli qərarlar çıxarır. İKAO ilə sıx əlaqə saxlayır. Əsas orqanları Plenar kommissiya (ali orqan) və Əlaqələndirmə komitəsidir (icra orqanı).
Aeronaviqasiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə Avropa təşkilatı (Avronəzarət). 1960-cı ildə xüsusi konvensiya əsasında təsis olunmuşdur. Təşkilatın başlıca məqsədi mülki və hərbi hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etməkdir. Ali orqanı Aeronaviqasiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə Daimi komissiyadır. İcra orqanı Aeronaviqasiyanın təhlükəsizliyi üzrə Agentlik adlanır; bu orqanda bütün üzv-dövlətlər (Almaniya, Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland və Fransa) təmsil olunmuşdur. Bundan əlavə, Avronəzarət çərçivəsində arbitraj məhkəməsi mövcuddur. Məhkəmə iştirakçı dövlətlər arasında, habelə dövlətlərlə Təşkilat arasında ortaya çıxan
mübahisələri həll edir; məhkəmənin qərarı qətidir və onlardan şikayət verilə bilmaz.

Yüklə 391,8 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə