1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə143/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   139   140   141   142   143   144   145   146   ...   159
beyn-lxalq-h-quq (1)

Mövzu17: BEYNƏLXALQ HAVA HÜQUQU
Plan:

  1. Beynəlxalq hava hüququnun anlayışı mənbələri

  2. Beynəlxalq hava hüququnun prinsipləri

  3. Hava məkanındakı uçuşların təsnifatı

  4. Hava azadlıqları” (kommersiya hüquqları)

  5. Mülki aviasiya sahəsində beynəlxalq təşkilatlar

Ədəbiyyat siyahısı.
Бордунов В.Д., Котов А.И., Малеев Ю.Н. Правовое регулирование международных полетов гражданских воздушных судов. М., 1988.
Бордунов В.Д. Правовой механизм деятельности международных авиационных организаций. М., 1982.
Грязнов В.С. Международные авиаперевозки (Правовые вопросы). М., 1986.
Дежкин В.Н. Правовое регулирование международных воздушных сообщений. М., 1987.
Малеев Ю.Н. Международное воздушное право: Вопросы теории и практики. М., 1986.
Международное воздушное право. Кн. 1. М., 1980.
Международное воздушное право. Кн. 2. М., 1981.
Мезенцев А.В. Современные международно-правовые вопросы управления воздушным движением // Московский журнал международного права. 1997. №2.
Словарь международного воздушного права. М., 1988.
Abeyratne R. Legal and Regulatory Issues in International Aviation.
Transnational Publ. Inc.: 1996/
Air and Space Law: De Lege Ferenda (eds. Zwaan and Mendes de Leon). 1992.
Diederiks-Vershoor I.H. An Introduction to Air Law. Deventer, 1983.
Zylicks M. International Air transport Law. Dordrecht, 1992.

  1. Beynəlxalq hava hüququnun anlayışı mənbələri. Beynəlxalq hava hüququ hava məkanının hüquqi statusu ondan istifadə rejimi ilə bağlı

dövlətlərarası münasibətləri nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.


Beynəlxalq hava hüququnun tətbiq sahəsindən danışarkən nəzərə almaq lazımdır ki,
hava məkanı (dünya okeanının səviyyəsindən kosmik fəzanın sərhədinə qədər olan sahə) iki növə - dövlətlərin quru və su ərazisi üzərində yerləşən suveren hava məkanına və dövlət sərhədlərinin hüdudlarından kənarda yerləşən açıq hava məkanına ayrılır. Dövlətin hava məkanının hüquqi rejimi milli qanunvericilik ilə nizama salınır. Lakin dövlət bu zaman beynəlxalq hava əlaqələrinə aid olan öz beynəlxalq öhdəliklərini mütləq nəzərə almalıdır.
Beynəlxalq hava hüququnun əsas mənbəyi beynəlxalq müqavilələrdir. Bu sahədə ilk çoxtərəfli müqavilə 1919-cu il Paris Konvensiyası olmuşdur. Konvensiyada dövlətlərin öz hava məkanı üzərində müstəsna suvernliyi birbaşa təsbit olunmuşdu. Eyni zamanda, Konvensiya əcnəbi hava gəmilərinin başqa dövlətlərin hava məkanından “dinc uşub keçməsini” nəzərdə tuturdu. 1929-cu ildən ikinci çoxtərəfli müqavilə - Beynəlxalq hava daşımalarına aid olan bəzi qaydaların unifikasiyası üzrə Varşava Konvensiyası bağlandı.
Beynəlxalq hava hüququ sahəsində ən mühüm akt 1944-cü ildə imzalanmış Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasıdır. Bu Konvensiyada dövlətin öz hava məkanı üzərində tam və müstəsna suvernliyi prinsipi birmənalı şəkildə təsbit olunmuşdur. Konvensiyada iştirakçı dövlətlərin ərazi üzərindən uçuş qaydaları, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər öz əksini tapmışdır. Çikaqo Konvensiyasının ikinci hissəsində Beynəlxalq mülki aviasiya təşkilatının
(İKAO) təşkili ilə fəaliyyətinin hüquqi əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikası bu Konvensiyanın iştirakçısıdır.
Bundan əlavə, beynəlxalq mülki aviasiyanın fəaliyyətinə qeyri-qanuni müdaxilə aktları ilə mübarizə məsələlərinə həsr olunmuş konvensiyaları, habelə ikitərəfli sazişləri göstərmək olar (məsələn, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə 1993-cü ildə bağladığı Hava əlaqəsi haqqında Saziş).
Beynəlxalq hava hüququ sahəsində betnəlxalq adətlər öz əhəmiyyətini saxlayır. Çikaqo Konvensiyasında iştirak etməyən dövlətlər üçün bir sıra mühüm normalar, o cümlədən dövlətin öz hava məkanı üzərində suvernliyi prinsipi məhz adət “statusuna” malikdir. Bu sahədə digər adət normaları da mövcuddur: məsələn, dövlət, istənilən hava məkanında onun reyestinə daxil edilmiş hər bir hava gəmisi üzərində öz yurisdiksiyasını saxlayır; fəlakət zamanı hava gəmisi icazə olmadan xarici dövlətin hava ərazisinə daxil ola bilər və s.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə