1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Hava məkanındakı uçuşların təsnifatı



Yüklə 391,8 Kb.
səhifə145/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   141   142   143   144   145   146   147   148   ...   159
beyn-lxalq-h-quq (1)

Hava məkanındakı uçuşların təsnifatı. Hava məkanındakı uçuşların aşağıdakı növləri vardır:

  1. Bir dövlətin ərazisindən başqa dövlətin ərazisinə.

Bu uçuşlar da öz növbəsində bir neçə cür olur: a) iki dövlətin sərhədini ani kəsib keçməklə həmsərhəd dövlətə uçuşlar; b) açıq dəniz rayonunu kəsib keçməklə; c) üçüncü dövlətin ərazisindən tranzit (enmədən) uçub keçməklə; ç) beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub keçməklə.

  1. Açıq dəniz rayonundan və ya Antraktidadan xarici dövlətlərin ərazisinə və geriyə;

  2. Açıq dənizin bir rayonundan və ya Antraktidadan açıq dənizin digər rayonuna, beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub keçməklə;

  3. Açıq dəniz və ya Antraktida hüdudlarında, beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub keçmədən;

  4. Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin ərazisindən açıq dənizə və ya Antraktikaya və geriyə (balıq ehtiyatlarının kəşfiyyatı, elmi tədqiqatlar aparılması məqsədilə və s.);

  5. Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin ərazisinin bir hissəsindən digər hissəsinə, xarici dövlətin ərazisini tranzit uçub keçməklə (məsələn, ABŞ-in mərkəzi hissəsindən Kanadadan keçməklə Alyaskaya);

  6. Hava gəmisinin qeydiyyatda olduğu (gəmini istismar edən) dövlətin ərazisinin bir

hissəsindən digər hissəsinə, beynəlxalq boğazlardan və ya arxipelaq sularından tranzit uçub keçmədən;

  1. Bir dövlətin hüdudlarında daxili uçuşlar (həmin ölkənin milli hüququnun subyektləri tərəfindən və onun ərazisi çərçivəsində məhdud məqsədlərlə həyata keçirilən uçuşlar).

Özü-özlüyündə digər dövlətin hava məkanında uçuş beynəlxalq uçuş sayıla bilməz. Söhbət yalnız o uçuşdan gedə bilər ki, onun başlanması və ya başa çatması xarici dövlətin ərazisində baş verir. Uçuş bütövlükdə (onun bir mərhələsi yox) bir dövlətin içərisində planlaşdırılıbsa, bu daxili uçuş hesab olunur.

  1. Hava azadlıqları” (kommersiya hüquqları). Kommersiya xaraqterli beynəlxalq hava uçuşları müəyyən hüquqlar əsasında həyata keçirilir. Bu hüquqlar aşağıdakılardır:

    1. müəyyən dövlətin ərazisi üzərindən, onun razılığı əsasında tranzit (yerə enmədən) uçub keçmək hüququ;

    2. göstərilən tranzit uçuşu qeyri-kommersiya məqsədləri ilə yerə enməklə yerinə yetirmək hüququ (yanacaq doldurmaq, təmir və s. üçün);

    3. xarici dövlətin ərazisində sərnişinləri düşürmək və hava gəmisinin qeydiyyatda olduğu dövlətdə götürülmüş baqajı, yükləri və poçtu boşaltmaq hüququ;

    4. bundan əvvəlki “hava azadlığı”na oxşar olan, amma əks istiqamətdə (xarici dövlətin ərazisindən öz ərazisinə) həyata keçirilən hüquq;

    5. xarici dövlətin ərazisində sərnişinləri düşürmək, həmin dövlətin ərazisində yükləri və poçtu boşaltmaq və habelə onları istənilən üçüncü ölkədən və ya istənilən üçüncü ölkəyə daşımaq üçün götürmək hüququ.

Yuxarıda göstərilənlərdən başqa, daha iki “hava azadlığı” mövcuddur:

  1. öz ərazisindən keşməklə, üçüncü ölkələr arasında hava daşımaları həyata keçirmək hüququ;

  2. öz ərazisindən keşməməklə, üçüncü ölkələr arasında hava daşımaları həyata keçirmək hüququ.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə