1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Beynəlxalq kanallar – dəniz və okeanları birləşdirə və beynəlxalq gəmiçilik üçün istifadə olunan hidrotexniki qurğulardır



Yüklə 391,8 Kb.
səhifə142/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   138   139   140   141   142   143   144   145   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq kanallar – dəniz və okeanları birləşdirə və beynəlxalq gəmiçilik üçün istifadə olunan hidrotexniki qurğulardır.


Beynəlxalq kanal hər hansı suveren dövlətin razılığı ilə onun ərazisində çəkilir.
Bu
zaman həmin dövlət razılaşır ki, onun ərazisinin bir hissəsinin həm fiziki coğrafi statusu, həm də hüquqi statusu dəyişdirilsin (müvafiq olaraq, quru ərazisi su ərazisinə çevrilir və bu ərazidən dəniz gəmiçiliyini həyata keçirmək üçün istifadə hüququ tam bərabərlik əsasında və ayrı-seçkilik olmadan digər dövlətlərə verilir). Hmin dövlət, kanalın sahbi kimi, sərbəst gəmiçiliyi təmin etməyə borcludur. Digər ölkələr isə göstərilən dövlətin qanunlarına və inzibati qaydalarına hörmət etməlidir. Bütün bu məsələlər, adətən, xüsusi beynəlxalq sazişlərdə öz hüquqi həllini tapır (məsələn, Şüveyş kanalında sərbəst üzmənin təmin edilməsinə dair 1988-ci il Konvensiyası; 1977-ci ildə ABŞ və Panama arasında bağlanmış Panama kanalı haqqında Panama kanalının daimi neytirallığı istismarı haqqında müqavilələr). Lakin bütün dövlətlərin ticarəy gəmiləri üçün açıq olan Kill kanalının hüquqi rejimi AFR tərəfindən birtərəfli qaydada müəyyən olunmuşdur.
15. Beynəlxalq dəniz təşkilatları. Dünya okeanının müxtəlif məqsədlərlə istifadəsində dövlətlərin səylərini birləşdirmək və onların əməkdaşlığını inkişaf etdirmək üçün bir sıra beynəlxalq təşkilatlar yaradılmışdır. Onlardan ən əsası 1958- ci ildə təsis olunmuş Beynəlxalq Dəniz Təşkilatıdır (BDT). BDT-nin əsas
məqsədləri aşağıdakılardır: beynəlxalq ticarət gəmiçiliyinin texniki məslələrinə dair dövlətlərin əməkdaşlığına şərait yaratmaq; bu sahədə yol verilən ayrı-seçkilik tədbirlərinin və məhdudiyyətlərin aradan qaldırılmasına dəstək vermək. BDT insan həyatının dənizdə mühafizəsi, dənizin gəmilərdən çirklənməsinin qarşısının alınması, balıqtutan gəmilərin təhlükəsizliyi və digər bu kimi məsələlər üzrə konvensiya layihələri işləyib hazırlayır.
1897-ci ildə Belçikada təsis olunmuş Beynəlxalq dəniz komitəsinin başlıca məqsədi müvafiq hüquq normalarının işləyib hazırlanmasından və dəniz hüququnun unifikasiyasından ibarətdir.
Dəniz və okeanların öyrənilməsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilmsi üçün YUNESKO yanında fəaliyyət göstərən Hökumətlərarası okeanoqrafiya komissiyası və Dənizin tədqiq edilməsi üzrə Beynəlxalq Şura böyük əhəmiyyət kəsb edir.
1979-cu uldə fəaliyyət göstərən Beynəlxalq dəniz peyk rabitəsi təşkilatının (İNMARSAT) məqsədi Yerin süni peykləri vasitəsilə dənizin gəmilərinin gəmi sahibləri ilə və bu təşkilatı təsis etmiş dövlətlərin müvafiq orqanları ilə əlaqəsini gecə-gündüz və tez təmin etməkdən ibarətdir.



Yüklə 391,8 Kb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə