1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə144/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   140   141   142   143   144   145   146   147   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq hava hüququnun prinsipləri. Beynəlxalq hava hüququnun aşağıdakı prinsipləri vardır:

  1. öz hava məkanı üzərində dövlətin tam müstəsna suverenliyi.

Dövlət suveren hava məkanından əcnəbi uçuş aparatları yalnız icazə qaydasında istifadə edə bilər. Bu icazə ya müvafiq dövlətlərarası müqavilədə təsbit oluna bilər, ya da dövlətin səlahiyyətli orqanı tərəfindən birdəfəlik uçuş üçün verilə bilər.
Dövlətlər, habelə qarşılıqlı əsasda öz hava məkanından müəyyən razılaşdırılmış vəzifələrin həlli üçün istifadə edə bilərlər. Buna misal olaraq, 24 mart 1992-ci il tarixdə ATƏT çərçivəsində imzalanmış Açıq səma haqqında Müqaviləni gösrtərmək olar. Açıq dəniz rejimi iştirakçı dövlətlərin ərazisindəki hərbi fəaliyyət haqqında məlumat əldə etmək məqsədi ilə bu ərazilərin üzərindən müşahidə uçuşlarının həyata keçirilməsi üçün müəyyən olunur. Bunun üçün iştirakçı dövlətlərin birində qeydiyyatdan keçmiş və xüsusi avadanlıqla təchiz olunmuş təyyarələrdən istifadə edilir. Müqavilədə hər bir iştirakçı dövlət üçün nəzərdə tutulmuş müşahidə uçuşlarının sayı müəyyən edilmişdir.
Müşahidə uçuşları istənilən müntəzəm hava uçuşları üzrində üstünlüyə malikdir. Belə uçuşlar nəticəsində əldə edilmiş məlumatlar Müqavilənin bütün iştirakçılarına təqdim olunur.
Dövlət ərazi hüdudlarında uçuş zamanı və ya bu ərazidə olarkən, əcnəbi hava gəmiləri həmin dövlətin müəyyən etdiyi müvafiq qanun və qaydalara ciddi surətdə riayət etməlidir.
Bununla belə, dövlət öz hava məkanından elə istifadə etməlidir ki, bu zaman başqa dövlətlərin hüquq və qanuni mənafelərinə zərər dəyməsin.
Sözü gedən prinsipə müvafiq olaraq, hər bir dövlət öz hava məkanında beynəlxalq uçuşların marşurutlarını və lazım olduqda, belə uçuşlar üçün qadağan zonaları təyin edir, habelə radiorabitə və uçuşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qaydalar müəyyən edir.
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 9-cu maddəsində göstərilir ki, “hava gəmiləri Azərbaycan Respublikasının dövlət sərhədini... xüsusi ayrılmış hava uçuş dəhlizləri vasitəsi ilə keçirlər. Hava dəhlizlərindən kənarda Azərbaycan Respublikası dövlət sərhədinin üzərindən uçub keçməyə yalnız Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının xüsusi icazəsi ilə yol verilir”.
Əcnəbi hava gəmilərinə, onların ekipajına və dövlətə gələn və ya onu tərk edən sərnişinlərə həmin dövlətdə mövcud olan pasport, gömrük, sanitar və digər qaydalar şamil edilir.

  1. açıq hava məkanında uçuş azadlığı.

Bu prinsipə görə, istənilən dövlətin uçuş aparatları açıq (beynəlxalq) hava məkanında müvafiq beynəlxalq-hüquqi normalara, xüsusilə, İKAO tərəfindən müəyyən olunmuş standartlara əməl etmək şərtilə, maneəsiz uçuşlar həyata keçirmək hüququna malikdir. Beynəlxalq hava məkanında olduğu müddətdə bütün hava gəmiləri yalnız qeydiyyatda olduğu dövlətin yurisdiksiyasına tabe olur. Hər hansı başqa bir dövlətin hakimiyyəti bu hava gəmisinə şamil edilmir və onun uçuşuna müdaxilə edə bilməz.

  1. beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi.

Bu prinsipdən dövlətlər üçün iki başlıca vəzifə irəli gəlir: 1) aviasiya texnikasının, hava limanlarının, köməkçi xidmətlərin və hava marşurutlarının texniki etibarlılığını təmin etmək üzrə tədbirlər görmək; 2) mülki aviasiyanın fəaliyyətinə qeyri-qanuni müdaxilə aktları ilə mübarizə aparmaq.
Birinci vəzifənin həyata keçirilməsində İKAO böyük rol oynayır. Bu təşkilat çərəivəsində dövlətlər mütəmadi olaraq, hava gəmilərinin uçuşa yararlığı; uçuş və texniki heyətin lazımi peşə hazırlığı; rabitə sistemləri və aeronaviqasiya xəritələri; hava limanlarının və enmə meydançalarının xaraqterisdikası və aviasiyanın
təhlükəsizliyi ilə bağlı bütün digər məsələlərə aid beynəlxalq reqlamentlər işləyib hazırlayırlar.
İkinci vəzifənin həyata keçirilməsi ilə əlaqədar dövlətlər beynəlxalq müqavilələr bağlayır və beynəlxalq mülki aviasiya üçün təhlükə törədən cinayət əməlləri ilə mübarizənin beynəlxalq-hüquqi və dövlətdaxili vasitələrini müəyyən edirlər. Bu sahədə üç əsas universal müqavilə mövcuddur: Hava gəmisində törədilən hüquq pozuntuları və bəzi digər aktlar haqqında 1963-cü il Tokio Konvensiyası; Hava gəmilərinin qeyri-qanuni ələ keçirilməsi ilə mübarizə haqqında 1970-ci il Haaqa Konvensiyası və Mülki aviasiyanın təhlükəsizliyi əleyhinə yönəlmiş qeyri-qanuni akrlarla mübarizə haqqında 1971-ci il Moneral Konvensiyası. Tokio Konvensiyası hava gəmisində törədilən istənilən cinayətlərə tətbiq olunur. Haaqa Konvensiyasına görə, uçuşda olan hava gəmisində şəxs o halda cinayət törətmiş sayılır ki, o: “a) qeyri-qanuni olaraq, zorakılıq yolu ilə və ya zorakılıq tətbiq edilməsi ilə hədələməklə və yaxud istənilən digər formada qorxutma yolu ilə bu hava gəmisini ələ keçirir və ya onun üzərində nəzarət həyata keçirir, yaxud istənilən belə bir hərəkət törətməyə cəhd edir və ya b) istənilən belə bir əməlin törədilməsində və ya törədilməyə cəhd edilməsində iştirakçı kimi çıxış edir” (1-ci maddə). Moneral Konvensiyası beynəlxalq mülki aviasiya üçün təhlükəli olan cinayət əməllərinin siyahısını genişləndirmişdir. Konvensiyanın 1-ci maddəsinə əsasən, aşağıdakı əməllərin birini qeyri-qanuni və törətmiş şəxs cinayət etmiş sayılır:

  1. uçuşda olan hava gəmisindəki şəxsə qarşı zorakılıq akt törədilməsi, əgər bu akt həmin hava gəmisini təhlükəyə məruz qoyarsa;

  2. istismarda olan hava gəmisinin məhv edilməsi və ya hava gəmisinə, onu sıradan çıxaran və ya uçuş zamanı onu təhlükəyə məruz qoya bilən zədə yetirilməsi;

  3. istismarda olan hava gəmisinə hər hansı bir üsulla qurğu və ya maddə qoyulması və ya buna gətirib çıxara bilən müəyyən hərəkətlər edilməsi, əgər bu qurğu və ya maddə həmin hava gəmisini dağıda və ya onu sıradan çıxara bilərsə və yaxud onu uçuş zamanı təhlükəyə məruz qoya bilən zədə yetiriə bilərsə;

ç) aeronaviqasiya avadanlığının məhv edilməsi və zədələnməsi və yaxud onun istismarına müdaxilə edilməsi, əgər istənilən belə bir akt uçuşda olan hava gəmisini təhlükəyə məruz qoya bilərsə;

  1. bilərəkdən yalan məlumatlar verilməsi, əgər bu, uçuşda olan hava gəmisini təhlükəyə məruz qoya bilərsə.

Göstərilən maddənin 2-ci hissəsinə görə, yuxarıda sadalanan cinayətlərdən hər hansı birini törətməyə cəhd edən və ya istənilən belə bir cinayətin törədilməsində iştirakçı kimi çıxış edən hər hansı bir şəxs də cinayət törətmiş sayılır.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə