1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə148/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   144   145   146   147   148   149   150   151   ...   159
beyn-lxalq-h-quq (1)

Mövzu18: BEYNƏLXALQ KOSMOS HÜQUQU
Plan:

  1. Beynəlxalq kosmos hüququnun anlayışı mənbələri

  2. Beynəlxalq kosmos hüququnun prinsipləri

  3. Kosmik fəzanın səma cisimlərinin hüquqi rejimi

  4. Kosmik obyektlərin beynəlxalq-hüquqi statusu

  5. Kosmonavtların hüquqi vəziyyəti

  6. Kosmik fəaliyyətə və bu zaman vurulan zərərə görə beynəlxalq məsuliyyət

  7. Kosmosun tədqiqi istifadəsi sahəsində beynəlxalq əməkdaşlıq

Ədəbiyyat siyahısı.
Василевская Э.Г. Правовой статус природных ресурсов Луны и планет.
М., 1978.
Верещетин В.С. Международное сотрудничество в космосе: правовые вопросы. М., 1977.
Жуков Г.П. Космос и мир. М., 1985.
Каменецкая Е.П. Космос и международные организации: международно- правовые проблемы. М., 1980.
Колосов Ю.М., Сташевский С.Г. Борьба за мирный космос: Правовые вопросы. М., 1984.
Международное космическое право. Отв. ред. А.С.Пирадов. М., 1985.
Международное космическое право. Учебник. М., 1999.
Постышев В.М. Освоение космоса и развивающиеся страны (международно-правовые пролемы). М., 1986.
Правовые прблемы полетов человека в космос. Отв. ред. В.С. Верещагин.
М., 1986.
Рудев А.И. Международно-правовой статус космических станций. М., 1982.
Словарь международного космического права. М., 1992.
Air and Space Law: De Lege Ferenda(eds. Zwaan and Mendes de Leon).1992.
  1. Beynəlxalq kosmos hüququnun anlayışı və mənbələri. Beynəlxalq kosmos hüququ səma cisimiləri də daxil olmaqla, kosmik fəzanın hüquqi rejimini müəyyən edən və kosmik fəaliyyətin iştirakçılarının hüquq və vəzifələrini nizama salan normaların məcmusuna deyilir.


Beynəlxalq kosmos hüququnun obyektini kosmik fəzanın, planetlərin, Ayın və süni
kosmik obyekt lərin istifadəsi ilə bağlı ortaya çıxan hüquq münasibətləri, kosmik ekipajların hüquqi statusu və kosmik fəaliyyətin nəticələrindən istifadənin hüquqi rejimi təşkil edir.
Beynəlxalq kosmos hüququ, əsas etibarilə, benəlxalq müqavilələrə söykənir. Bu sahədə əsas beynəlxalq müqavilə Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istismarı üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında 1967-ci il Müqaviləsidir. Bundan əlavə,aşağıdakı müqavilələri göstərmk olar: Kosmonavtların xilas edilməsi, kosmonavtların qaytarılması və kosmik fəzaya buraxılmış obyektlərin qaytarılması haqqında 1968- ci il Sazişi (Kosmonavtların xilas edilməsi haqqında Saziş); Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyası; Kosmik fəzaya buraxəlan obyektlərin qeydiyyatı haqqında 1975- il Konvensiyası; Ayda və digər səma cisimlərində dövlətlərin fəaliyyəti haqqında 1979-cu il sazişi (Ay haqqında Saziş). Bu və ya digər dərəcədə kosmik fəaliyyətə aid olan müddəaları başqa müqavilələrdə də tapmaq olar: məsələn, Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı sınaqlarının qadağan edilməsi haqqında1963-cü il Müqaviləsi; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il Konvensiyası; “İntersputnik” Beynəlxalq rabitə sisteminin yaradılması və kosmik rabitənin təşkili haqqında 1971-ci il Sazişi; Nüvə qəzası barədə operativ xəbərvermə haqqında 1986-cı il konvensiyası və s.
Yeni sahə olan beynəlxalq kosmos hüququnda adət normaları mühhüm rol oynayır. Bir sıra məsələlər bu günə kimi adət hüququ ilə nizama salınır; məsələn,
kosmik obyektlərin xarici dövlətlərin hava məkanına azad girmək və çıxmaq hüququ; kosmik fəzanın aşağı sərhədinin (hava fəzası ilə kosmik fəzanı ayıran xəttin dəniz səviyyəsindən təxminən 100 km hündürlükdə müəyyən olunması; sputniklər vasitəsilə televerilişlər həyata leçirilməsi hüququ və s.).


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə