1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı


Beynəlxalq ekologiya hüququnun mənbələri



Yüklə 391,8 Kb.
səhifə154/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   151   152   153   154   155   156   157   158   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq ekologiya hüququnun mənbələri. Beynəlxalq ekoloji standartların ən yaxşı və ən səmərəli ifadə forması beynəlxalq müqavilələrdir. Hal-hazırda ətraf mühitin mühafizəsinin müxtəlif aspektlərinə dair 500-ə qədər beynəlxalq saziş mövcuddur. Onların içərisində ikitərəfli regional və universal sazişlər, ətraf mühitin qorunmasının ümumi məsələlərinə və ya ayrı-ayrı ekoloji sistemlərin – dəniz mühitinin, atmosferin, yerətrafı kosmik fəzanın mühafizəsinə həsr olunmuş müqavilələr vardır. Lakin bu sahədə bu günə qədər vahid məcəllələşdirilmiş akt işlənib hazırlanmamışdır. Universal müqavilələrə misal olaraq aşağıdakı aktları göstərmək olar: Dənizin tullantılarla digər materiallarla çirklənməsinin qarşısının alınması haqqında 1972-ci il Konvensiyası; Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair 1973-cü il Beynəlxalq Konvensiyası; Vəhşi fauna və floranın yox olmaq təhlükəsində olan növlərinin beynəlxalq ticarəti haqqında 1973-cü il Konvensiyası; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-ci il Konvensiyası; Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası; ozon qatının mühafizəsi haqqında 1985-ci il Vyana Konvensiyası və bu Konvensiyaya əlavə olunmuş 1987-ci il Monreal Protokolu; Bioloji müxtəliflik haqqında 1992-ci il Konvensiyası s. Lakin sözü gedən sahədə beynəlxalq- hüquqi tənzimləmənin əsas “yükü” regional müqavlələrin üzərinə düşür. Bu müqavilələr, demək olar ki bütün regionları və bütün ekoloji sistemləri əhatə edir.

Onlara misal olaraq aşağıdakıları göstərmək olar: Yuyucu və təmizləyici vasitələrdə bəzi bəzi maddələrin istifadəsinin qadağan olunması haqqında 1968-ci il Avropa sazişi: Təbiətin təbii ehtiyatların qorunub saxlanması haqqında 1968-ci il Afrika Konvensiyası; Avropada vəhşi fauna və floranın mühafizəsi haqqında 1979- cu il Konvensiyası; Havanın uzaq məsafələrə transsərhəd çirkləndirməsi haqqında 1979-ui il Konvensiyası; Sənaye qəzalarının transsərhəd təsiri haqqında 1992-ci il Konvensiyası; Aralıq dənizinin çirklənmədən qorunması haqqında 1976-cı il Konvensiyası; Sakit okeanın cənubi-şərqi hissəsinin dəniz mühiti bitişik zonalarının mühafizəsi haqqında 1981-ci il Konvensiyası; Şimal dənizinin neftlə və digər zərərli maddələrlə çirkləndirilməsi ilə mübarizə üzrə əməkdaşlıq haqqında 1983-cü il Sazişi; Baltik dənizi rayonunun dəniz mühitinin çirklənmədən qorunması haqında 1992-ci il Konvensiyası; Qara dəniz çirklənmədən qorunması haqında 1992-ci il Konvensiyası; Şimali Atlantikanın dəniz mühitinin mühafizəsi haqqında 1992-ci il Konvensiyası s.
Ətraf mühitin mühafizəsi və ətraf mühitə vurulan zərərin ödənilməsi ilə bağlı bir sıra mühüm normalar beynəlxalq adət hüququna daxildir.
Beynəlxalq ekologiya hüququnda tövsiyə xaraqterli aktlar əhəmiyyətli rol oynayır. Müxtəlif xaraqterli ekoloji tələblər ilk əvvəl tövsiyə kimi qətnamələrdə, bəyannamələrdə, proqramlarda və s. əks olunur (belə normalara beynəlxalq hüquq elmində “yumşaq hüquq” da deyirlər), müəyyən müddət keçdikdən sonra isə bu standartların bəziləri ya müqavilə qaydasında, ya da beynəlxalq adət şəklində məcburi hüquq normaları kimi tanınır. Tövsiyə xaraqterli aktlara misal olaraq, yuxarıda adları çəkilmiş Stokholm və Rio-de-Janeyro Bəyannamələrini, 1982-ci Ümumdünya təbiəti mühafizə Xartiyasını göstərmək olar. Məsələn, Rio Bəyannaməsində dövlətlərin aşağıdakı vəzifələri müəyyən edilmişdir: ətraf mühitin mühafizəsi sahəsində hər bir dövlət tərəfindən effektiv qanunların qəbul edilməsi; ətraf mühitin çirkləndirilməsinə görə dövlətlərin məsuliyyəti; ətraf mühitə və insana zərər vuran çirkləndiricilərin digər dövlətlərdə yerləşdirilməsinə yol verilməməsi; ətraf mühit üçün neqativ nəticələr verə biləcək tədbirlər haqqında dövlətlərin bir-birinə məlumat verməsi; Yerin ekosistemlərini qorumaq məqsədilə
dövlətlərin qlobal əməkdaşlığı; planlaşdırılan fəaliyyətin ekoloji nəticələrinin qabaqcadan qiymətləndirilməsi; ətraf mühitin vəziyyətinin pisləşməsi hallarının qarşısının alınması üzrə bürün zəruri tədbirlərin görülməsi; hərbi münaqişələr dövründə ətraf mühitin mühafizəsinin təmin edilməsi və s.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə