1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə51/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   47   48   49   50   51   52   53   54   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq-hüquqi məsuliyyətin növləri formaları.

Beynəlxalq-hüquqi məsuliyyətin iki növü vardır: qeyri-maddi məsuliyyət (bəzən buna siyasi məsuliyyət də deyirlər) və maddi məsuliyyət. Zərərin xaraqteri ilə (mənəvi və ya maddi zərər) məsuliyyətin növü arasında qəti uyğunluq yoxdur; belə ki, maddi zərər qeyri-maddi məsuliyyət də doğura bilər. Hər iki növ məsuliyyət müxtəlif formalarda ifadə oluna bilər. Beynəlxalq adət hüququnda tanınmış və BMT Beynəlxalq hüquq komissiyasının Layihəsində öz əksini tapmış bu formalar aşağıdakılardır:

  1. restitusiya;

  2. kompensasiya;

  3. satisfaksiya;

  4. təkrar etməmə təminatları (anoloji hüquq pozuntusunu təkrar törətməmək barədə

təminat vermə).
Restitusiya hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin (status quo ante-nin) bərpa edilməsidir. Bu məsuliyyət formasına misal olaraq
aşağıdakıları göstərmək olar: zəbt edilmiş ərazinin bütünlüklə azd edilməsi; qeyri- qanuni ələ keçirilmiş əmlakın geri qaytarılması; qeyri-qanuni həbs edilmiş və ya həbsdə saxlanılan şəxsin azad edilməsi və s.
Kompensasiya dövlətə və ya beynəlxalq hüququn digər subyektinə vurulmuş maddi (daha doğtusu, iqtisadi baxımdan qiymətləndirilə bilən) zərərin pul formasında ödənilməsidir.
Satisfaksiya beynəlxalq hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas formasıdır. Əksər hallarda o, qeyri-maddi (mənəvi) zərərin vurulması ilə əlaqədar, yəni digər dövlətin şərəf və ləyaqətinə toxunan hüquqa zidd əməllərlə bağlı tətbiq olunur. Satisfaksiya aşağıdakı formalarda ifadə olunur: zərərçəkmiş dövlətdən rəsmi üzr istənilməsi; təəssf ifadə olunması; törədilmiş əməlin hüquqa zidd olmasının etiraf edilməsi; təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və cəzalandırılması və s.
Təkrar etməmə təminatları (guarantees of non-repetition) delikvent dövlətin bu cür hüquq pozuntularına gələcəkdə bir daha yol verməyəcəyi barədə öz üzərinə görürdüyü xüsusi öhdəlikdir. Bəzən beynəlxalq-hüquqi məsuliyyətin bu forması satisfaksiyanın bir növü kimi nəzərdən keçirilir.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə