1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə54/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   50   51   52   53   54   55   56   57   ...   159
beyn-lxalq-h-quq (1)

Mövzu 8 BEYNƏLXALQ MÜQAVİLƏLƏR HÜQUQU


Plan:



  1. Beynəlxalq müqavilələr hüququnun anlayışı mənbələri




  1. Beynəlxalq müqavilənin anlayışı.




  1. Beynəlxalq müqavilədə tərəflər

  2. Beynəlxalq müqavilələrin təsnifatı




  1. Beynəlxalq müqavilənin strukturu

  2. Beynəlxalq müqavilələrin bağlanması

  3. Müqavilənin məcburiliyinə razılığın ifadə olunması

  4. Beynəlxalq müqaviləyə qeyd-şərtlər

  5. Beynəlxalq müqavilənin qeydə alınması dərc edilməsi

  6. Beynəlxalq müqavilənin qüvvədə olması




  1. Beynəlxalq müqavilənin təvsiri




  1. Beynəlxalq müqavilələrin etibarlılığı




  1. Beynəlxalq müqavilənin xitam olunması



Ədəbiyyat siyahısı.
Гусейнов Л.Г. Особенности толкования международных договоров о правах человека //Белорусский журнал международного права и международных отношений. 1999.№2.
Дружков М.П. Заключение международных договомеров в рамках и под эгидой международных организаций. Киев, 1996.
Евинтов В.И. Многосторонние договоры в современном международном праве. Киев, 1979.
Евинтов В.И. Многоязычные договоры в современном международном праве. Киев, 1981.
Талалаев А.Н. Право международных договоров: общие вопросы . М., 1980.
Талалаев А.Н. Право международных договоров: действие и при Менение договоров . М., 1985.
Талалаев А.Н. Право международных договоров: договоры с участием международных организаций . М., 1989.
Талалаев А.Н. Венская конвенция о праве международных договоров.
Коментарий . М., 1997.
Ульянова Н.Н. Общие многосторонние договоры в современных международных отношениях: некоторые вопросы теории. Киев, 1981.
Frowein J.A Reservations and the International Ordre Public // Theory of International Law at the Threshold of the 21st Century. Essays in honour of Krzystztof Skubiszewski. 1996. P. 403 ff.
Horn F. Reservations and Interpretative Declarations to Multilateral Treaties.
Amsterdam-New York-Oxford-Tokyo. 1988. P. 145-160.
Klabbers J. The Concept of Treaty in International Law. The Hauge, 1996.
Konton M. The Termination and Revision of Treaties in the Light of New Customary International Law. N.Y.., 1994.
Redgwell C. Universality or Integrity? Some Reflections on Reservations to General Multilateral Treaties // British Yearbook of International Law. 1993. vol. 64. P.245-282.
Simma B. Reservations to Human Rights Treaties-Some Recent Developments
// Liber Amicorum. Professor I. Seidl-Hohenveldernin honour of his 80 th birthday (G. Hafner et al. eds.). The Hague-London-Boston. 1998. P. 659-682.

  1. Beynəlxalq müqavilələr hüququnun anlayışı mənbələri. Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.

Beynəlxalq müqavilələr hüququ beynəlxalq hüququn aparılması sahəsi hesab olunur.
Bunu belə izah etmək olar. Əgər beynəlxalq hüququn bütün həyatı, əsas etibarilə, müqavilə ilə nizama salinarsa, müqavilənin özünün bütün həyatı isə məhz indi nəzərdən keçirdiyimiz beynəlxalq müqavilələr hüququ ilə nizama salınır. Beynəlxalq hüququn istənilən sahəsində biz müvafiq müqavilənin necə və nə vaxt qüvvəyə mindiyi, hansı ərazidə qüvvədə olması, etibarlılığı, təfsiri, hansı əsaslarla
xitam oluna bilməsi və s. kimi suallarla qarşılaşırıq. Bütün bu suallara beynəlxalq müqavilələr hüququ cavab verir.
Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində ilk belə məcəllələşdirilmiş akt Müqavilələr haqqında Havana Konvensiyası olmuşdur; 1928-ci ildə bağlanmış bu Konvensiyasiya yalnız Latın Amerikası ölkələri arasında qüvvədə olmuşdur.
Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur:
1) Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyası və 2) dövlətlər ilə beynəlxalq təşkilatlar arasında beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il Vyana Konvensiyası.
Əslində bu iki Konvensiyadan yalnız birincisi beynəlxalq müqavilələr hüququnun mənbəyi sayıla bilər, çünki ikinci Konvensiya hələ qüvvəyə minməmişdir. Beynəlxalq müqavilələr hüququnun mühüm mənbəyi kimi müvafiq beynəlxalq adət normalarını da qeyd etmək lazımdir: əvvəla, ona gorə ki, bəzi dövlətlər indiyə qədər 1969-cu il Konvensiyasının iştirakçısı deyillər; ikincisi isə bir sıra məsələlər ( müharibələrin beynəlxalq müqavilələrə təsiri və s.) bu Konvensiyada öz əksini tapmamışdır. Yeri gəlmişkən, sözü gedən Konvensiyaların hər ikisində birbaşa qeyd olunur ki, bu konvensiyaların müddəalarında öz həllini tapmayan məsələlər əvvəlki kimi beynəlxalq adət hüququ normaları ilə nizama salınır.


  1. Yüklə 391,8 Kb.

    Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə