1. beynəlxalq hüququn anlayişi və TƏNZİmetmə predmeti Plan: Beynəlxalq hüququn anlayışı



Yüklə 391,8 Kb.
səhifə45/159
tarix29.05.2022
ölçüsü391,8 Kb.
#88318
1   ...   41   42   43   44   45   46   47   48   ...   159
beyn-lxalq-h-quq (1)

Beynəlxalq hüququn dövlətdaxili hüquq sistemində implementasiyasы.Beynəlxalq hüquq normaları daxili hüquq sistemlərinin “vasitəçiliyi” olmadan lazımi qaydada həyata keçirilə bilməz. Xüsusilə insan hüquqları, cinayətkarların verilməsi, iqtisadi münasibətlər, regional inteqrasiya və bu kimi məsələləri nizama salan beynəlxalq hüquq müddəalarının implementasiyası, yəni həyata keçirilməsi, prinsip etibarilə, yalnız milli qanunvericinin və milli məhkəmənin “iştirakı” ilə mümkündür. Bu “iştirak”ın forma və metodları müxtəlifdir və dövlətdən- dövlətə fərqlənir: beynəlxalq hüquqda bununla baölı vahid normativ sxem yoxdur. Beynəlxalq hüquq baxımından, dövlətin öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri milli səviyyədə necə həyata keçirilməsi və bütövlükdə beynəlxalq hüquqla milli hüququn qarşılıqlı münasibəti problemini necə həll etməsi,prinsip etibarilə, vacib deyildir. Vacib cəhət ondan ibarətdir ki,- bu, əslində ümumi beynəlxalq hüququn imperativ tələbidir, - dövlətlər beynəlxalq hüquq normalarına əməl etsinlər və lazımi hallarda onların dövlətdaxili qüvvəsini təmin etsinlər. Təkrar edirik ki, bu tələbin yerinə yetirilməsinin forma və vasitələrinin seçilməsi hər bir dövlətin öz konstitusiya qanunvericiliyində və praktikasında müəyyən olunur.

Dövlətlərin konstitusiya praktikasından çıxış edərək, beynəlxalq hüquq normalarının dövlətdaxili implementasiyasının iki əsas üsulunu göstərmək olar:

      1. İnkorporasiya (“daxiletmə”).

Bu zaman beynəlxalq hüquq normaları, onların məcburiliyi dövlət tərəfindən
müvafiq qaydad tanındıqdan sonra heç bir dövlətdaxili akt olmadan birbaşa milli hüquqa daxil edilir və milli hüquq normaları kimi tətbiq edilir. İnkorporasiya aşağıdakı qaydada formulə edilir: “beynəlxalq hüquq milli hüququn tərkib hissəsidir”. Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycan Respublikasənda bu üsuldan istifadə olunur.

      1. Transformasiya (“çevirmə”).

Bu halda beynəlxalq hüquq ipso fakto milli hüququn hissəsi sayılmır.
Beynəlxalq
hüquq milli hüquqa ayrı-ayrı qanunvericilik aktları vasitəsilə daxil edilir (yeni beynəlxalq hüquq milli hüquqa “çevrilir” , “transformasiya edilir”). Deməli, beynəlxalq normanı milli hüquq sisteminə gətirən qanun verilməyibsə, milli məhkəmə həmin normanı heç cür tətbiq edə bilməz. Böyük Britaniyada, Skandinaviya ölkələrində, Tailandda və bir sıra digər dövlətlərdə transformasiya üsulu əsas götürülür.


      1. Yüklə 391,8 Kb.

        Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə